AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.02.2002
QEYDİYYAT NÖMRƏSİ
29
ADI
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının və Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun idarə aparatının yeni strukturu haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2002, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 107)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.02.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
060.000.000
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının və Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun idarə aparatının yeni strukturu haqqında

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının və Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun idarə aparatının yeni strukturu haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 612 nömrəli Fərmanının 14-cü bəndinin birinci abzası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının ştat vahidlərinin sayı 452, o cümlədən Dövlət Məşğulluq xidməti üzrə 54, rayon (şəhər) məşğulluq mərkəzləri üzrə 303, Naxçıvan Muxtar Respublikasının Məşğulluq Xidməti üzrə 15, onun rayon (şəhər) məşğulluq orqanları üzrə 35, Bakı Regional Tədris Mərkəzi üzrə 15, Naxçıvan Regional Tədris Mərkəzi üzrə 15, Göyçay Regional Tədris Mərkəzi üzrə 15 vahid müəyyən edilsin. [1]

2. Azərbaycan Respublikası Əlilləri Sosial Müdafiə Fondunun bazasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin yaradılması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifi qəbul edilsin.

3. Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin ştat vahidlərinin sayı 170, o cümlədən Mərkəzi Aparat üzrə 32, Naxçıvan Muxtar Respublikası Əlillərin Sosial Müdafiəsi İdarəsi üzrə 6, zona şöbələri üzrə 132 vahid müəyyən edilsin. [2]

4. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin və onun struktur bölmələrinin, məşğulluq xidməti orqanlarının məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin. [3]

5. “Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 sentyabr tarixli 109 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin (3-cü bənd istisna olmaqla).

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 19 fevral 2002-ci il

     № 29

 

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 noyabr 2003-cü il  tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       30 dekabr 2006-cı il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1167)

3.       17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157)

4.       10 may 2011-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 448)

5.       10 may 2011-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 450)

6.       5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 30 dekabr 2006-cı il tarixli 282 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1167) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 19 fevral tarixli 29 nömrəli qərarının 1-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq məşğulluq xidməti orqanlarının ştat vahidlərinin sayı 603, o cümlədən Baş Məşğulluq İdarəsi üzrə 70, Miqrasiya İdarəsi üzrə 15, Naxçıvan Muxtar Respublikası Məşğulluq İdarəsi üzrə 20, Bakı şəhər Məşğulluq İdarəsi üzrə 13, rayon (şəhər) məşğulluq mərkəzləri üzrə 485 vahid müəyyən edilsin.

10 may 2011-ci il tarixli 77 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 450) ilə 1-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsinin ştat vahidlərinin sayı 15, məşğulluq xidməti orqanlarının ştat vahidlərinin sayı 577, o cümlədən Baş Məşğulluq İdarəsi üzrə 64, Naxçıvan Muxtar Respublikasının Məşğulluq İdarəsi üzrə 15, Bakı Şəhəri Məşğulluq İdarəsi üzrə 8, Bakı Regional Tədris Mərkəzi üzrə 15, Naxçıvan Regional Tədris Mərkəzi üzrə 15, Göyçay Regional Tədris Mərkəzi üzrə 15, rayon (şəhər) məşğulluq mərkəzləri üzrə 445 vahid müəyyən edilsin.

5 mart 2021-ci il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 282) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[2] 10 may 2011-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 448) ilə "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının və Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun idarə aparatının yeni strukturu haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 19 fevral tarixli 29 nömrəli qərarının 3-cü hissəsi ləğv edilmişdir.

 

[3] 17 fevral 2011-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 157) ilə 4-cü bəndi çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status