AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.11.1992
QEYDİYYAT NÖMRƏSİ
294
ADI
S.Ə. Əsgərovaya, A. M. Mustafayevə və Ç. F. Mustafayevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-11-1992, Nəşr nömrəsi: 21, Maddə nömrəsi: 928)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
S

S.Ə. Əsgərovaya, A. M. Mustafayevə və Ç. F. Mustafayevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Qarabağın dağlıq hissəsində baş verən hadisələrin respublika və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə, xidməti borclarını yerinə yetirərkən igidlik və şücaət göstərdiklərinə görə aşağıdakılara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsin (ölümündən sonra):

Əsgərova Salatın Əziz qızı—”Молодйож Азербайджана “ qəzetinin müxbiri;

Mustafayev Alı Mustafa oğlu—Azərbaycan Respublikası Dövlətteleradio Şirkətinin “Günün ekranı” baş redaksiyasının şöbə müdiri;

Mustafayev Çingiz Fuad oğlu—Azərbaycan Respublikası Dövlətteleradio Şirkəti “215-KL” studiyasının telejurnalisti.

 

Azərbaycan   Respublikasının   Prezidenti

Əbülfəz   ELÇİBƏY.

 

Bakı şəhəri, 6 noyabr 1992-ci il.

               № 294.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status