AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
20.06.1995
QEYDİYYAT NÖMRƏSİ
1064
ADI
Gömrük tarifi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 30-11-1995, Nəşr nömrəsi: 22, Maddə nömrəsi: 352)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Gömrük tarifi haqqında

Gömrük tarifi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU [1]

 

Bu Qanun Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir.

Gömrük tarifinin əsas məqsədləri aşağıdakılardır:

Azərbaycan Respublikası üzrə idxalın əmtəə strukturunu səmərəliləşdirmək;

Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək;

valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılması üzərində səmərəli nəzarət etmək;

Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq;

Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq;

Azərbaycan Respublikası iqtisadiyyatının dünya təsərrüfatı ilə səmərəli inteqrasiyasına şərait yaratmaq.

Bu Qanunun tətbiq sahəsi Azərbaycan Respublikasının vahid gömrük ərazisidir.

 

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:

gömrük ərazisi - Azərbaycan Respublikasının quru ərazisindən, daxili sularından, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarət olan ərazi; [2]

Gömrük sərhədi—Azərbaycan Respublikasının Gömrük ərazisinin sərhədi;

mal—Azərbaycan Respublikasının Gömrük sərhədindən keçirilən istənilən əmlak, o cümlədən istilik, elektrik enerjisi və enerjinin digər növləri;

hüquqi və fiziki şəxslər—Azərbaycan Respublikasının Gömrük sərhədindən malları keçirən bütün hüquqi və fiziki şəxslər;

rüsum—gömrük rüsumu və bu Qanunda nəzərdə tutulmuş digər rüsum növləri. Gömrük rüsumu—mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən çıxarılarkən Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən tutulan haqq olmaqla yanaşı, həm də bu cür idxal və ixracın mühüm şərtidir;

malın gömrük dəyəri—malın bu Qanuna uyğun olaraq müəyyənləşdirilən və aşağıdakı məqsədlər üçün istifadə olunan dəyəridir:

—maldan rüsum tutulması üçün;

—xarici iqtisadi əlaqələr və gömrük statistikasının aparılması, ticarət-iqtisadi münasibətlərin dövlət tənzimlənməsi, o cümlədən xarici iqtisadi əməliyyatlara, valyuta nəzarəti, bu sahədə bank hesablaşmalarının həyata keçirilməsi ilə bağlı tədbirlər üçün;

deklarant—gömrük sərhədindən mal keçirən və malı gömrük rəsmiləşdirilməsi məqsədi ilə bəyan və təqdim edən şəxs;

tarif kvotası — müəyyən olunmuş müddətdə idxal edilən ayrı-ayrı malların (fiziki və ya dəyər ölçüləri ilə) müəyyən miqdarına daha aşağı idxal gömrük rüsumunun və müəyyən olunmuş miqdardan artıq malların idxalı zamanı daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan tənzimlənmə üsulu. [3]

Maddə 2. Gömrük tarifi

1.   Azərbaycan Respublikasının gömrük tarifi—Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin Əmtəə nomenklaturasına (bundan sonra—Əmtəə nomenklaturası adlandırılacaqdır) uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.

2.   Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin Əmtəə nomenklaturası malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

3.   Gömrük tarifi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və həmin ərazidən çıxarılan mallara tətbiq edilir.

Maddə 3. Gömrük rusum dərəcələri və onların müəyyən edilməsi qaydaları

1.   Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük rüsum dərəcələri Azərbaycan Respublikasının gömrük sərhədindən mal keçirən hüquqi və fiziki şəxslərdən, sövdələşmə növlərindən və digər amillərdən asılı olaraq dəyişdirilə bilməz.

2.   İdxal gömrük rüsumlarının dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təyin edilir. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün idxal gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən olunur.

Bu Qanunun müddəalarına uyğun olaraq, Azərbaycan Respublikası tərəfindən tarif imtiyazları verildiyi hallar istisna olmaqla, əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və ödənsə ölkəsi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.

3. İxrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının əlverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur.

Maddə 4. Gömrük rüsumunun növləri

Azərbaycan Respublikasında aşağıdakı gömrük rüsumları tətbiq edilir:

advalor—malların gömrük dəyərinə görə faizlə hesablanan; spesifik—mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan; kombinə edilmiş—hər iki növü birləşdirməklə hesablanan.

II fəsil

MÖVSÜMİ VƏ XÜSUSİ RÜSUMLAR

 

Maddə 5. Mövsümi rüsumlar

Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara mövsümi rüsumlar tətbiq oluna bilər. Bu halda Gömrük tarifində nəzərdə tutulmuş Gömrük rüsumları dərəcələri tətbiq olunmur. Mövsümi rüsumların qüvvədə olduğu müddət ildə altı aydan çox ola bilməz.

Maddə 6. Xüsusi növ rüsumlar

Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq üçün idxal edilən mallara müvəqqəti olaraq aşağıdakı xüsusi növ rüsumlar tətbiq oluna bilər:

—xüsusi rüsumlar;

—antidempinq rüsumları;

—kompensasiya rüsumları.

Xüsusi növ rüsumların formalaşması və tətbiqi qaydası Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunur.

Maddə 7. Xüsusi rüsumlar

Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur:

—mallar Azərbaycan Respublikası gömrük ərazisinə bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə gətirildiyi təqdirdə müdafiə tədbiri kimi;

—digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.

Maddə 8. Antidempinq rüsumları

Antidempinq rüsumları idxal olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bunal istisna edilmədikdə, Azərbaycan Respublikasında onların istehsalının təşkilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.

Maddə 9. Kompensasiya rüsumları

Kompensasiya rüsumları Azərbaycan Respublikası gömrük ərazisinə gətirilən malların istehsalı və ya ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.

Maddə 10. Xüsusi növ rüsumların tətbiqi qaydaları

1.   Xüsusi növ rüsumların (xüsusi, antidempinq və kompensasiya) tətbiqindən əvvəl Azərbaycan Respublikasının müvafiq dövlət idarəetmə orqanlarının təşəbbüsü ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq on gün müddətində təhqiqat aparılır.

Təhqiqat zamanı çıxarılan qərarlar kəmiyyətcə müəyyən edilmiş məlumatlara əsaslanmalıdır.

2.   Hər bir xüsusi hal üçün aparılan təhqiqatın nəticələrinə görə rüsum dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir və onların dərəcələri təhqiqatın müəyyən etdiyi qiymətlərin dempinq azaldılmasının, subsidiyanın və aşkar edilmiş ziyanın məbləğinə mütənasib olmalıdır.

 

III fəsil

MALIN GÖMRÜK DƏYƏRİ

 

Maddə 11. Gömrük dəyərinin müəyyən edilməsi sistemi

1.   Malın Gömrük dəyərinin müəyyən edilməsi (gömrük qiymətləndirilməsi) sistemi gömrük qiymətləndirilməsinin beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərinə əsaslanır və Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallara şamil edilir.

2.   Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Maddə 12. Malın gömrük dəyərini bəyan etmə

1. Gömrük dəyəri mal Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən deklarant tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir.

2. Gömrük ərazisinə gətirilən və həmin ərazidən çıxarılan malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri, o cümlədən bəyannamə forması Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir.

3.  Gömrük dəyərinin deklarant tərəfindən müəyyən edilməsi, bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun olaraq həyata keçirilir.

4.   Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə Azərbaycan Respublikasının gömrük orqanı nəzarət edir.

