AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.05.2000
QEYDİYYAT NÖMRƏSİ
84
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2000, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 365)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.05.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 3 fevral tarixli, 270 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 27 noyabr tarixli, 398 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

2. "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 11 sentyabr tarixli, 500 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. "M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası binasının normal istismar şəraitinin təmin edilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 16 iyun tarixli, 306 nömrəli qərarının 4-cü bəndində "Tarix və Mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında" Azərbaycan SSR-nin 1978-ci il 21 iyul tarixli, 925-IX nömrəli Qanununun 32-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin" sözləri "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli mədəniyyət sərvətlərinin mühafizə Qaydaları"nın 4-cü, 9-cu, 14-cü və 18-ci bəndlərindən "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət və Turizm Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri çıxarılsın və 19-cu bənddə "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət və Turizm Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi" sözləri ilə əvəz edilsin. [1]

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr tarixli, 204 nömrəli qərarı ilə təsdiq edilmiş "Milli mədəniyyət sərvətlərindən istifadə Qaydaları"nın 7-ci və 8-ci bəndlərindən "və ya Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin" və "və yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri çıxarılsın.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 10 may 2000-ci il
№ 84


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)
  2. 16 avqust 2013-cü il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2013-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1012)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 may tarixli 84 nömrəli qərarının 4-cü bəndində “Mədəniyyət” sözü “Mədəniyyət və Turizm” sözləri ilə əvəz edilmişdir.

 

16 avqust 2013-cü il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr 2013-cü il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 1012) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status