×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
23.02.1993
QEYDİYYAT NÖMRƏSİ
516
ADI
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 28-02-1993, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 117)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.02.1993
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin. [1]

2. Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 1981-ci il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5—6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin.

3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 23 fevral 1993-cü il.

№ 516.

 


 

Azərbaycan Respublikasının 1993-cü il

23 fevral tarixli Qanunu ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında

ƏSASNAMƏ

 

1. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.

2. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

3. Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur:

a) Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;

b)Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;

v) Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;

q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına;

ğ) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;

d) Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına.

4. Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur:

a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;

b) Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;

v) bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blanklarında (binalarının lövhələrində);

q) Azərbaycan Respublikası Mərkəzi Bankının buraxıldığı kağız və metal pul nişanlarında, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində; [2]

ğ) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda; [3]

d) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;

e) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;

ə) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında. [4]

5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.

6. Bu Əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər.

7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri ölçüsündən asılı olmayaraq həmişə dəqiq surətdə bu Əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə uyğun gəlməlidir.*

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 463)

2.       24 dekabr 2004-cü il tarixli 815-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 61)

3.       3 mart 2006-cı il tarixli 82-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il. № 3, maddə 225)

4.       5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276)

5.       19 aprel 2013-cü il tarixli 614-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 463)

6.       19 fevral 2019-cu il tarixli 1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 574)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



* Bax: Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 1, maddə 23 («Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanunu).



[1] 19 fevral 2019-cu il tarixli 1511-VQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 574) ilə 1-ci maddə ləğv edilmişdir.

 

[2] 24 dekabr 2004-cü il tarixli 815-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 61) ilə 4-cü maddəsinin "q)" bəndindən "və lotereya biletlərində" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

q)Azərbaycan Respublikası Milli Bankının biletlərində və metal pul vahidlərində, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz vərəqələrində və lotereya biletlərində;

3 mart 2006-cı il tarixli   82-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il. № 3, maddə 225) ilə 4-cü maddəsinin "q)" bəndində "biletlərində və metal pul vahidlərində " sözləri "buraxıldığı kağız və metal pul nişanlarında" sözləri ilə əvəz edilmişdir.

5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 276) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”nin 4-cü maddəsinin “q)” bəndində Milli Bankının sözləri Mərkəzi Bankının sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 aprel 2013-cü il tarixli 614-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 463) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə”nin 4-cü maddəsinin “ğ” bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

ğ) Azərbaycan Respublikası vətəndaşının pasportunda; Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;

 

[4] 2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 463) ilə 4-cü maddəyə "ə)" bəndi əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status