×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
19.04.2005
QEYDİYYAT NÖMRƏSİ
224
ADI
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavə və dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2005, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 299)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.04.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavə və dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamlarına əlavə və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsinin, strukturunun və hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1.  "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 oktyabr tarixli 639 nömrəli Fərmanının 1-ci bəndinin beşinci, altıncı və yeddinci abzaslarında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra ", Dövlət Sərhəd Xidməti" sözləri əlavə edilsin.

2.  "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 176; 2002-ci il,  8, maddə 478; 2004-cü il, № 1, maddə 19) 2-ci bəndinin altıncı abzasından ", Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarə" sözləri və onuncu abzasından "və Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarə" sözləri çıxarılsın.

3.   Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 665; 1999-cu il, № 2, maddə 66, № 8, maddə 182; 2001-ci il, № 12, maddə 755; 2003-cü il, № 10, maddələr 546, 571, 585; 2004-cü il, № 1, maddə 19; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 193 nömrəli Fərmanı) ilə təsdiq edilmiş aşağıdakı siyahılara və əsasnaməyə dəyişikliklər edilsin:

3.1.  "Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı"nın II bölməsindən "Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi" sözləri çıxarılsın;

3.2.  "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın I bölməsinin 4-cü bəndindən "XI" - Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə" sözləri, V bölməsinin 75-83-cü və 85-ci bəndlərindən "XI" qısa sözü çıxarılsın;

3.3.  "Məlumatı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə"də:

3.3.1.         1-ci bəndin altıncı abzası aşağıdakı redaksiyada verilsin: "Sertifikatlaşdırma Sistemləri Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (bundan sonra - Sertifikatlaşdırma üzrə Orqan) tərəfindən yaradılır.";

3.3.2.   1-ci bəndin səkkizinci abzasında "Sisteminin hər birində" sözləri "Sistemində" sözü ilə əvəz edilsin;

3.3.3.   Əsasnamənin mətnində ismin müxtəlif hallarında işlədilən "Sertifikatlaşdırma üzrə orqanlar" sözləri ismin müvafiq hallarında "Sertifikatlaşdırma üzrə Orqan" sözləri ilə əvəz edilsin.

4.  "İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 fevral tarixli 94 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 2, maddə 78) 4-cü bəndinin birinci abzasından "və Azərbaycan Respublikasının Hərbi Əks-kəşfiyyat Xidmətinə" sözləri çıxarılsın.

5.  "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 135 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddə 305; 1999-cu il, № 12, maddə 707; 2004-cü il, № 1, maddə 19) 2-ci bəndinin üçüncü abzasından ", Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılsın.

6.   "Terrorizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 185 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 495; 2004-cü il, № 1, maddə 19) aşağıdakı dəyişikliklər edilsin:

6.1.  Fərmanın adında və mətnində "Terrorizmə" sözü "Terrorçuluğa" sözü ilə əvəz edilsin;

6.2.  2-ci bəndin üçüncü abzasından "Azərbaycan Respublikasının Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılsın.

7.   "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli 206 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 622; 2002-ci il, № 8, maddə 478) 2-ci bəndinin dördüncü abzasından ", Azərbaycan Respublikası Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılsın.

8.   "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 6, maddə 432; 2002-ci il, № 8, maddə 478; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19) 2-ci bəndinin dördüncü abzasından ", Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılsın.

9.   "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 610; 2001-ci il, № 10, maddə 646; 2002-ci il, № 5, maddələr 273, 279, № 7, maddə 413, № 8, maddə 478, № 9, maddə 563; 2003-cü il, № 8, maddə 434; 2004-cü il, № 1, maddə 19, № 5, maddə 345; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 yanvar tarixli 184 nömrəli Fərmanı) 2-ci bəndinin səkkizinci abzasında "Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri "Milli Təhlükəsizlik Nazirliyi" sözləri ilə əvəz edilsin.

10. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 612; 2001-ci il, № 7, maddə 462, № 12, maddə 755; 2002-ci il, № 1, maddə 49, № 5, maddələr 260, 275, № 8, maddələr 478, 484, 486; 2003-cü il, № 6, maddə 299, № 8, maddə 434, № 9, maddə 478, № 10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, № 1, maddələr 19, 26, № 2, maddə 68, № 3, maddə 138, № 4, maddə 235, № 5, maddələr 340, 341, 343, 345, 346, № 8, maddələr 607, 608, № 11, maddə 909, № 12, maddə 1005) 2.1-ci bəndindən "və Azərbaycan Respublikasının Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılsın.

11.  "Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 11 iyun tarixli 500 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 398; 2004-cü il, № 1, maddə 19) 2-ci bəndinin ikinci və üçüncü abzaslarından "Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılsın.

12.  "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 405; 2002-ci il, № 8, maddə 478; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 1, maddə 19) I bəndində aşağıdakı dəyişikliklər edilsin:

12.1. birinci abzasdan "Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılsın;

12.2. altıncı abzasda "Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri "Milli Təhlükəsizlik Nazirliyi" sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 253) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Nizamnaməsi"nin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Akademiyanın strukturu və ştat cədvəli Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri tərəfindən təsdiq edilir.".

14.  Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 299; 2004-cü il, № 1, maddə 19) ilə təsdiq edilmiş "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı"nın 4-cü bəndindən "Hərbi Əks-kəşfiyyat Xidməti" sözləri çıxarılsın.

15.  Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2005-ci il

                 № 224

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status