AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
15.07.1992
QEYDİYYAT NÖMRƏSİ
48
ADI
Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-07-1992, Nəşr nömrəsi: 13, Maddə nömrəsi: 546)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında

Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasında əmtəə-pul dövriyyəsini sabitləşdirmək və nəğd pula olan tələbatı tam ödəmək məqsədilə və “Respublikada iqtisadi və ictimai-siyasi həyatı sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qərara alıram:

1.   1992-ci il avqustun 15-dən Azərbaycan Respublikasının milli valyutası—manat dövriyyəyə buraxılsın.

2.   Müəyyən edilsin ki, rublla yanaşı manat öz nominal dəyəri ilə Azərbaycan Respublikasının ərazisində bütün hesablaşmalarda bərabərhüquqlu tədiyyə vasitəsidir.

3.   Bütün hesablaşmalarda 1 manat: 10 rubl nisbəti müəyyən edilsin.

4.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə bu Fərmanın həyata keçirilməsini təmin edən müvafiq qərar qəbul etsin.

5.   Azərbaycan Respublikasının Baş naziri R. Hüseynova və Azərbaycan Respublikasının Dövlət katibi P. Hüseynova tapşırılsın ki, 10 gün müddətinə Azərbaycan Respublikasının pul vahidlərinin paralel tətbiqi ilə əlaqədar bütün məsələlər barəsində Rusiya ilə, MDB-nin Banklararası Əlaqələndirmə Şurası ilə danışıq aparsınlar və nəticəsi barədə müvafiq saziş layihəsi təqdim etsinlər.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 15 iyul 1992-ci il.

48.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status