Maddə 13. Məlumatın məxfiliyinin qorunması

1.   Gömrük orqanı malın Gömrük dəyəri bəyan edilərkən deklarant tərəfindən təqdim edilmiş məxfi xarakter daşıyan və kommersiya sirri olan məlumatları gömrük qiymətləndirməsinin məqsədləri üçün istifadə edə bilər. Müvafiq məhkəmə qərarının qəbul olunduğu hallar istisna olmaqla, deklarantın icazəsi olmadan bu məlumatlar digər dövlət orqanları da daxil olmaqla üçüncü şəxsə verilə bilməz. [4]

2.   Məxfi xarakter daşıyan və kommersiya sirri olan məlumatların yayılmasına görə Azərbaycan Respublikasının gömrük orqanı və onun vəzifəli şəxsləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 14. Deklarantın hüquq və vəzifələri

1.  Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.

2.  Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda deklarant gömrük orqanına Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmlak girovu qoymaq və ya müvəkkil bankın təminatını almaq şərti ilə bəyan edilən malın istifadə üçün ona verilməsi barədə müraciət edə bilər, yaxud keçirilən mal üçün Azərbaycan Respublikası gömrük orqanı tərəfindən gömrük qiymətləndirilməsinə uyğun olaraq gömrük rüsumları ödəməlidir.

3.  Bəyan edilmiş gömrük dəyərinin dəqiqləşdirilməsi və ya Azərbaycan Respublikasının gömrük orqanına əlavə məlumatların təqdim edilməsi ilə bağlı xərclər deklarant tərəfindən ödəniLməlidir.

Bu zaman gömrük qiymətləndirilməsi ilə əlaqədar olaraq malın gömrük rəsmiləşdirilməsi müddətinin uzadılması deklarant tərəfindən mal üçün rüsum ödənişinə möhlət almaqdan ötrü istifadə edilə bilməz.

Maddə 15. Gömrük orqanının hüquq və vəzifələri

1.   Gömrük orqanlarının gömrük qiymətləndirilməsi məqsədilə onlara təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin həqiqiliyini və ya düzgünlüyünü araşdırmaq hüququ vardır. [5]

       Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərinin təyin edilməsinin düzgünlüyünü təsdiq edən məlumat yoxdursa, yaxud deklarantının təqdim etdiyi sənədlərin düzgün olmadığına əsas varsa, bu zaman Azərbaycan Respublikasının gömrük orqanı onda olan məlumatlar (o cümlədən eyni və eynicinsli malların qiymət barədə məlumatlar) əsasında gömrük dəyərinin müəyyən edilməsi üsullarını ardıcıl tətbiq edərək, bəyan edilmiş malın gömrük dəyərini müstəqil şəkildə təyin edə bilər.

2.   Azərbaycan Respublikasının gömrük orqanı, deklarantın yazılı sorğusuna əsasən malların gömrük dəyərinin necə müəyyən edilməsi haqqında ona yazılı izahat verməlidir. [6]

3.   Deklarant Azərbaycan Respublikası gömrük orqanının malın gömrük dəyərinin müəyyən edilməsinə dair qərarı ilə razılaşmadığı halda, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən olunmuş qaydada şikayət etmək hüququna malikdir.

Maddə 16. Rüsumun hesablanması, ödənilməsi və alınması

1.  Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq, mal üçün rüsum onun gömrük dəyərinə əsasən hesablanır, ödənilir və. alınır.

2.  Gömrük rüsumu respublika büdcəsinə mədaxil edilir.

 

IV fəsil

GÖMRÜK DƏYƏRİNİN MÜƏYYƏN EDİLMƏSİ ÜSULLARI

VƏ ONLARIN TƏTBİQİ QAYDALARI

 

Maddə 17. Gömrük dəyərinin müəyyən edilməsi üsulları

1. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:

—gətirilən malların sövdələşmə qiyməti ilə;

—eyni malların sövdələşmə qiyməti ilə;

—eynicinsli malların sövdələşmə qiyməti ilə;

—dəyərin toplanması üsulu ilə;

—dəyərin çıxılması üsulu ilə;

—ehtiyat üsulu ilə.

2.   Gətirilən malların sövdələşmə qiymətinə uyğun olaraq qiymətləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.

Əsas üsuldan istifadə edilə bilmədiyi halda, bu maddənin 1-ci bəndində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsulun tətbiqi gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda həyata keçirilir.

Dəyərin çıxılması və toplanması üsullarından deklarantın xahişi ilə istənilən ardıcıllıqla istifadə edilə bilər. [7]                                                                                                        

Maddə 18. Gətirilən malların Gömrük dəyərinin sövdələşmə qiyməti ilə müəyyən edilməsi

1. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın gömrük dəyəri həmin mal Azərbaycan Respublikasına ixrac olunması üçün satılarkən gətirilən mal üçün faktiki ödənilmiş və ya ödənilməli olan sövdələşmə qiymətidir (limana və ya digər gətirilmə yerinədək). Gömrük dəyəri müəyyən edilərkən sövdələşmə qiymətində nəzərə alınmayan aşağıdakı xərc maddələri bu zaman həmin qiymətə əlavə edilir: [8]

a)   malın hava və dəniz limanınadək, yaxud Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olduğu digər hər hansı bir yerədək gətirilməsi xərcləri:

—nəqliyyat xərcləri;

—malın yüklənmə, boşaldılma və yenidən yüklənmə xərcləri; 

—sığorta xərcləri.

b)   alıcının çəkdiyi xərclər:

—malın alınması üçün komisyon xərcləri istisna olmaqla, komisyon və broker mükafatlandırmaları üzrə xərclər;

—konteynerlərin və çoxişlənən taranın dəyəri (əgər Əmtəə nomenklaturasına uyğun olaraq, onlar qiymətləndirilən mallarla birlikdə tam olaraq nəzərdən keçirilirsə);

—qablaşdırma materiallarının və işlərinin dəyəri də daxil olmaqla qablaşdırma dəyəri.

v)   alıcı tərəfindən birbaşa və dolayı yolla pulsuz, yaxud qiymətləndirilən malların istehsalı və ya aparılma üçün satılması ilə əlaqədar istifadə edilməsi üçün aşağı qiymətə təqdim olunmuş aşağıdakı malların və xidmətlərin dəyərinin müvafiq hissəsi:

—xammalın, materialların, hissələrin, yarımfabrikatların və qiymətləndirilən malların tərkib hissələri olan digər komplektləşdirici məmulatların;

—qiymətləndirilən malların istehsalı zamanı istifadə olunan alətlərin, ştampların, qəliblərin və digər bu kimi əşyaların;

—qiymətləndirilən malların istehsalı zamanı sərf olunan materialların (sürtkü materiallarının, yanacağın və s);

—Azərbaycan Respublikası ərazisindən kənarda yerinə yetirilən və qiymətləndirilən malların istehsalı üçün bilavasitə lazım olan mühəndis, təcrübə-konstruktor, dizayn, bədii tərtibat, eskiz. və çertyoj işlərinin;

q) mallarla əlaqəli intellektual mülkiyyət obyektlərinin istifadəsi üçün alıcının qiymətləndirilən malların satışı üçün şərt kimi birbaşa və dolayı yolla sərf etməli olduğu lisenziyalaşdırma xərcləri və digər ödənişlər; [9]

ğ) Azərbaycan Respublikası ərazisində qiymətləndirilən malları istifadə olunmasından, verilməsindən və ya təkrar satışından satıcının birbaşa, yaxud dolayı yolla əldə etdiyi gəlirin bir hissəsi.

