AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.09.1992
QEYDİYYAT NÖMRƏSİ
176
ADI
Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-09-1992, Nəşr nömrəsi: 17, Maddə nömrəsi: 759)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin statusu haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 may tarixli qərarına müvafiq olaraq qərara alıram:

1.   Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).*

2.   Bu Fərman qüvvəyə mindiyi andan Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1980-ci il 1 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilsin.

3.   Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay ərzində nazirliklərin, dövlət komitələrinin və baş idarələrin normativ aktlarını nəzərdən keçirib, bu Əsasnamənin tələblərinə uyğunlaşdırmaq barədə təkliflər versin.

4.   Əsasnamənin tələblərinə müvafiq olaraq zəruri ekoloji normativ aktlarının hazırlanması Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə tapşırılsın.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 7 sentyabr 1992-ci il.

                № 176.                                

 



* Əsasnamə dərc olunmur.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status