AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.03.2005
QEYDİYYAT NÖMRƏSİ
40
ADI
"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2005, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 254)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.03.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.   "Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi Qaydası", "Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin edilməsi Qaydası", "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması Qaydası", "Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası", "Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması üzrə ekspert rəyinin hazırlanması və təsdiq edilməsi Qaydası", "Dövlət sirrinin yayılmasının qarşısının alınması Qaydası" və "Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur). [1]

2.   Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri     A.RASİZADƏ

 

Bakı şəhəri, 15 mart 2005-ci il

№ 40

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi

 

QAYDASI

 

1.   "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanının icrası məqsədilə hazırlanmış bu Qayda dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi qaydasını müəyyən edir.

Bu Qaydanın tələbləri dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsində maraqlı olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatları (xüsusi vurğulanan hallardan başqa, bundan sonra - təşkilatlar) tərəfindən hökmən tətbiq olunmalıdır. [2]

2.   Dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi dedikdə, göstərilən məlumatların istənilən üsulla (verilmə, göndərilmə, tanış olmağa buraxılma və s.) digər dövlətə və beynəlxalq təşkilata (dövlət tərəfindən və beynəlxalq təşkilat tərəfindən səlahiyyət verilmiş şəxsə) verilməsi başa düşülür. [3]

3.   Hər bir ayrıca halda dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi, qəbul edən tərəfin verilən məlumatların mühafizəsi üzrə öhdəliyi və bu məlumatların verilməsinin mümkünlüyü haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın (bundan sonra - İdarələrarası Komissiya) ekspert rəyi əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. [4]

4.   Digər dövlətə və beynəlxalq təşkilata verilən dövlət sirri təşkil edən məlumatın mühafizəsi üzrə qəbul edən tərəfin öhdəlikləri verilən məlumatların qarşılıqlı mühafizəsi haqqında tərəflər arasında bağlanılan beynəlxalq müqavilədə* [1] nəzərdə tutulur.

Müqavilədə aşağıdakılar əks olunmalıdır:

verilən məlumatların Azərbaycan Respublikasındakı məxfilik dərəcələrinin qəbul edən tərəf-dövlətdəki məxfilik dərəcələrinə müvafiqliyi;

müqavilənin həyata keçirilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsinə məsul olan səlahiyyətli orqanlar;

məlumatların verilmə qaydası;

verilən məlumatların istifadəsi və mühafizəsi üzrə tələblər;

verilən məlumatların 3-cü tərəfə verilməməsi (yayılmaması) və onların qəbul edən tərəf-dövlətin qanunvericiliyinə və bağlanan müqavilənin şərtlərinə müvafiq mühafizəsi haqqında qəbul edən tərəf-dövlətin öhdəliyi;

mübahisəli məqamlara baxılması və vurula bilən ziyanın ödənilməsi qaydaları;

müqavilənin qüvvəyə minməsi qaydaları.

5.   Dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsində maraqlı olan təşkilatlar bu barədə əsaslandırılmış vəsatətlə verilməsi nəzərdə tutulan məlumat barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanına müraciət etməlidir.

Vəsatətdə aşağıdakılar əks olunmalıdır:

məlumatların verilməsində məqsəd;

verilməsi nəzərdə tutulan məlumatların siyahısı, onların məxfilik dərəcələri və hansı əsaslarla məxfiləşdirildiyi (dövlət sirrinə aid edildiyi);

məlumatları qəbul edən tərəf-dövlətin və beynəlxalq təşkilatın məlumatları qəbul etmək səlahiyyəti verdiyi orqanların siyahısı;

məlumatların verilməsinin məqsədəuyğunluğunun və zəruriliyinin əsaslandırılması, Azərbaycan Respublikasının siyasi və iqtisadi maraqlarının təmin olunması baxımından məlumatların verilməsinin nəticələrinin proqnozlaşdırılması və qiymətləndirilməsi;

qəbul edən tərəf-dövlətin və beynəlxalq təşkilatın müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyi halda vurula bilən ziyanın ödənilməsi qaydaları.

Təqdim olunmuş vəsatətə əsasən dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsinin mümkünlüyü məsələsinə 1 (bir) ay müddətində baxılır və müvafiq rəy verilir.

Dövlət sirri təşkil edən məlumatın digər dövlətə və beynəlxalq təşkilata verilməsi barədə məqbul rəy almış müəssisə, idarə və təşkilat rəyi və vəsatəti baxılması və dövlət sirri təşkil edən məlumatın digər dövlətə verilməsi məsələsinin həll edilməsi üçün tabe olduğu dövlət hakimiyyəti orqanına təqdim edir. [5]

6.   Məlumatların verilməsində maraqlı olan dövlət hakimiyyəti orqanı əsaslandırılmış vəsatəti, rəyi, həmçinin verilən məlumatların qarşılıqlı mühafizəsi barədə beynəlxalq müqaviləni və verilməsinin mümkünlüyünə baxılan məlumatların mühafizəsinə bilavasitə aidiyyəti olan digər sənədləri baxılmaq üçün İdarələrarası Komissiyaya təqdim edir.

Məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsinin mümkünlüyü barədə materiallara İdarələrarası Komissiyada 45 gün müddətində baxılır və müvafiq rəy verilir. Rəyin hazırlanması üçün əlavə ekspertizanın keçirilməsi zərurəti yaranarsa, bu müddət artırıla bilər. Belə halda müraciət edən dövlət hakimiyyəti orqanı bu barədə məlumatlandırılır.

7.   Dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi barədə İdarələrarası Komissiyanın rəyi məqbul olduqda, dövlət hakimiyyəti orqanı məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi barədə təkliflərini hazırlayaraq, İdarələrarası Komissiyanın rəyi və verilən məlumatların qarşılıqlı mühafizəsi barədə beynəlxalq müqavilə ilə birlikdə baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

Əgər məlumatları alan tərəf-dövlətlə və beynəlxalq təşkilatla verilən məlumatların qarşılıqlı mühafizəsi haqqında əvvəllər beynəlxalq müqavilə bağlanılmamışdırsa və ya əvvəllər bağlanılmış beynəlxalq müqavilə bu Qaydanın 4-cü bəndi ilə təsbit olunmuş tələbləri tam əhatə etmirsə, müvafiq beynəlxalq müqavilələrin bağlanılması və ya bağlanılmış beynəlxalq müqavilələrə əlavələr edilməsi barədə qəbul edən tərəf-dövlətlə və beynəlxalq təşkilatla ilkin olaraq işlənib hazırlanmış, aidiyyəti dövlət hakimiyyəti orqanları ilə razılaşdırılmış təkliflər də Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir. [6]

8.   Dövlət sirri təşkil edən məlumatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi beynəlxalq müqavilələrlə həyata keçirilir. Verilən məlumatların mühafizəsi üzrə əlavə tədbirlər beynəlxalq müqavilələrdə nəzərdə tutulur.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 15 mart tarixli 40 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin edilməsi

 

QAYDASI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.   "Dövlət sirri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanının icrası məqsədilə hazırlanmış bu Qayda müəssisə, idarə və təşkilatlarda (bundan sonra - təşkilat) dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində həmin məlumatların mühafizəsinin təmin olunması qaydasını müəyyən edir.

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq, idarədaxili qaydalarını hazırlaya və Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra - təhlükəsizlik orqanı) ilə razılaşdırmaqla təsdiq edə bilərlər. [7]

2.   Təşkilat dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icrasına dövlət sirri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra buraxılır.

Belə işlərin icrasına müvafiq icazə almaq istəyən təşkilatda sifarişçi ilə razılaşdırılmaqla, bu işlərin icrası prosesində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanır və yerinə yetirilir.

Tədbirlər planı təşkilat rəhbərinin yaratdığı işçi qrup tərəfindən işlənib hazırlanır. İşçi qrupa bu işlərin görülməsinə cəlb edilmiş bölmələrin və dövlət sirrinin mühafizəsi üzrə bölmələrin mütəxəssisləri daxil edilir.

Tədbirlər aşağıdakıları nəzərdə tutur:

iş üzrə dövlət sirri təşkil edən məlumatların, habelə belə məlumatlan açıqlayan əlamətlərin müəyyən edilməsini;

dövlət sirri ilə bağlı işlərin görüləcəyi sahələrin və bölmələrin, o cümlədən bu işlərlə bağlı müşavirələrin keçiriləcəyi otaqların müəyyənləşdirilməsini;

iş prosesində dövlət sirri təşkil edən məlumatların mümkün axın (kənara sızma) kanallarının müəyyənləşdirilməsini;

dövlət sirri ilə bağlı işlərin icrasına buraxılması zəruri olan vəzifələrin müəyyənləşdirilməsini;

təşkilata buraxılış rejiminin və obyektdaxili rejimin müəyyənləşdirilməsini;

konkret sahələr və proseslər üzrə normativ və metodik sənədlərin işlənib hazırlanmasını;

dövlət sirri ilə bağlı işlərin görüldüyü sahələrin və bu işlərin görülməsi prosesində istifadə edilən dövlət sirri təşkil edən məlumatların (məlumat daşıyıcılarının) mühafizəsinin təşkilini və məlumatların texniki kanallarla sızmasının qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsini;

işin görülməsinə cəlb edilən şəxslərin dövlət sirri ilə işləməyə buraxılışlarının rəsmiləşdirilməsini;

zəruri hallarda texniki kəşfiyyata qarşı tədbirlərin, o cümlədən dövlət sirri təşkil edən məlumatların və onları açıqlayan əlamətlərin pərdələnməsi üzrə tədbirlərin yerinə yetirilməsini;

dövlət sirrinin mühafizəsi ilə bağlı digər tədbirləri.