1-1. Faktiki ödənilmiş və ya ödənilməli qiymətə əlavələr, bu maddəyə əsasən və yalnız qərəzsiz və kəmiyyətlə ifadə oluna bilən məlumat əsasında edilməlidir. Gömrük dəyəri müəyyənləşdirilən zaman faktiki ödənilmiş və ya ödənilməli qiymətə bu maddədə göstərilməyən əlavələrin edilməsinə yol verilmir. [10]

2. Bu üsul aşağıdakı hallarda gömrük dəyərinin müəyyən edilməsi üçün istifadə oluna bilməz:

a)   aşağıdakılar istisna olmaqla, alıcının qiymətləndirilən mal üzrə sərəncam və ya istifadə hüquqları sahəsində məhdudiyyətlər nəzərdə tutulduqda: [11]

—Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məhdudiyyətlər;

—malların təkrar satıla biləcəyi coğrafi bölgə məhdudiyyətləri;

—malların qiymətinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər;

b)   malın satışı və sövdələşmə qiyməti təsiri nəzərə alına bilməyən şərtlərin yerinə yetirilməsindən asılıdırsa;

v)   deklarant tərəfindən gömrük dəyərinin müəyyən edilməsi zamanı istifadə olunan məlumatlar sənədlərlə təsdiq olunmamışsa və ya kəmiyyətcə təyin edilə bilən, dəqiq və obyektiv məlumatlara əsaslanmırsa;

q)   bu maddənin 3-cü bəndinə əsasən sövdələşmə qiyməti gömrük məqsədləri üçün qəbul edilən sayıldığı hallar istisna olmaqla, alıcı və satıcı əlaqəli şəxslər olduqda. [12]

Bu zaman əlaqəli şəxslər dedikdə, aşağıdakı əlamətlərdən heç olmazsa birinə malik olan şəxslər nəzərdə tutulur: [13]

—sövdələşmə iştirakçılarından biri (fiziki şəxs) və ya sövdələşmə iştirakçılarından birinin vəzifəli şəxsi eyni zamanda digər sövdələşmə iştirakçısının da vəzifəli şəxsidirsə;

—sövdələşmə iştirakçıları müəssisənin birgə sahibləridirsə;

— sövdələşmə iştirakçıları bir-birinə münasibətdə işəgötürən və işçidirlərsə; [14]

—sövdələşmə iştirakçılarından biri digər iştirakçının payının və nizamnamə kapitalının beş faizindən azını təşkil etməyən səs hüququ verən səhmlərinin sahibidirsə;

—sövdələşmənin hər, iki iştirakçısı üçüncü hüquqi və ya fiziki şəxsin bilavasitə və ya dolayı nəzarəti altındadırsa;

—sövdələşmə iştirakçıları birlikdə üçüncü şəxsə bilavasitə və ya dolayı nəzarət edirlərsə;

—sövdələşmə iştirakçılarından biri o biri iştirakçının bilavasitə və ya dolayı nəzarəti altındadırsa;

— sövdələşmə iştirakçıları eyni ailənin üzvü və ya yaxın qohumdurlarsa. [15]

ğ) alıcı tərəfindən malların hər hansı sonrakı satışından, sərəncam verilməsindən və ya istifadəsindən əldə edilən gəlirin hər hansı bir hissəsi bilavasitə və ya dolayı yolla satıcıya keçərsə, bu şərtlə ki, bu maddənin 1-ci bəndinin müddəalarına əsasən müvafiq dəqiqləşmələrin aparılması mümkün olmasın. [16]

İşgüzar fəaliyyətdə bir-biri ilə bağlı olan şəxslərdən biri digərinin yeganə nümayəndəsi, yeganə distribütoru və ya yeganə konsessioneri olduğu təqdirdə, bunun təqdim edilməsi formasından asılı olmayaraq, onlar yuxarıda göstərilən asılılıq meyarlarına uyğun gəldiyi halda əlaqəli şəxs hesab edilirlər. [17]

3. Alıcı və satıcının əlaqəli şəxslər olması faktı özü-özlüyündə sövdələşmə qiymətinin məqbul sayılmaması üçün əsas deyildir. Bu halda, satışla bağlı şərait araşdırılmalı və əlaqələrin qiymətə təsiri olmaması şərtilə sövdələşmə qiyməti qəbul edilməlidir. Əgər deklarant tərəfindən və ya başqa cür təqdim edilmiş məlumata əsasən gömrük orqanları əlaqələrin qiymətə təsir etdiyinə dair əsaslara malik olarsa, onlar deklarantı özlərinin əsasları haqqında məlumatlandırmalı və cavablandırmaq üçün ona imkan yaratmalıdırlar. Deklarantın istəyi ilə belə bir bildiriş yazılı şəkildə verilə bilər.

Əlaqəli şəxslər arasında satış zamanı, deklarant sövdələşmə qiymətinin aşağıda göstərilənlərlə eyni və ya təxminən eyni zamanda baş verənlərdən az fərqləndiyini göstərərsə, belə sövdələşmə qiyməti qəbul edilməli və mallar bu maddənin 1-ci bəndinə müvafiq olaraq qiymətləndirilməlidir:

əlaqəli olmayan satıcı ilə Azərbaycan Respublikasına ixrac üçün satış zamanı eyni və ya eynicinsli mallar üçün sövdələşmə qiyməti;

eyni və ya eynicinsli malların bu Qanunun 21-ci və ya 22-ci maddələrinin müddəalarına əsasən müəyyən edilmiş gömrük dəyəri.

Bu bəndin ikinci hissəsində göstərilən hallar tətbiq olunan zaman, kommersiya və kəmiyyət səviyyələri, bu maddənin 1-ci bəndində göstərilən qiymətə təsir edən əsaslar, satıcı və alıcı əlaqəli şəxslər olmayan satışda satıcının çəkdiyi xərclər arasındakı fərqlər lazımi qaydada nəzərə alınmalıdır.

Bu bəndin ikinci hissəsində göstərilən hallar deklarantın təşəbbüsü ilə və yalnız müqayisə məqsədləri üçün istifadə oluna bilər. Həmin müddəalara uyğun olaraq əvəzedici qiymətlər müəyyən edilə bilməz.

4. Mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən əlavə vəsaitin məbləği müəyyənləşdirilərkən aşağıdakı xərclər gömrük dəyərindən çıxılmalıdır:

sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra qiymətləndirilən mallarla əlaqədar tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım göstərilməsindən yaranan istənilən xərc və ödənişlər;

qiymətləndirilən malların gömrük ərazisinə gətirildikdən sonrakı daşınma və sığorta xərcləri;

gömrük ərazisində ödənilməli olan rüsum və vergilər. [18]

Maddə 19. Eyni malların sövdələşmə qiyməti üsulu.

1. Eyni malların sövdələşmə qiyməti üsulundan istifadə olunduqda malın; gömrük dəyərinin müəyyən edilməsi üçün eyni malların sövdələşmə qiyməti bu maddədə göstərilən aşağıdakı şərtlər nəzərə alınmaqla əsas götürülür. Eyni mallar dedikdə, qiymətləndirilən mallarla hər cəhətdən eyni olan mallar başa düşülür, o cümlədən:

—fiziki xüsusiyyətlərinə görə;

—keyfiyyətinə və bazardakı nüfuzuna görə;

—malın mənşə ölkəsinə görə;

—istehsalçısına görə. [19]

Eyni malların xarici görünüşündə cüzi fərqlər olduqda, digər cəhətləri isə bu bəndin tələblərinə uyğun gəldikdə həmin fərqlər. malların eyni olduğunu inkar etmək üçün əsas sayıla bilməz.

