AKTIN NÖVÜ
Konstitusiya qanunları
QƏBUL EDİLDİYİ TARİX
15.01.1993
QEYDİYYAT NÖMRƏSİ
457
ADI
Varidata təminat verilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 20-01-1993, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 20)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Varidata təminat verilməsi haqqında

Varidata təminat verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan Respublikasının milli iqtisadiyyatı əsaslarının formalaşması üçün respublika ərazisində ayrı-ayrı şəxslərdə və qeyri-dövlət hüquqi şəxslərində olan puldan, valyutadan və digər varidatdan sərbəst istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:                            

1. Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri onlarda olan daşınar və daşınmaz əmlakı: pulu, valyutanı və sair varidatı izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilərlər. [1]

2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri daşınar və daşınmaz əmlak: pul, valyuta və sair varidat investisiya şəklində Azərbaycan Respublikasına gətirilərsə, həmin investisiyalara xarici investisiyalar üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunur. [2]

3. Qanunla müəyyən edilən hallar istisna olmaqla, Azərbaycan Respublikasında hər kəsin və qeyri-dövlət hüquqi şəxslərinin varidatının toxunulmazlığına, məcburi şəkildə və zərər ödənilmədən Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilməyəcəyinə, müsadirə olunmayacağına tam təminat verilir.

4. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 15 yanvar 1993-cü il.

№ 457.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

13 iyun 1995-ci il tarixli 1058 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1995-ci il, № 22, maddə 350)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



[1] 13 iyun 1995-ci il tarixli 1058 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1995-ci il, № 22, maddə 350) ilə 1-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri onlarda olan daşınar və daşınmaz əmlakı; pulu, valyutanı və sair varidatı iki il müddətində izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilərlər.

 

[2] 13 iyun 1995-ci il tarixli 1058 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1995-ci il, № 22, maddə 350) ilə Qanuna 2-ci maddə əlavə edilmiş, 2-ci və 3-cü maddələr müvafiq olaraq 3-cü və 4-cü maddələr hesab edilməlidir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status