430.000.000
"Kənd Rayonlarında Ətraf Mühitin Qorunması" Layihəsinin hazırlanması üçün Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yaponiya qrantı üzrə Məktub-Sazişi və Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Qlobal Ekoloji Fondun qrantı üzrə Məktub-Sazişi imzalamaq səlahiyyətinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. "Kənd Rayonlarında Ətraf Mühitin Qorunması" Layihəsinin hazırlanması üçün Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Yaponiya qrantı üzrə Məktub-Sazişi və Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Qlobal Ekoloji Fondun qrantı üzrə Məktub-Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Məktub-Sazişləri Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırova verilməsi barədə Beynəlxalq İnkişaf Assosiasiyasına və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına müvafiq bildiriş göndərsin.
Heydər Əlİyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2002-ci il
№ 1094