2.  Eyni malların sövdələşmə qiyməti gömrük dəyərini müəyyən etmək üçün o vaxt əsas götürülə bilər ki, bu mallar:

a) Azərbaycan Respublikasına ixrac üçün satılsın; [20]

b)   qiymətləndirilən malların idxalı ilə eyni və ya təxminən eyni bir vaxtda və ya 90 gündən artıq olmamaqla, həmin vaxtdan əvvəl gətirilsin; [21]

v)   qiymətləndirilən mallarla eyni kommersiya səviyyəsində və təxminən eyni miqdarda satılsın. [22]

Eyni malların eyni kommersiya səviyyəsində və/və ya əsas etibarilə eyni miqdarda olan heç bir satışı müəyyən edilmədikdə, müxtəlif kommersiya səviyyələrində və/və ya müxtəlif miqdarda satılmış eyni malların, səviyyə və miqdar fərqləri nəzərə alınaraq düzəlişlər edilmiş sövdələşmə qiyməti istifadə edilir. Düzəlişlər, dəyərin artması və ya azalmasına səbəb olub-olmamasından asılı olmayaraq, onların ağlabatanlığını və düzgünlüyünü aydın şəkildə müəyyən edən sübut olunmuş dəlillər vasitəsilə əsaslandırıla bilən olmalıdır. [23]

3.  Eyni malların sövdələşmə qiyməti üsulu ilə müəyyən edilən gömrük dəyəri bu Qanunun 18-ci maddəsinin 1-ci bəndinin “a” yarımbəndində göstərilən çatdırılma xərcləri qiymətləndirilən mallar və eyni mallar arasında belə xərc və məsafələrdə əhəmiyyətli fərqlər mövcud olduğu halda və əgər fərqlər məsafə və nəqliyyat vasitələrinin növlərinin müxtəlifliyindən irəli gələrsə, nəzərə alınaraq təshih edilməlidir. [24]

Təshih etmələr sənədlərlə təsdiq olunmuş dəqiq məlumatlara əsasən aparılmalıdır. [25]

4.  Əgər bu üsuldan istifadə olunarkən malların bir neçə sövdələşmə qiyməti aşkar olunarsa, bu zaman idxal edilən malların Gömrük dəyərini müəyyən etmək üçün həmin qiymətlərin ən aşağı səviyyəyə malik olanı əsas götürülür.

Maddə 20. Eynicinsli malların sövdələşmə qiyməti üsulu

1.   Malın Gömrük dəyərini müəyyən etmək üçün eynicinsli malların sövdələşmə qiyməti üsulu istifadə edildiyi halda, bu maddədə göstərilmiş şərtlərə riayət edilməklə gətirilən mallarla eynicinsli malların sövdələşmə qiyməti əsas götürülür. Bu zaman eynicinsli mallar dedikdə, bütün xüsusiyyətlərinə görə eyni, olmasa da, onlara qiymətləndirilən mallarla eyni funksiyaları yerinə yetirmək imkanı verən oxşar xüsusiyyətlərə və tərkib materiallara malik olan və kommersiya baxımından bir-birini əvəz edə bilən mallar başa düşülür. Malların eynicinsli olması onların keyfiyyətinə, əmtəə nişanının olmasına və bazardakı nüfuzuna görə müəyyən edilir. [26]

2.   Eynicinsli malların sövdələşmə qiyməti ilə gömrük dəyərinin müəyyən edilməsi üsulundan istifadə olunduqda, bu qanunun 19-cu maddəsinin 2-4-cü bəndləri tətbiq edilir. [27]

3.   19-cu maddənin və bu maddənin müddəalarına əsasən gömrük qiymətləndirilməsi üsullarından istifadə edildikdə:

a)   qiymətləndirilən mallarla eyni bir ölkədə istehsal olunmamış mallar onlarla eyni və ya eynicinsli hesab edilə bilməz;

b)   əgər malların layihələşdirilməsi, onların üzərində aparılan təcrübə-konstruktor, bədii tərtibat, dizayn, eskiz və çertyoj işləri Azərbaycan Respublikasının ərazisində yerinə yetirilibsə, belə mallar, eyni və ya eynicinsli sayıla bilməz,

v) digər şəxs tərəfindən istehsal edilmiş mallar, yalnız qiymətləndirilən malları istehsal edən şəxs tərəfindən istehsal edilmiş eyni və ya eynicinsli mallar mövcud olmadığı şəraitdə nəzərə alınmalıdır. [28]

Maddə 21. Dəyərin çıxılması üsulu

1. Dəyərin çıxılması üsulu ilə gömrük dəyərinin müəyyən edilməsi qiymətləndirilən eyni və ya eynicinsli mallar Azərbaycan Respublikasının ərazisində öz ilkin vəziyyətini dəyişdirmədən satıldıqda tətbiq olunur.

2.   Dəyərin çıxılması üsulu ilə malın gömrük dəyərini müəyyən etmək üçün mal vahidinin o qiyməti əsas götürülür ki, bu qiymətlə qiymətləndirilən malın gətirildiyi eyni və ya təxminən eyni tarixdə Azərbaycan Respublikası ərazisində qiymətləndirilən idxal edilmiş mallarla eyni və yaxud eynicinsli malların ən böyük məcmu miqdarı satıcı ilə əlaqəli olmayan sövdələşmə iştirakçısına satılsın. [29]

3.   Mal vahidinin qiymətindən aşağıdakı xərc maddələri çıxılır:

a) idxal edilmiş eyni sinif və ya növ malların Azərbaycan Respublikasında satışı ilə əlaqədar adətən ödənilən və ya ödənilməli olan komissiyalar və ya gəlir və ümumi xərclər üçün adətən ödənilən əlavələr; [30]

b)    malların idxalı və satışı ilə əlaqədar Azərbaycan Respublikasında ödənilməli olan idxal Gömrük rüsumlarının, vergilərin, yığımların və digər ödənişlərin məbləği; ,

v)   Azərbaycan Respublikasında daşınma, yüklənmə, boşaldılma işlərinə, sığortaya adətən sərf olunan xərclər. [31]

q) müvafiq hallarda bu Qanunun 18-ci maddəsinin 1-ci bəndinin “a” yarımbəndində qeyd olunan xərclər və yığımlar.

Əgər qiymətləndirilən malların idxalı ilə eyni və ya təxminən eyni vaxtda belə bir satış həyata keçirilməyibsə, gömrük dəyəri, bu maddənin 1-3-cü bəndlərində başqa qayda nəzərdə tutulmayıbsa, idxal olunan mallarla eyni və ya eynicinsli olan malların Azərbaycan Respublikasında 90 gündən artıq olmamaq şərtilə ən tez satıldığı satış qiymətinə əsaslanmalıdır [32]

4.   Qiymətləndirilən eyni və eynicinsli malların gətirilmə anındakı vəziyyətdə satılması halları olmayıbsa, deklarantın xahişinə əsasən, bu maddənin 2-ci və 3-cü bəndlərinin müddəalarına riayət etmək şərti ilə, emal mərhələnin keçmiş mal vahidinin qiymətindən-istifadə etməklə əlavə dəyərə düzəliş edilməlidir.

