AKTIN NÖVÜ
Konstitusiya qanunları
QƏBUL EDİLDİYİ TARİX
29.07.1992
QEYDİYYAT NÖMRƏSİ
248
ADI
Amnistiya və bağışlama məsələlərinin həlli qaydası haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-07-1992, Nəşr nömrəsi: 14, Maddə nömrəsi: 570)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Amnistiya və bağışlama məsələlərinin həlli qaydası haqqında

Amnistiya və bağışlama məsələlərinin həlli qaydası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinə əsaslanaraq, SSRİ-nin xitamı ilə əlaqədar 1992-ci il yanvarın 1-dək məhkum olunmuş şəxslər barəsində amnistiya və bağışlama məsələlərinin həlli qaydasını nizamlamaq məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının amnistiya barədə qanunvericilik aktları və Azərbaycan Respublikası Prezidentinin bağışlama hüququ aşağıda göstərilən məhkumlara da şamil olunur:

1)     1992-ci il yanvarın 1-dək SSRİ və müttəfiq respublikaların məhkəmələri tərəfindən məhkum olunmuş və Azərbaycan Respublikası ərazisində cəza çəkənlərə;

2)     Bu Qanunun 1-ci bəndi ilə əhatə olunmayan:

a)   Azərbaycan Respublikası ərazisində SSRİ məhkəmələri tərəfindən məhkum olunanlara;

b)   yalnız Azərbaycan Respublikası ərazisində törədilmiş cinayətlərə görə işin aid olduğu bir məhkəmədən başqa məhkəməyə verilməsi qaydasında müttəfiq respublikaların məhkəmələri tərəfindən 1992-ci il yanvarın 1-dək məhkum olunanlara;

v)   digər müttəfiq respublikaların ərazisində törətdikləri cinayətlərə görə 1992-ci il yanvarın 1-dək müttəfiq respublikaların məhkəmələri tərəfindən məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı olan məhkumlara.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 29 iyul 1992-ci il.

№ 248.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status