AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
03.04.1993
QEYDİYYAT NÖMRƏSİ
362
ADI
Azərbaycan Respublikasının şəhər və rayonlarında hərbi komendantların təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-04-1993, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 186)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının şəhər və rayonlarında hərbi komendantların təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının şəhər və rayonlarında hərbi komendantların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Azərbaycan Respublikasında fövqəladə vəziyyət elan edilməsi haqqında” 1993-cü il 2 aprel tarixli 503 nömrəli Fərmanın 4-cü bəndinə uyğun olaraq aşağıdakı şəhər və rayonların hərbi komendantları təsdiq edilsin:

Bakı şəhəri—Allahverdiyev Abdulla Müseyib oğlu, şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru;

Gəncə şəhəri—Abbasov Nadir Aydın oğlu, şəhər polis idarəsinin rəisi;

Yevlax şəhəri—Məmmədov Vahid İsgəndər oğlu, şəhər polis şöbəsinin rəisi;

Lənkəran şəhəri—Əliyev Əlövsət Xudu oğlu, şəhər polis şöbəsinin rəisi;

Mingəçevir şəhəri—Yəhyayev Nəriman Yəmən oğlu, şəhər polis şöbəsinin rəisi;

Ağdam rayonu—Məmmədov Talıb Gurşad oğlu, hərbi hissənin komandiri;

Ağcabədi rayonu—Hacıyev Mikayıl Hacıverdi oğlu, hərbi hissə komandirinin müavini;

Astara rayonu—Quliyev İbrahim Oruc oğlu, rayon polis şöbəsinin rəisi;

Balakən rayonu—Tağıyev Vahid İsbar oğlu, rayon polis şöbəsinin rəisi;

Qazax rayonu—Sadıqov İsa Nəzər oğlu, hərbi hissənin komandiri;

Qubadlı rayonu—Muxtarov Rasim Məmmədəli oğlu, hərbi hissənin komandiri;

Qusar rayonu — Mamoyev Bəkir həmzə oğlu, DİN İctimai təhlükəsizlik idarəsi rəisinin müavini;

Zəngilan rayonu— Şabanov Firudin Şərif oğlu, hərbi hissənin komandiri;

Kəlbəcər rayonu—Məmmədov Nizami Mansur oğlu, hərbi hissənin komandiri;

Gədəbəy rayonu—Rüstəmov Cahangir İsgəndər oğlu, hərbi hissənin komandir;

Tərtər rayonu— Bağırov İsa Cəmil oğlu rayon polis şöbəsinin rəisi;

Tovuz rayonu—Əliyev Murad Hüseyn oğlu, hərbi hissənin komandiri—rayonun hərbi komissarı;

Füzuli rayonu—Həmidov Murad Pərviz oğlu, hərbi hissənin komandiri;

Cəlilabad rayonu—Cəfərov Azad Cəfər oğlu, DİN İctimai təhlükəsizlik idarəsinin şöbə rəisi;

Cəbrayıl rayonu—Piriyev Heydər Kamal oğlu, hərbi hissənin komandiri;

Şəmkir rayonu—Məhəmmədov Rabadanhacı Məmməd oğlu, hərbi hissənin komandiri.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 3 aprel 1993-cü il.

                 № 362.

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status