Maddə 22. Dəyərin toplanması üsulu

1. Gömrük dəyəri bu üsulla müəyyən edilərkən, malın aşağıdakıların toplanması yolu ilə hesablanmış qiyməti əsas götürülür:

a) idxal edilən malların hazırlanmasında istifadə edilən materiallara, həmin malların istehsalına və ya digər emalına çəkilən xərclər və ya bunların dəyəri; [33]

b)    bu Qanunun 18-ci maddəsinin 1-ci bəndinin “a” yarımbəndində göstərildiyi kimi nəqliyyat, yüklənmə yerinədək sığorta xərcləri və dəyərləri və s; [34]

v) Azərbaycan Respublikasına ixrac etmək məqsədilə ixrac ölkəsində istehsalçılar tərəfindən hazırlanan və qiymətləndirilən mallarla eyni sinif və ya növdən olan malların satışı zamanı adətən nəzərə alınan mənfəətə və ümumi xərclərə bərabər mənfəət və ümumi xərclərin həcmi. [35]

2. Azərbaycan Respublikasının rezidenti olmayan hər hansı bir şəxsdən hesablanmış qiymətin müəyyən edilməsi üçün hesabat sənədləri tələb edilə bilməz. Lakin bu maddənin tələblərinə uyğun olaraq gömrük dəyərinin təyin edilməsi məqsədi ilə malların istehsalçısı tərəfindən təqdim edilən məlumatlar, istehsalçının razılığı və müvafiq ölkənin aidiyyəti orqanlarına əvvəlcədən bildirişin verilməsi və həmin orqanların araşdırmaya etiraz etməməsi şərtilə həmin ölkədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlanıla bilər. [36]

Maddə 23. Ehtiyat üsulu

1.    Əgər Gömrük dəyəri bu Qanunun 18—22-ci maddələrində göstərilən üsulların ardıcıl tətbiqi nəticəsində deklarant tərəfindən müəyyən edilə bilmirsə və ya Gömrük orqanları Gömrük dəyərinin müəyyən edilməsində bu üsullardan istifadə oluna bilməməsini əsaslandırırlarsa, onda qiymətləndirilən malların gömrük dəyəri 1994-cü il Tarif və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinin və GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmanın prinsip və müddəalarına müvafiq olan ağlabatan vasitələrlə və Azərbaycan Respublikasında mövcud olan məlumatlardan istifadə etməklə müəyyən edilir. [37]

Ehtiyat üsulu tətbiq olunarkən Azərbaycan Respublikasının gömrük orqanı onun sərəncamında olan bütün qiymət məlumatlarını deklaranta təqdim edir.

2.    Bu üsulla malın Gömrük dəyərini müəyyən etmək üçün aşağıdakılar əsas götürülə bilməz;

a) ixrac edən ölkənin daxili bazarında malın qiyməti; [38]

b) Azərbaycan Respublikasının daxili bazarında Azərbaycan mənşəli malın qiyməti;

v) ixrac edən ölkənin üçüncü ölkələrə göndərdiyi malların qiyməti;

q) təsadüfi və ya uydurma qiymətlər; [39]

       d) müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksəyinin qəbul edilməsini nəzərdə tutan sistem;

       e) bu Qanunun 22-ci maddəsinin müddəalarına əsasən eyni və ya eynicinsli mallar üçün dəyərin toplanması üsulunda müəyyən edilməyən fərqli istehsal xərcləri;

ə) minimum gömrük dəyərləri. [40]

 

V fəsil

MALIN MƏNŞƏ ÖLKƏSİNİN MÜƏYYƏN EDİLMƏSİ

 

Maddə 24. Malın mənşə ölkəsinin müəyyən edilməsinin məqsədi

Malın mənşə ölkəsi malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən çıxarılmasının tarif və qeyri-tarif tənzimlənməsini həyata keçirmək məqsədi ilə müəyyən olunur.

Malın mənşə ölkəsinin təyin edilməsinin bu Qanunda göstərilən prinsipləri mövcud beynəlxalq təcrübəyə əsaslanır. Malın mənşə ölkəsinin təyin edilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bu Qanunun müddəaları əsasında müəyyənləşdirilir.

Maddə 25. Malın mənşə ölkəsi

Malın mənşə ölkəsi dedikdə, malın tamamilə Həmin ölkədə istehsal olunduğu və ya bu Qanunla müəyyən olunan meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə başa düşülür.

Maddə 26. Müəyyən ölkədə tam istehsal olunmuş mallar

Müəyyən ölkədə tam istehsal olunmuş mallar aşağıdakılardır:

a) onun ərazisində və ya məhəlli sularında, yaxud qitə şelfində və dənizin təkində çıxarılan faydalı qazıntılar (əgər ölkənin bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa);

b) onun ərazisində becərilmiş və yığılmış bitkiçilik məhsulları;

v) orada doğulub və bəslənilmiş heyvanlar;

q) həmin ölkədə bəslənilmiş heyvanlardan alınmış məhsullar;

ğ) orada istehsal edilmiş ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları;

d) dünya okeanında həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsulları;

e) həmin ölkədəki istehsalın və başqa əməliyyatların nəticəsi olan təkrar xammal və tullantılar;

ə) həmin ölkəyə məxsus olan və ya onun icarəyə götürdüyü kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları;

j)      həmin ölkədə müstəsna olaraq “a”—”ə” bəndlərində göstərilən məhsullardan istehsal edilmiş mallar.

Maddə 27. Malın kifayət qədər emal edilməsinin meyarları

1.    Əgər malın istehsalında iki və daha çox ölkə iştirak edirsə, malın mənşə ölkəsi kifayət qədər emal meyarına uyğun olaraq müəyyən olunur.

2.    Müəyyən bir ölkədə malların kifayət qədər emalının meyarları aşağıdakılardır:

a)   emal nəticəsində Əmtəə nomenklaturasında hər hansı birinci dörd rəqəm səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi;

b)   malın müəyyən ölkə mənşəli hesab olunması üçün kifayət edən və ya etməyən istehsal-texnoloji əməliyyatların yerinə yetirilməsi;

v)   advalor pay qaydası—istifadə olunmuş materialların dəyərinin və ya əlavə dəyərin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar malın dəyərinin dəyişməsi.

Bu zaman aşağıdakılar kifayət qədər emal meyarına cavab verməyən hesab olunurlar:

—saxlanma və nəql edilmə zamanı malların mühafizəsinin təmin edilməsi ilə bağlı əməliyyatlar;

—malların satışa və daşınmaya hazırlanması əməliyyatları (mal partiyasının bölünməsi, malların göndərilmə üçün formalaşdırılması, çeşidlənməsi və yenidən qablaşdırılması);

—sadə yığma əməliyyatları;

—alınmış məhsula onu əvvəlki xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndirən yeni əlamətlər vermədən malların (tərkib hissələrinin) qarışdırılması.

3.   Konkret mallara və mənşə ölkəsinə münasibətdə malın mənşəyi xüsusi olaraq qeyd olunmamışdırsa, Əmtəə nomenklaturası üzrə malın mövqeyində ilk dörd rəqəm səviyyəsində dəyişilmə baş vermişsə, bu zaman malın kifayət qədər emala məruz qaldığını nəzərdə tutan ümumi qayda tətbiq olunur.

4.   Konkret mal və ölkə üçün kifayət qədər emal meyarı bu Qanuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Maddə 28. Mallar partiyalarla göndərilərkən onların mənşə ölkəsinin müəyyən edilməsi

Malların istehsal və nəqliyyat şərtlərinə görə bir neçə partiyadan sökülmüş və ya yığılmamış şəkildə bir partiyada göndərilməsi mümkün olmadıqda, həmçinin səhv nəticəsində bir partiya mal bir neçə partiyaya bölünmüşsə, mənşə ölkəsi müəyyən edilərkən deklarantın istəyi ilə həmin mallar vahid bir mal kimi götürülməlidir.

Bu qaydanın tətbiq edilməsi şərtləri aşağıdakılardır:

—Azərbaycan Respublikasının gömrük orqanına sökülmüş və yığılmamış malın bir neçə partiyaya bölünməsinin səbəbləri haqqında əmtəə nomenklaturasına görə kodlar göstərilməklə hər partiyanın özünəməxsus cəhətləri, bu partiyaya daxil olan malların dəyəri və mənşə ölkəsi haqqında əvvəlcədən xəbərdarlıq edilməsi;

—malın bir neçə Partiyaya bölünməsinin səhv olduğunu təsdiq edən sənədlərin olması;

—bütün partiyaların bir ölkədən bir malgöndərən tərəfindən göndərilməsi;

—bütün partiyaların eyni gömrükxanadan (gömrük postunda”) gətirilməsi;

—malın bütün partiyalarının gömrük bəyannaməsinin qəbul olunduğu tarixdən altı aydan gec olmayaraq və ya birinci partiyaya görə gömrük bəyannaməsinin verilməsi müddəti keçənə qədər göndərilməsi.

