Azərbaycan Respublikasının hərbi qulluqçularının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:
Vəliyev Kərim Tofiq oğlu — polkovnik-leytenant, müdafiə nazirinin müavini.
Qlebov Sergey Viktoroviç — polkovnik-leytenant.
Əkbərov Rasim Ağa oğlu — mayor.
Musayev Arzu Qabil oğlu — mayor.
Məmmədov Fikrət Seyfulla oğlu — mayor.
Mirzəyev Abukər Rəşid oğlu — kapitan.
Mirzəyev Hikmət İzzət oğlu — kapitan.
Rzayev Qələmdar Sulduz oğlu (ölümündən sonra)—leytenant
Mustafayev Xosrov Ramazan oğlu — kiçik leytenant.
Aslanov Sahib Əbil oğlu — kiçik leytenant.
Əliyev Əbülfət Vəli oğlu — kiçik leytenant.
Çəmilov İsmayıl Musa oğlu — gizir.
Bıdıyev Əhməd Məcid oğlu — kiçik gizir.
Məmmədov Seymur İlyas oğlu (ölümündən sonra) — sıravi.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 1 yanvar 1994-cü il.
№ 83.