AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.07.1992
QEYDİYYAT NÖMRƏSİ
228
ADI
“Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına qoşulmaq barəsində
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-07-1992, Nəşr nömrəsi: 14, Maddə nömrəsi: 554)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına qoşulmaq barəsində

“Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasına qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsaslanaraq, diplomatik əlaqələrin Azərbaycan dövlətinin BMT Nizamnaməsində nəzərdə tutulmuş suveren hüquqlarının həyata keçirilməsinə və qorunmasına xidmət edəcəyini nəzərə alaraq, Konvensiyanın təsdiqlənməsinin Azərbaycan Respublikası ilə digər dövlətlər arasında dostluq əlaqələrinin möhkəmlənməsinə imkan yaradacağına əmin olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.   Azərbaycan Respublikası “Diplomatik əlaqələr haqqında” 1961-ci il aprelin 18-də Vyanada Birləşmiş Millətlər Təşkilatının konfransında qəbul edilmiş Vyana Konvensiyasına qoşulsun.

2.   Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Konvensiyadan irəli kələn hüquq və öhdəliklərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görsünlər.

3.   Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının göstərilən Konvensiyaya qoşulması haqqında təsdiqnaməni Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV.

 

Bakı şəhəri, 21 iyul 1992-ci il.

          № 228.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status