Maddə 29. Malın mənşəyinin təsdiqi

1.   Malın mənşəyinin bəyan edilən ölkə olduğunu müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının gömrük orqanı malın mənşəyi haqqında sertifikat tələb etmək hüququna malikdir.

2.   Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən malın mənşəyi haqqında sertifikat zəruri olduqda və bu müvafiq kontraktlarda, ölkənin qanunvericilik aktlarında və ya Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərində nəzərdə tutulmuşsa, bu zaman o müvafiq dövlət orqanı tərəfindən verilir.

3.   Azərbaycan Respublikasının gömrük ərazisinə mal gətirilərkən aşağıdakı hallarda malın mənşəyi haqqında sertifikat təqdim olunmalıdır:

—mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara;

—müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara;

—əgər (bu, Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərdə, həmçinin Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı, Azərbaycan istehlakçılarının hüquqlarının müdafiəsi, ictimai asayişin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının digər həyati mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulmuşsa;

—gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərdə malların mənşəyi haqqında məlumat olmadıqda və ya Azərbaycan Respublikasının Gömrük orqanında malın mənşəyi haqqında bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.

Maddə 30. Malın mənşəyi haqqında sertifikat

1. Malın mənşəyi haqqında sertifikat malın müvafiq ölkəyə mənsub olmasını birmənalı şəkildə təsdiq etməli və aşağıdakıları əks etdirməlidir:

a) malgöndərənin malın müvafiq mənşə meyarına uyğun kəlməsi haqqında yazılı ərizəsi;

b) sertifikatda göstərilən məlumatların düzgün olduğu barədə malın çıxarıldığı ölkənin səlahiyyətli orqanlarının yazılı şəhadətnaməsi.

2.   Malın mənşəyi haqqında sertifikat Gömrük bəyannaməsi və Gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan digər sənədlərlə birgə təqdim edilir. Sertifikat itirildikdə onun rəsmi təsdiq edilmiş surəti qəbul olunur.

3.   Sertifikatın və ya onda olan məlumatların düzgünlüyünə şübhə yarandıqda, Azərbaycan Respublikasının Gömrük orqanı sertifikatı vermiş səlahiyyətli təşkilatlara və ya malın mənşə ölkəsi kimi göstərilmiş ölkənin digər səlahiyyətli təşkilatlarına əlavə və dəqiqləşdirici məlumatların verilməsinə dair müraciət edə bilər.

4.   Bu Qanunda müəyyən olunmuş hallarda, nəzərdə tutulan qaydada rəsmiləşdirilmiş mənşə sertifikatı və ya tələb edilmiş məlumatlar təqdim olunmayanadək göstərilən ölkə malın mənşə ölkəsi hesab edilmir.

5.   Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumu ödənilir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tarifləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. [41]

Maddə 31. Malın buraxılmasından imtina edilməsi üçün əsaslar

1.   Azərbaycan Respublikasının gömrük orqanı malın buraxılmasından o vaxt imtina edə bilər ki, həmin malın Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərə və ya Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, malları buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsas olsun.

2.   Tələb olunan qaydada rəsmiləşdirilmiş sertifikatın və ya malın mənşəyi haqqında məlumatın təqdim edilməməsi malın gömrük sərhədindən buraxılmasından imtina edilməsi üçün əsas ola bilməz. 

3.   Mənşəyi dəqiq müəyyən olunmamış mallar, onlar üçün Azərbaycan Respublikasının gömrük tariflərinin maksimum dərəcələri ilə gömrük rüsumları (ödənildiyi halda buraxılır.

Maddə 32. Malın mənşə ölkəsinin müəyyən edilməsinə aid olan əlavə müddəalar

1.   Gömrük rəsmiləşdirilməsi həyata keçirildiyi vaxtdan bir ildən gec olmayaraq malların mənşəyinin tələb olunan qaydada təsdiq olunması şərti ilə həmin mallara ən əlverişli ölkə rejimi və ya imtiyazlı rejim tətbiq (bərpa) oluna bilər.

2.   Malların mənşə ölkəsi müəyyən olunarkən onların istehsalı üçün istifadə olunan elektrik enerjisi, maşın, avadanlıq və alətlərin mənşəyi nəzərə alınmır.

3.   Üçüncü ölkələrdən, Həmçinin Azərbaycan Respublikasının ərazisində yerləşən azad Gömrük zonalarının və azad anbarların ərazisindən gətirilən malların mənşə ölkəsinin təyin edilməsi, o cümlədən “birbaşa göndərmə və bilavasitə alınma” qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

 

VI fəsil

TARİF GÜZƏŞTLƏRİ

 

Maddə 33. Tarif güzəştləri

1.  Mallar üzrə tarif güzəştləri (tarif preferensiyaları) bu Qanunla müəyyən olunur və onun tətbiqi bu Qanunun 35-ci, 36-cı və 37-ci maddələri istisna olmaqla, fərdi xarakter daşıya bilməz. Gömrük güzəştləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə verilir.

Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsum ödənişindən azadetmə, rüsum dərəcələrinin aşağı salınması, malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür. [42]

2.  Bu Qanunda nəzərdə tutulmuş gömrük güzəştlərinin verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Maddə 34. Rüsumlardan azadetmə

Gömrük rüsumlarından aşağıdakılar azad edilirlər:

1) yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün lazım olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və digər əmlak;

2)    dənizdə balıq ovlayan Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq və başqa əmlak, habelə həmin gəmilərdə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

3)   rəsmi, yaxud şəxsi istifadə üçün xarici ölkələrin nümayəndələri tərəfindən və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə və Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq! surətdə bu cür malları rüsumsuz gətirmək və rüsumsuz çıxartmaq hüququna malik olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar;

4) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, gömrük sərhədi ərazisindən çıxarılan Azərbaycan Respublikasının valyutası və bu əraziyə gətirilən xarici valyutalar (numizmatika məqsədi ilə istifadə olunanlardan başqa), qiymətli kağızlar;

5) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar;

6) qəza və dağıntıların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə və ya Humanitar yardım kimi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan mallar, o cümlədən məktəblər, məktəbəqədər müəssisələr və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;

7) texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ya bu ərazidən çıxarılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar; [43]

8) üçüncü ölkələr üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının gömrük ərazisindən tranzit rejimi ilə gömrük nəzarəti altında keçən mallar;

9) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının gömrük ərazisindən fiziki şəxslər tərəfindən istehsal və kommersiya təyinatı olmayan və yalnız şəxsi istifadə üçün çıxarılan mallar;

z)  (Çıxarılıb) [44]

10) Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri. [45]

11) yığma komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı, texnikası və malları. [46]

12)  kütləvi informasiya vasitələri – kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə. [47]

13) əməkçi miqrantın qazandığı vəsaitin və bu vəsaitlə əldə etdiyi əşyaların, məişət avadanlıqlarının, həmçinin əmək fəaliyyəti üçün zəruri olan alətlərin, əməkçi miqrant əmək fəaliyyətinə başladıqda və əmək fəaliyyəti sonra çatdıqda Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılmasına görə rüsum ödənilmir. [48]

14) mallar (aksizli mallardan başqa) Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan Azərbaycan Respublikasının gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar Azərbaycan Respublikasının gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti idxal edildikdə, Azərbaycan Respublikasında mallar xüsusi iqtisadi zonalar arasında idxal-ixrac edildikdə. [49]

 

Maddə 35. Tarif preferensiyalarının verilməsi

Azərbaycan Respublikasının xarici dövlətlərlə ticarət-siyasi münasibətləri həyata keçirilərkən aşağıdakı mallar üzrə gömrük rüsumlarından azadetmə, gömrük dərəcələrinin aşağı salınması, yaxud preferensial idxal üçün tarif kvotaları qoyulması kimi güzəştlər verilə bilər: [50]

—mənşəcə, Azərbaycan Respublikası ilə gömrük ittifaqı və azad ticarət zonası yaratmış və ya bu cür ittifaqın, yaxud zonanın yaradılmasına dair müqavilə imzalamış dövlətlərə mənsub olan mallar;

—mənşəcə, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarından beş ildə bir dəfədən az olmamaq şərti ilə dövri olaraq yenidən baxılan milli preferensiya sistemindən istifadə edən inkişaf etməkdə olan ölkələrə mənsub mallar.

