AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.06.2000
QEYDİYYAT NÖMRƏSİ
111
ADI
Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin birbaşa danışıqlar əsasında verilməsi hallarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2000, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 476)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2000
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
260.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) birbaşa danışıqlar əsasında verilməsi hallarının təsdiq edilməsi haqqında

Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin birbaşa danışıqlar əsasında verilməsi hallarının təsdiq edilməsi haqqında [1]

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanı ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin birbaşa danışıqlar əsasında verilməsi halları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 30 iyun 2000-ci il
                 № 111

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 30 iyun tarixli, 111 nömrəli qərarı ilə
TӘSDİQ edİlmİşdİr

 

Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin

birbaşa danışıqlar əsasında verilməsi

halları [2]

 

1. Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin birbaşa danışıqlar əsasında verilməsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli və 1999-cu il 13 fevral tarixli, 102 nömrəli fərmanlarına əsasən yerin təkindən istifadənin növləri nəzərə alınmaqla öz səlahiyyətləri çərçivəsində Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi və Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. [3]

2. Yerin təkindən istifadəyə lisenziya və ya icazə birbaşa danışıqlar əsasında aşağıdakı hallarda verilir: [4]

yerin təkindən istifadəyə müsabiqə (hərrac) elan edilmədikdə;

yerin təkindən istifadəyə təkrar müsabiqə (hərrac) elan edilən müddətdə müsabiqədə (hərracda) iştirak etmək üçün müraciət olunmadıqda və yaxud da bir iddiaçı müraciət etdikdə;

yerin təkində bütövlüklərdə qalan və yaxud da əvvəllər müəyyən səbəbdən (iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin dəyişməsi və s.) yer təkində saxlanmış (konservasiya edilmiş) qalıq ehtiyatlarının istismarına;

yeraltı sulara tək-tək quyuların qazılmasına və istifadəsinə (mərkəzləşdirilmiş su təchizatı mənbəyi olan yeraltı sular istisna olmaqla);

təbii bulaqlardan istifadəyə;

faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədi ilə verilən yer təki sahələri mürəkkəb dağ-mədən-geoloji quruluşa malik olmadıqda, sadə konstruksiyalı yeraltı qurğuların tikilməsi və istismarı həyata keçirildikdə;

əvvəllər dağ-mədən ayırmasını, yaxud yerin təkidən istifadə hüquqlarını başqa qaydada almış müəssisələr hazırda yerin təkinin istifadəsi (əgər bu istifadə növlərinə lisenziya və ya icazə alınması tələb olunursa ilə əlaqədar fəaliyyət göstərirsə. [5]

3. Lisenziya və ya icazə tələb olunan fəaliyyət növü ilə hazırda lisenziyasız və ya icazəsiz fəaliyyət göstərən müəssisələr texniki, maliyyə və ya hər hansı başqa səbəbdən lisenziya almaq imkanına malik olmadıqları təqdirdə, onlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən yer təkindən istifadə hüququndan məhrum edilirlər. [6]

4. Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin birbaşa danışıqlar əsasında verilməsi qaydası yerin təkindən istifadəyə lisenziyanın verilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

2.       13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336)

3.       10 may 2019-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 may 2019-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə adında və qərarın 1-ci bəndində «xüsusi razılığın (lisenziyanın)» sözlərindən sonra «və ya icazənin» sözləri əlavə edilmişdir.

 

10 may 2019-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 may 2019-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948) ilə ləğv edilmişdir.

 

[2] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) birbaşa danışıqlar əsasında verilməsi halları»nın adında, 1-ci və 4-cü bəndlərində «xüsusi razılığın (lisenziyanın)» sözlərindən sonra «və ya icazənin» sözləri əlavə edilmişdir.

 

[3] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə “Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) birbaşa danışıqlar əsasında verilməsi halları”nın 1-ci bəndində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) birbaşa danışıqlar əsasında verilməsi halları»nın 1-ci bəndindən «1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli və» sözləri çıxarılmışdır.

 

[4] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) birbaşa danışıqlar əsasında verilməsi halları»nın 2-ci bəndinin birinci abzasında «lisenziya» sözlündən sonra müvafiq olaraq «və ya icazə» sözləri əlavə edilmişdir.

 

[5] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) birbaşa danışıqlar əsasında verilməsi halları»nın 2-ci bəndinin səkkizinci abzasında «lisenziya» sözlündən sonra müvafiq olaraq «və ya icazə» sözləri əlavə edilmişdir.

 

[6] 13 dekabr 2007-ci il tarixli 200 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1336) ilə «Yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) birbaşa danışıqlar əsasında verilməsi halları»nın 3-cü bəndində «lisenziya» və «lisenziyasız» sözlərindən sonra müvafiq olaraq «və ya icazə» və «və ya icazəsiz» sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status