440.000.000
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında” 1997-ci il 3 iyul tarixli Sazişə Protokolun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında” 1997-ci il 3 iyul tarixli Sazişə 2005-ci il fevralın 2-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2005-ci il
№ 877-IIQ
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında 3 iyul 1997-ci ü tarixli Sazişə
PROTOKOL
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti, 3 iyul 1997-ci il tarixində Moskvada imzalanmış Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişin 7-ci maddəsinə uyğun olaraq aşağıdakılar barədə bu Protokolu bağladılar:
Maddə 1
Tərəf dövlətlərin ərazisinə girişə, çıxışa, tranzit keçidə, yerdəyişməyə və qalmağa səlahiyyət verən, sahibinin vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədlərə bu Protokolun 1 və 2 saylı Əlavəsində qeyd olunmuş sənədlər daxildir.
Protokol müvəqqəti olaraq tətbiq olunduğu tarixdən bu Protokolun 1 və 2 saylı Əlavələri yuxanda adı çəkilən Sazişin 1 və 1 saylı Əlavələrini əvəz edir.
Maddə 2
Bu Protokol imzalandıqdan 30 gün sonra müvəqqəti olaraq tətbiq olunmağa başlayacaqdır və onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minəcəkdir.
Bakı şəhərində 2 fevral 2005-ci il tarixində iki nüsxədə, hər biri Azərbaycan və rus dillərində imzalanmışdır, hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Rusiya Federasiyası
Hökuməti adından Hökuməti adından
(imza) (imza)
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında 3 iyul 1997-ci il tarixli Sazişin Protokoluna
1 saylı ƏLAVƏ
Rusiya Federasiyası vətəndaşlarına Azərbaycan Respublikasının ərazisinə girişə, çıxışa, tranzit keçidə, yerdəyişməyə və qalmağa səlahiyyət verən sənədlərin
SİYAHISI
1. Rusiya Federasiyasının hüdudlarından kənar Rusiya Federasiyası vətəndaşının şəxsiyyətini təsdiq edən Rusiya Federasiyası vətəndaşının pasportu.
2. Xidməti pasport.
3. Diplomatik pasport:
4. Dənizçi pasportu (gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə).
5. Rusiya Federasiyasına daxilolma (qayıdış) şəhadətnaməsi (yalnız Rusiya Federasiyasına qayıtmaq üçün).
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında 3 iyul 1997-ci il tarixli Sazişin Protokoluna
2 saylı ƏLAVƏ
Azərbaycan Respublikası vətəndaşlarına Rusiya Federasiyasının ərazisinə girişə, çıxışa, tranzit keçidə, yerdəyişməyə və qalmağa səlahiyyət verən sənədlərin
SİYAHISI
1.
Ümumvətəndaş pasportu.
2.
Xidməti pasport.
3.
Diplomatik pasport.
4.
Dənizçi kitabçası (dənizçinin şəxsiyyətini təsdiq edən sənəd, gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə).
5.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Azərbaycan Respublikasına qayıtmaq üçün).