Maddə 36. Tarif güzəştlərinin verilməsi

Azərbaycan Respublikasının ticarət siyasəti həyata keçirilərkən Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarında aşağıdakı mallar üzrə əvvəl ödənilmiş gömrük rüsumlarının qaytarılması, rüsum dərəcələrinin azaldılması və müstəsna hallarda gömrük rüsumlarından azadetmə kimi güzəştlər verilə bilər:

—Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən olunmuş gömrük rejimlərinə uyğun olaraq gömrük nəzarəti altında Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və həmin ərazidən müvəqqəti çıxarıLan mallar;

—Azərbaycan Respublikasının iştirakçIsı olduğu hökumətlərarası sazişlərə müvafiq olaraq xaricdə investisiya əməkdaşlığı üzrə obyektlərin inşası üçün dəstlə göndərilən mallar,

—Azərbaycan Respublikasının qanunvericilik aktlarına olaraq müəyyən edilən dövlət ehtiyacları üçün Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılan mallar;

—xarici sərmayənin iştirakı ilə yaradılan, müəssisələrin və xarici müəssisələrin nizamnamə fonduna pay şəklində Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası, hökumətinin və ya onun səlahiyyətli dövlət orqanlarının məhsulların bölgüsü barədə bağladıqları sazişlərdə nəzərdə tutulmuş hallarda və ya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş qaydada xarici investisiyaların öz xərcini ödəməsi dövründə həmin müəssisələrin özü tərəfindən istehsal edilərək Azərbaycan Respublikası ərazisindən çıxarılan müxtəlif növ mallar.

 

VII fəsil

YEKUN MÜDDƏALAR

 

Maddə 37. Beynəlxalq müqavilələr

Əgər Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu Qanundan fərqli başqa normalar müəyyən edilmişsə, bu zaman beynəlxalq müqavilələrdə nəzərdə tutulan normalar tətbiq edilir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV,

 

Bakı şəhəri, 20 iyun 1995-ci il

№ 1064

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 dekabr 1998-ci il tarixli 583-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 742)

2.       30 mart 1999-cu il tarixli 643-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 225)

3.       20 fevral 2001-ci il tarixli 90-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 145)

4.       6 mart 2001-ci il tarixli 99-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 296)

5.       13 mart 2001-ci il tarixli 100-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 151)

6.       23 mart 2001-cü il tarixli 104-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 299)

7.       30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57)

8.       4 dekabr 2009-cu il tarixli 925-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289)

9.       22 iyun 2010-cu il tarixli 1053-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 712)

10.    4 mart 2011-ci il tarixli 81-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 aprel 2011-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 256)

11.    13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 779)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyul 2013-cü il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 07, maddə 779 ilə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının 1995-ci il 20 iyun tarixli 1064 nömrəli Qanunu ləğv edilmişdir.

 

[2] 4 dekabr 2009-cu il tarixli 925-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 1-ci maddənin ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Gömrük ərazisi—Gömrük işi sahəsində Azərbaycan Respublikasının müstəsna yurisdiksiyasında olan ərazi;

 

[3] 22 iyun 2010-cu il tarixli 1053-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 712) ilə 1-ci maddənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və maddəyə on birinci abzas əlavə edilmişdir.

 

[4] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 13-cü maddənin 1-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan hallar” sözləri “Müvafiq məhkəmə qərarının qəbul olunduğu hallar” sözləri ilə əvəz edilmişdir.

 

[5] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 15-ci maddənin 1-ci bəndə yeni məzmunda birinci abzas əlavə edilmişdir

 

[6] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 15-ci maddənin 2-ci bənddə “bəyan edilmiş gömrük dəyərinin rüsum hesablanması üçün əsas kimi qəbul edilməməsinin səbəbləri barədə ona üç ay müddətində” sözləri “malların gömrük dəyərinin necə müəyyən edilməsi haqqında ona” sözləri ilə əvəz edilmişdir.

 

[7] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 17-ci maddənin 2-ci bəndinin üçüncü abzasında “üsullarından” sözündən sonra “deklarantın xahişi ilə” sözləri əlavə edilmişdir.

 

[8] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 1-ci bəndinin birinci abzasda “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən” sözləri “Azərbaycan Respublikasına ixrac olunması üçün satılarkən” sözləri ilə, “daxil edilir” sözləri “əlavə edilir” sözləri ilə əvəz edilmişdir və “(limana və ya digər gətirilmə yerinədək)” sözləri çıxarılmışdır.

 

[9] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 1-ci bəndinin “q” yarımbəndində “intellektual” sözündən əvvəl “mallarla əlaqəli” sözləri, “alıcının” sözündən sonra “qiymətləndirilən malların satışı üçün şərt kimi” sözləri əlavə edilmişdir.

 

[10] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 1-ci bəndinə 1-1-ci bənd əlavə edilmişdir.

 

[11] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 2-ci bəndinin “a” yarımbəndinin birinci abzasında “hüquqları” sözündən əvvəl “sərəncam və ya istifadə” sözləri əlavə edilmişdir.

 

[12] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 2-ci bəndinin “q” yarımbəndinin birinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

q) qarşılıqlı asılılığın sövdələşmə qiymətinə təsir etmədiyi və bunun deklarant tərəfindən sübut edildiyi hallardan başqa, sövdələşmə iştirakçıları qarşılıqlı olaraq bir-birindən asılı şəxslər olarsa.

 

[13] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 2-ci bəndin ikinci hissənin birinci abzasda “bir-birindən qarşılıqlı asılı olan” sözləri “əlaqəli” sözü ilə əvəz edilmişdir.

 

[14] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 2-ci bəndin ikinci hissənin dördüncü abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

—sövdələşmə iştirakçıları əmək əlaqələri ilə bağlıdırsa;

 

[15] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 2-ci bəndin ikinci hissənin doqquzuncu abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

—sövdələşmə iştirakçıları və ya onların vəzifəli şəxsləri yaxın; qohumdurlarsa.

 

[16] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 2-ci bəndə “ğ” yarımbəndi əlavə edilmişdir.

 

[17] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddənin 2-ci bəndinə üçüncü hissə əlavə edilmişdir.

 

[18] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 18-ci maddəyə 3-cü və 4-cü bəndlər əlavə edilmişdir.

 

[19] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 19-cu maddənin 1-ci bəndin birinci abzasının ikinci cümləsində “, o cümlədən aşağıdakı parametrlərə görə fərqlənməyən mallar başa düşülür” sözləri “eyni olan mallar başa düşülür, o cümlədən” sözləri ilə əvəz edilmişdir və dördüncü-beşinci abzasları çıxarılmışdır.

 

[20] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 19-cu maddənin 2-ci bəndin “a” yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

a) Azərbaycan Respublikası ərazisinə gətirilmək üçün satılsın;

 

[21] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 19-cu maddənin 2-ci bəndin “b” yarımbəndində “gətirilməsi” sözü “idxalı” sözü ilə əvəz edilmişdir, “eyni” sözündən sonra “və ya təxminən eyni” sözləri əlavə edilmişdir, “və ya 90 gündən artıq olmamaqla, həmin vaxtdan əvvəl” sözləri çıxarılmışdır.

