AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.05.1995
QEYDİYYAT NÖMRƏSİ
1029
ADI
Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununda və başqa qanunlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-05-1995, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 177)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
070.000.000
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununda və başqa qanunlarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanununda və başqa qanunlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 16, maddə 213) aşağıdakı dəyişikliklər edilsin:

1.   3-cü maddənin birinci hissəsinə aşağıdakı abzas əlavə edilsin:

“İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə”.

2.   4-cü və 7-ci maddələr aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 4. Silahlı qüvvələrin veteranları

“Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yaşa və ya xidmət müddətinə görə ehtiyata və ya istefaya buraxılmış, pensiya təminatı hüququ olan hərbi qulluqçular silahlı qüvvələrin veteranları sayılırlar”.

 

“Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi

Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməni və müvafiq vəsiqələrin nümunəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Müharibə və silahlı qüvvələrin veteranlarına müvafiq veteran adını və sənədlərini uyğun olaraq Azərbaycan Respublikasının müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri verirlər.

Əmək veteranlarına veteran adını və sənədlərini Azərbaycan, Respublikasının mərkəzi icra orqanları verirlər”.

3.   5-ci maddənin ikinci hissəsi və 24-cü maddə çıxarılsın.

4.   12-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“Maddə 12. Mənzil, kommunal və rabitə. xidmətləri haqqının ödənilməsi

Müharibə veteranlarına, habelə uşaqlarından və başqa qohumlarından ayrı yaşayan və işləməyən silahlı qüvvələr veteranlarına və əmək veteranlarına qanunvericiliklə müəyyən edilmiş normalar daxilində mənzil, telefon çəkilməsi, telefondan istifadə (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və kommunal xidmətlər (istilik, qaz, su, elektrik enerjisi) üçün haqqın ödənilməsində 30 faiz güzəşt, mərkəzi isitmə sistemi olmayan evlərdə yaşayanlara isə, əhaliyə satmaq üçün müəyyənləşdirilmiş normalar daxilində əldə edilən yanacağın dəyərinin ödənilməsində 50 faiz güzəşt edilir.

Mənzil, kommunal xidmətlər, telefondan istifadə üçün haqqın və yanacağın dəyərinin ödənilməsində fərq dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

II.   (Çıxarılıb) [1]

III. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 2 may 1995-ci il.

№ 1029.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 fevral 1999-cu il tarixli 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213) ilə Qanunun II hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

II.           Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1971-ci il, № 23, maddə 190; 1973-cü il, № 17—18, maddə 158, № 24, maddə 215; 1975-ci il, № 7, maddə 52, № 15, maddə 125; 1977-ci il, № 5—6, maddə 34, № 13, maddə 91; 1978-ci il, № 9, maddə 77, № 14, maddə 139; 1980-ci il, № 1—2, maddə 3, № 6, maddə 83, № 19, maddə 191, № 21, maddə 223; 1988-ci il, № 24 ,maddə 288; 1983-cü il, № 23, maddə 215; 1987-ci il, № 19, maddə 179, № 21, maddə 215; 1988-ci il, № 5—6, Maddə 31, № 8, maddə 59; 1990-cı il, № 13—14, maddə 172; 1991-ci il, № 9—10, maddə 151; 1992-ci il, № 3, maddə 42) 66-cı maddəsində, “Azərbaycan Respublikasının bayramları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 20, maddə 885) “Novruz Bayramı—iki gün” sözlərindən sonra, abzasdan “Mayın 9-da—Faşizm üzərində qələbə günü” sözləri əlavə edilsin.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status