“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq pakta qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirənin prinsiplərini rəhbər tutaraq, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə səy göstərərək, demokratik hüquqi dövlət qurmağa çalışaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” 1966-cı il dekabrın 19-da Nyu-York şəhərində imzalanmış Beynəlxalq pakta qoşulsun.
2.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, əlaqədar nazirliklər və təşkilatlarla birlikdə Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ aktlarını göstərilən Beynəlxalq pakta uyğunlaşdırmaq üçün tədbirlər görsün.
3.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın:
a) Azərbaycan Respublikasının göstərilən Beynəlxalq pakta qoşulması haqqında təsdiqnaməni saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərsin;
b) bu Beynəlxalq paktdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə göz qoysun.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV.
Bakı şəhəri, 21 iyul 1992-ci il.
№ 226.