S. Ə. Məmmədova, Y. Ə. Məmmədova, Ə. Ə. Qənbərova və Ə. R. Əliyevə “Azadlıq uğrunda mübariz” fəxri adının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası dövlətçiliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında, Azərbaycan xalqına təcavüz edən cinayətkar ünsürlərə qarşı mübarizədə yüksək vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərdiklərinə görə aşağıdakılara “Azadlıq uğrunda mübariz” fəxri adı verilsin:
Məmmədov Sayadulla Əsəd oğlu—Lənkəran şəhər konserv zavodunun fəhləsi,
Məmmədov Yaqub Ələsgər oğlu—Lənkəran şəhər elektrik şəbəkəsinin sürücüsü,
Qənbərov Əvəz Ələkbər oğlu—Lənkəran şəhər qaz-istismar idarəsinin sahə rəisi,
Əliyev Əbdülqəni Rəhman oğlu—“Ümid” şirkətinin fəhləsi.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV.
Bakı şəhəri, 5 sentyabr 1993-cü il.
№ 763.