AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
01.05.1995
QEYDİYYAT NÖMRƏSİ
322
ADI
“1941 — 1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı ilə təltif haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-05-1995, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 185)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.05.1995
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“1941 — 1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı ilə təltif haqqında

“1941 — 1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı ilə təltif haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1941—1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi ilə əlaqədar olaraq müharibə veteranlarının misilsiz qəhrəmanlığını, hünər və fədakarlıqlarını, canlarını qurban vermiş həmvətənlərimizin parlaq xatirəsini yad edərək “1941—1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalının təsis edilməsi haqqında MDB dövlətlərinin razılığına uyğun olaraq qərara alıram:

1.   Aşağıdakı şəxslər “1941—1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi” yubiley medalı ilə təltif edilsinlər:

SSRİ Silahlı Qüvvələri sıralarında Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər, faşist işğalçılarına qarşı gizli mübarizə aparan şəxslər, Böyük Vətən müharibəsi dövründə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçular və muzdla xidmət etmiş mülki şəxslər, “1941—1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”, “Yaponiya üzə-rində qələbəyə görə” medalları ilə təltif olunmuş, “1941—1945-ci illər Böyük Vətən müharibəsində qələbəyə görə” medalının vəsiqəsi, yaxud müharibə iştirakçısı vəsiqəsi olan şəxslər;

Böyük Vətən müharibəsi illərində fədakar əməyə görə SSRİ ordenləri, “1941—1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “Leninqradın müdafiəsinə görə”, “Moskvanın müdafiəsinə görə”, “Odessanın müdafiəsinə görə”, “Stalinqradın müdafiəsinə görə”, “Kiyevin müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “Sovet Zapolyaryesinin müdafiəsinə görə” medalları ilə təltif olunmuş şəxslər, ha-belə “Blokadada olan Leninqradın sakininə” nişanı, yaxud “1941— 1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalının vəsiqəsi olan şəxslər.

2.   Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 1 may 1995-ci il.

№ 322.

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status