AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
06.12.1993
QEYDİYYAT NÖMRƏSİ
770
ADI
Azərbaycan Respublikasının ilk milli Konstitusiyası layihəsinin hazırlanması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 31-12-1993, Nəşr nömrəsi: 23-24, Maddə nömrəsi: 692)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının ilk milli Konstitusiyası layihəsinin hazırlanması haqqında

Azərbaycan Respublikasının ilk milli Konstitusiyası layihəsinin hazırlanması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

 

Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizəsinin siyasi, hüquqi nəticələri “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikanı Ali Sovetinin qəbul etdiyi bəyannamədə, ümumxalq səsverməsi yolu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında təsbit olunmuşdur. Həmin sənədlər Azərbaycan dövlətçiliyinin tarixində mühüm tarixi və ictimai-siyasi əhəmiyyət daşımaqla bərabər, müstəqil Azərbaycan Respublikasının dövlət quruluşu, vətəndaşların hüquq və azadlıqları, iqtisadi münasibətlər, hakimiyyətin bölünməsi, siyasi sistem məsələlərini və başqa məsələləri ümumi şəkildə həll edir və bütün sivilizasiyalı dövlətlərdə olduğu kimi dövlətin Əsas Qanununun — Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsini şərtləndirir. Belə Konstitusiya Azərbaycan xalqının milli dövlətçilik tarixində ilk dəfə qəbul ediləcəyinə görə onun layihəsinin hazırlanması yüksək səviyyədə təşkilatçılıq işi, ciddi məsuliyyət tələb edir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının ilk milli Konstitusiyası layihəsini hazırlamağın zəruriliyini qeyd edərək qərara alır:

1.   Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının layihəsini hazırlayan komissiya yaradılsın (komissiyanın tərkibi əlavə olunur).

2.   Azərbaycan Respublikasının Nazirlər Kabineti komissiyanın: maddi-texniki təchizatı məsələlərini həll etsin.

3.   Azərbaycan Respublikasının vətəndaşlarına, siyasi partiyalarına, həmkarlar ittifaqlarına, ictimai birliklərinə, müəssisə, idarə və təşkilatların əmək kollektivlərinə müraciət edilsin ki, komissiyanın işinə kömək göstərsinlər, ilk milli Konstitusiya layihəsi barədə öz təkliflərini bildirsinlər, verilmiş təkliflər üzrə müzakirələrdə fəal iştirak etsinlər.

4.   Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin və “Azərbaycan” qəzetinin rəhbərliyinə tapşırılsın və digər kütləvi informasiya vasitələrinə tövsiyə olunsun ki, ilk milli Konstitusiya layihəsinin hazırlanması ilə əlaqədar materiallara geniş yer versinlər.

5.   “Azərbaycan Respublikasının yeni Konstitusiyası layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 9 fevral tarixli qərarı qüvvədən düşmüş hesab edilsin.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

R. QULİYEV.

 

Bakı şəhəri, 6 dekabr 1993-cü il.

                    № 770.

 

 

 

 

Azərbaycan Respublikasının ilk milli Konstitusiyası layihəsini

hazırlayan komissiya

 

Komissiyanın sədri

Əliyev Heydər Əlirza oğlu — Azərbaycan Respublikasının Prezidenti.

 

Komissiya sədrinin müavini

Quliyev Rəsul Bayram oğlu — Azərbaycan Respublikası Ali Sovetinin sədri.

 

Komissiyanın üzvləri:

Vəkilov Yusif Səməd oğlu — Azərbaycan Respublikası Milli Məclisinin Xarici işlər komissiyasının sədri, yazıçı;

Qasımov Tofiq Məsim oğlu — Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu və hüquq siyasəti komissiyasının sədri;

Ələsgərov Murtuz Nəcəf oğlu — M. Rəsulzadə adına BDU-nun rektoru, hüquq elmləri doktoru, professor;

İsmayılov İlyas Abbas oğlu — Azərbaycan Respublikasının ədliyyə naziri;

İbrahimov İbrahim Məşədihilal oğlu — Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komi-təsinin sədri;

Məmmədov Etibar Səlidar oğlu — Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının sədri;

Mirzəyev Səfa Abbas oğlu — Azərbaycan Respublikası Ali Soveti Katibliyinin baş katibi;

Ömərov Əli Ömər oğlu — Azərbaycan Respublikasının Baş prokuroru;

Salayev Eldar Yunis oğlu — Azərbaycan Respublikası EA-nın prezidenti, akademik;

      Hacıyev Xanlar İrşad-Faiq oğlu — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;

Hüseynov Surət Davud oğlu — Azərbaycan Respublikasının Baş naziri;

Cəlilov Afiyəddin Cəlil oğlu — Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status