Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirinin təyin edilməsi və səfirliyin fəaliyyətinin təşkili haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 121-4-cü maddəsinin 12-ci bəndini əsas tutaraq qərara alıram:
1.
Tamerlan Yelmar oğlu Qarayev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, səfirliyin fəaliyyətinin təminatı ilə bağlı maliyyə və maddi-texniki təchizat məsələlərini bir ay müddətində həll etsin.
3.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi səfirliyin diplomatik və texniki heyətlə təmin olunması məsələlərini həll etsin.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV.
Bakı şəhəri, 3 sentyabr 1993-cü il
№ 758.