AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.12.1993
QEYDİYYAT NÖMRƏSİ
760
ADI
Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-12-1993, Nəşr nömrəsi: 23-24, Maddə nömrəsi: 683)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər ƏLİYEV

 

Bakı şəhəri, 6 dekabr 1993-cü il

                   № 760.

 

 

Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

“Sərhəddə fərqlənməyə görə” medalı haqqında

ƏSASNAMƏ

 

1.   “Sərhəddə fərqlənməyə görə” medalı ilə Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsində Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının xüsusi fərqlənən hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər. [1]

2.   Hərbi qulluqçular və digər şəxslər “Sərhəddə fərqlənməyə görə” medalı ilə Azərbaycan Respublikasının Prezidenti adından müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər. [2]

3.   “Sərhəddə fərqlənməyə görə” medalı aşağıdakılara görə verilir:

Azərbaycan Respublikasının dövlət sərhədini pozanların tutulub saxlanması ilə əlaqədar döyüş əməliyyatlarında göstərilən rəşadətə görə;

Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığını qoruyarkən sərhəd qarovulunun döyüş əməliyyatlarına bacarıqla rəhbərliyə görə;

dövlət sərhədinin mühafizəsində göstərilən yüksək sayıqlığa və təşəbbüskarlığa görə;

sərhəd mühafizə xidmətində yüksək təşkilatçılıq bacarığı və dövlət sərhədinin möhkəmləndirilməsində nümunəvi işə görə;

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində-qüsursuz xidmətə görə;

dövlət sərhədinin mühafizəsində sərhəd mühafizə orqanlarına fəal köməyə görə. [3]

4. “Sərhəddə fərqlənməyə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Hərbi xidmətdə fərqlənməyə görə” medalından sonra taxılır. [4]

 

 


 

 

Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 760 saylı Qanunu ilə

təsdiq edilmişdir.

 

“Sərhəddə fərqlənməyə görə” medalının təsviri

 

“Sərhəddə fərqlənməyə görə” medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 36 mm diametrli dairəvi lövhədən ibarətdir. [5]

Medalın mərkəzində qala divarı fonunda qılınc təsvir olunmuşdur.

Qala divarı ilə qılıncdan yuxarıda, çevrə boyunca “Sərhəddə fərqlənməyə görə” sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.

Arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur. [6]

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə mixəyi çalarlı, kənarlarında 4 mm enində açıq mixəyi rəngli şaquli zolaqlar təsvir olunmuş düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə bürünc rəngli təbəqə bərkidilir. [7]

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. [8]

 

“SƏRHƏDDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” medalı [9]

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       06 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141)

2.       17 may 2002-ci il tarixli 326-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 252)

3.       05 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199)

4.       30 mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 312)

5.       30 sentyabr 2013-cü il tarixli 729-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1248)

6.       1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180) ilə “Sərhəddə fərqlənməyə görə” medalı haqqında Əsasnamə”nin 1-ci maddəsində “qoşunlarının” sözü “mühafizə orqanlarının” sözləri ilə əvəz edilmişdir.

 

[2] 05 mart 2004-cü il tarixli 597-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 199) ilə "Sərhəddə fərqlənməyə görə medalı haqqında Əsasnamə"nin 2-ci bəndində "Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri" sözləri "müvafiq icra hakimiyyəti orqanı" sözləri ilə əvəz edilmişdir.

 

[3] 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180) ilə “Sərhəddə fərqlənməyə görə” medalı haqqında Əsasnamə”nin 3-cü maddənin yeddinci abzasında “qoşunlarına” sözü “mühafizə orqanlarına” sözləri ilə əvəz edilmişdir.

 

[4] 17 may 2002-ci il tarixli 326-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 252) ilə "Sərhəddə fərqlənməyə görə" medalı haqqında Əsasnamə"nin 4-cü bəndi yeni redaksiyada verilmişdir.

Maddənin əvvəlki redaksiyasında deyilirdi:

4. “Sərhəddə fərqlənməyə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Hərbi xidmətlərə görə” medalından sonra taxılır.

 

[5] 30 sentyabr 2013-cü il tarixli 729-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1248) ilə birinci hissədə “ 35 mm diametrli girdə” sözləri “ 36 mm diametrli dairəvi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 30 mart 2004-cü il tarixli 612-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 5, maddə 312) ilə Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə" medalı təsvirinin dördüncü abzasında "ordenin" sözü "medalın" sözü ilə əvəz edilmişdir.

30 sentyabr 2013-cü il tarixli 729-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1248) ilə dördüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilmişdir.

 

[7] 30 sentyabr 2013-cü il tarixli 729-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1248) ilə beşinci hissədə “ 27 mm x 43 mm ölçüdə mixəyi çalarlı” sözləri “ 37 mm x 50 mm ölçüdə mixəyi çalarlı, kənarlarında 4 mm enində açıq mixəyi rəngli şaquli zolaqlar təsvir olunmuş” sözləri ilə əvəz edilmişdir və hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[8] 06 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141) ilə Qanuna əlavə olunmuş “Sərhəddə fərqlənməyə görə” medalının təsviri yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

“Sərhəddə fərqlənməyə görə” medalının təsviri

 

“Sərhəddə fərqlənməyə görə” medalı qızıl suyuna salınmış, bürüncdən hazırlanmış səkkizguşəli ulduz formasındadır. Ulduzun qarşı-qarşıya duran guşələrinin ucları arasındakı məsafə 56 mm-dir.

Medalın üz tərəfində aşağı hissədə qabarıq hərflərlə “Sərhəddə fərqlənməyə görə” sözləri yazılır. Yuxarı hissədə ulduzun ətrafı boyu naxış vardır. Ulduzun mərkəzində hasar təsvir edilir, həcmcə sərhəd dirəyi seçilir, hasara və dirəyə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərində mina çəkilmişdir. Medalın küncləri qabarıq sağanaqla haşiyələnmişdir.

Medalın arxa tərəfinin yuxarı hissəsində mərkəz üzrə qabarıq ulduz və aypara təsvir edilir, aşağı hissədə təltif edilmə vaxtını daxil etmək üçün qabarıq haşiyə şəklində naxış vardır.

Medalın ətrafı qabarıq sağanaqla haşiyələnmişdir.

Medal ilgək və halqa ilə standart nümunəli naxışlanmış qəlibə birləşdirilir. Qəlib yaşıl xara lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin eni 19 mm-dir. Qəlibin ölçüsü 46 mm X 22 mm-dir.

 

30 sentyabr 2013-cü il tarixli 729-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1248) ilə altıncı hissədə “üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ” sözləri “eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ” sözləri ilə əvəz edilmişdir.

 

[9] 30 sentyabr 2013-cü il tarixli 729-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 30 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1248) ilə Qanuna əlavə edilmiş “Sərhəddə fərqlənməyə görə” medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status