 

[22] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 19-cu maddənin 2-ci bəndin “v” yarımbəndində “şərtləri ilə” sözləri “səviyyəsində və” sözləri ilə, “gətirilsin” sözü isə “satılsın” sözü ilə əvəz edilmişdir.

 

[23] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 19-cu maddənin 2-ci bəndin beşinci abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Əgər eyni mallar başqa miqdarda və ya başqa kommersiya şərtləri ilə gətirilibsə, deklarant onların qiymətlərində bu fərqlərə uyğun olaraq müvafiq düzəlişlər etməli və bunların əsaslı olduğunu Gömrük orqanları qarşısında sənədlərlə təsdiq etməlidir.

 

[24] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 19-cu maddənin 3-cü bəndin birinci abzasda “maddəsində” sözü “maddəsinin 1-ci bəndinin “a” yarımbəndində” sözləri ilə, “xərclər” sözü isə “çatdırılma xərcləri qiymətləndirilən mallar və eyni mallar arasında belə xərc və məsafələrdə əhəmiyyətli fərqlər mövcud olduğu halda və əgər fərqlər məsafə və nəqliyyat vasitələrinin növlərinin müxtəlifliyindən irəli gələrsə,” sözləri ilə əvəz edilmişdir.

 

[25] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 19-cu maddənin 3-cü bəndin ikinci abzasda “Deklarant tərəfindən edilən düzəlişlər” sözləri “Təshih etmələr” sözləri ilə, “aparıla bilər” sözləri isə “aparılmalıdır” sözü ilə əvəz edilmişdir.

 

[26] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 20-ci maddənin 1-ci bəndin ikinci cümləsində “qiymətləndirilən mallarla eyni vəzifələri yerinə yetirən” sözləri “onlara qiymətləndirilən mallarla eyni funksiyaları yerinə yetirmək imkanı verən oxşar xüsusiyyətlərə və tərkib materiallara malik olan” sözləri ilə əvəz edilmişdir, üçüncü cümləsində “, bazardakı nüfuzuna və mənşə ölkəsinə görə” sözləri “və bazardakı nüfuzuna görə” sözləri ilə əvəz edilmişdir.

 

[27] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 20-ci maddənin 2-ci bənddə “2-ci və 4-cü” sözləri “2-4-cü” sözləri ilə əvəz edilmişdir.

 

[28] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 20-ci maddənin 3-cü bəndə yeni məzmunda “v” yarımbəndi əlavə edilmişdir.

 

[29] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 21-ci maddənin 2-ci bənddə “tarixdən 90 gündən gec olmayaraq” sözləri “eyni və ya təxminən eyni tarixdə” sözləri ilə, “eyni və eynicinsli malların ən böyük partiyası satıcı ilə qarşılıqlı asılılığı” sözləri “idxal edilmiş mallarla eyni və yaxud eynicinsli malların ən böyük məcmu miqdarı satıcı ilə əlaqəli” sözləri ilə əvəz edilmişdir.

 

[30] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 21-ci maddənin 3-cü bəndin “a” yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

a) komisyon mükafatlandırma üçün ödənilmiş xərclər, mənfəətə əlavələr və Azərbaycan Respublikasına gətirilən eyni növ malların satılması ilə əlaqədar ümumi xərclər;

 

[31] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 21-ci maddənin 3-cü bəndin “v” yarımbəndində “sığortaya” sözündən sonra “adətən” sözü əlavə edilmişdir.

 

[32] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 21-ci maddənin 3-cü bəndə “q” yarımbəndi əlavə edilmişdir.

 

[33] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 22-ci maddənin birinci hissə 1-ci bənd hesab edilmişdir və bu bəndin “a” yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

a) materialların dəyəri və istehsalçı tərəfindən qiymətləndirilən malın istehsal xərcləri;

 

[34] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 22-ci maddənin “b” yarımbəndində “ixrac edən ölkədən eyni növlü malların Azərbaycan Respublikasına satışı üçün səciyyəvi olan ümumi xərclər, o cümlədən” sözləri “bu Qanunun 18-ci maddəsinin 1-ci bəndinin “a” yarımbəndində göstərildiyi kimi” sözləri ilə əvəz edilsin, “” sözündən əvvəl “və dəyərləri” sözləri əlavə edilmişdir.

 

[35] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 22-ci maddənin “v” yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

v) Azərbaycan Respublikasına belə malların göndərilməsi nəticəsində ixrac edənin əldə etdiyi mənfəət.

 

[36] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 22-ci maddəyə 2-ci bənd əlavə edilmişdir.

 

[37] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 23-cü maddənin 1-ci bənddə “beynəlxalq təcrübəyə əsasən” sözləri “1994-cü il Tarif və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinin və GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmanın prinsip və müddəalarına müvafiq olan ağlabatan vasitələrlə və Azərbaycan Respublikasında mövcud olan məlumatlardan istifadə etməklə” sözləri ilə əvəz edilmişdir.

 

[38] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 23-cü maddənin 2-ci bəndin “a” yarımbəndində “Azərbaycan Respublikasının” sözləri “ixrac edən ölkənin” sözləri ilə əvəz edilmişdir.

 

[39] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 23-cü maddənin 2-ci bəndin “q” yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

q) malın kortəbii müəyyən edilmiş və ya dəqiqləşdirilməmiş qiyməti.

 

[40] 30 dekabr 2008-ci il tarixli 758-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 fevral 2009-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 57) ilə 23-cü maddənin 2-ci bəndinə “d”, “e” və “ə” yarımbəndləri əlavə edilmişdir.

 

[41] 4 mart 2011-ci il tarixli 81-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 aprel 2011-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 256) ilə 30-cu maddəsinə yeni məzmunda 5-ci bənd əlavə edilmişdir.

 

[42] 22 iyun 2010-cu il tarixli 1053-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 712) ilə 33-cü maddənin 1-ci bəndinin ikinci abzasından “(çıxarılması)” sözü çıxarılmışdır.

[43] 6 mart 2001-ci il tarixli 99-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 296) ilə 34-cü maddənin “e” bəndində “mallar” sözündən sonra “, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;” sözləri əlavə edilmişdir.

 

[44] 11 dekabr 1998-ci il tarixli 583-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 742) ilə 34-cü maddədən “z” bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

z) istehsalın təşkili üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən texnika, texnoloji avadanlıq və qurğular, investisiya təyinatlı digər məhsullar

 

[45] 30 mart 1999-cu il tarixli 643-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 225) ilə 34-cü maddəyə “i” bəndi əlavə edilmişdir.

 

[46] 20 fevral 2001-ci il tarixli 90-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 145) ilə) 34-cü maddəyə “i” yarımbəndi əlavə edilmişdir. 

 

[47] 13 mart 2001-ci il tarixli 100-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 151) ilə 34-cü maddəyə “k” bəndi əlavə edilmişdir.

 

[48] 23 mart 2001-cü il tarixli 104-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 5, maddə 299) ilə 34-cü maddəyə “ı” bəndi əlavə edilmişdir.

 

[49] 4 dekabr 2009-cu il tarixli 925-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, №289) ilə 34-cü maddənin "a)"-"ı)" bəndləri müvafiq olaraq 1-13-cü bəndlər hesab edilmişdir və 14-cü bənd əlavə edilmişdir.

 

[50] 22 iyun 2010-cu il tarixli 1053-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 avqust 2010-cu il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 712) ilə 35-ci maddənin birinci abzasında “idxal (ixrac) üçün kvotalar” sözləri “idxal üçün tarif kvotaları” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status