430.000.000
Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiyanın Azərbaycan Respublikası tərəfindən qəbul edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. 1948-ci il fevralın 19-da Cenevrə şəhərində imzalanmış Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya Azərbaycan Respublikası tərəfindən qəbul edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi göstərilən Konvensiyanın Azərbaycan Respublikası tərəfindən qəbul edilməsi barədə aktı Birləşmiş Millətlər Təşkilatının Baş katibinə (depozitariyaya)göndərsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV.
Bakı şəhəri, 19 aprel 1995-ci il.
№ 1025.