430.000.000
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında» Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxaraq qərara alır:
1.
Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında» 1993-cü il yanvarın 22-də Minsk şəhərində bağladığı Konvensiyaya qoşulsun.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu qərarın həyata keçirilməsi üçün müvafiq tədbirlər görsün.
3.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının göstərilən Konvensiyaya qoşulması barədə aktı Belarus Respublikasının hökumətinə (depozitariyə) göndərsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV.
Bakı şəhəri, 1 sentyabr 1995-ci il.
№ 1098.