Tədbirlər planı təşkilat rəhbəri tərəfindən təsdiq edilir.

Texniki kanallarla sızmaya və texniki kəşfiyyata qarşı tədbirlər dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına dövlət sirri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icazə almış təşkilat tərəfindən müəyyənləşdirilir və həyata keçirilir.

3.   Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində, o cümlədən belə məlumatlar daşıyan silahların, hərbi texnikanın və s. məmulatların (bundan sonra - xüsusi məmulatların) yaradılması, istehsalı, sınağı, istismarı prosesində onların təyinatının məxfi saxlanılması məqsədilə həqiqi adından başqa onlara sifarişçi və ya icraçı tərəfindən şərti ad - şifr və şərti işarə - indeks verilir. Şifr və indeks xüsusi məmulatın yeniliyini, texniki, taktiki və digər xüsusiyyətlərini açıqlamamalıdır.

Xüsusi məmulatın həqiqi adı zəruri hallarda, yalnız məxfiləşdirilmiş sənədlərdə göstərilə bilər.

Xüsusi məmulatların şifrləri və indeksləri açıq yazışmalarda, yalnız onların təyinatını, texnoloji və konstruktiv xüsusiyyətlərini, işlənib hazırlanması və istehsalını, həmçinin dövlət sirri təşkil edən digər məlumatlan açıqlamamaq şərti ilə göstərilə bilər.

4.   Xüsusi məmulatlar, bir qayda olaraq, sərgilərdə nümayiş etdirilmir. Xüsusi məmulatların məqsədli sərgiləri, bu məmulatların daşıdığı dövlət sirri təşkil edən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan dövlət hakimiyyəti orqanının icazəsi ilə və dövlət sirrinin mühafizəsi üzrə bölmənin nəzarəti altında təşkil olunur. Sərgiyə aidiyyəti və dövlət sirri ilə

işləmək üçün müvafiq formalı buraxılışı olan şəxslər sərgini təşkil edən təşkilat rəhbərinin icazəsi ilə buraxılırlar.

5.   Xüsusi məmulatlarla iş prosesində məxfilik rejiminə riayət edilməsinə gündəlik nəzarət bu işləri icra edən bölmənin rəhbəri və rejim üzrə səlahiyyətli nümayəndəsi, həmçinin dövlət sirrinin mühafizəsi üzrə bölmə tərəfindən həyata keçirilir.

6.   Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı görülən işlərin məxfilik dərəcəsindən asılı olaraq, təşkilatlar xüsusi əhəmiyyətli və ya rejimli olur.

Təşkilatın xüsusi əhəmiyyətli təşkilatlar siyahısına daxil edilməsi üçün orada icra edilən ümumi işlərdə xüsusi əhəmiyyətli və (və ya) tam məxfi işlərin olması əsas götürülür.

Təşkilatın rejimli təşkilatlar siyahısına daxil edilməsi üçün orada icra edilən ümumi işlərdə məxfi işlərin olması əsas götürülür.

Dövlət hakimiyyəti orqanı üzrə xüsusi əhəmiyyətli və rejimli təşkilatların siyahısı bu orqanın rəhbəri tərəfindən təsdiq edilir. Xüsusi əhəmiyyətli təşkilatların siyahısı təhlükəsizlik orqanı ilə razılaşdırılır (kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin təşkilatları istisna olmaqla).

Siyahılara 5 ildən gec olmayaraq yenidən baxılır. Bu siyahılara əlavə və dəyişikliklər onların təsdiq edildiyi qaydada həyata keçirilir.

 

II. DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN MƏLUMATLARDAN İSTİFADƏ İLƏ BAĞLI İŞLƏRİN GÖRÜLDÜYÜ BİNALAR, OTAQLAR VƏ SAHƏLƏR, DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN MƏLUMAT DAŞIYICILARININ SAXLANILMA YERLƏRİ

 

7.   Dövlət sirri təşkil edən məlumat istifadə ilə bağlı işlərin görüldüyü, habelə dövlət sirri təşkil edən məlumat daşıyıcılarının (bundan sonra - məlumat daşıyıcısı) saxlanıldığı binalar, otaqlar və sahələr (xüsusi vurğulanan hallardan başqa, bundan sonra - rejimli sahələr) bu işlərin məxfiliyinin təmin edilməsi üzrə tələblərə cavab verməli, onların yerləşməsi və təchizatı təhlükəsizlik texnikası qaydalarına, sanitariya normalarına və yanğın təhlükəsizliyi tələblərinə uyğun olmalı, kənar şəxslərin bu sahələrə icazəsiz daxil olmasının mümkünlüyünü istisna və orada saxlanılan məlumat daşıyıcılarının etibarlı mühafizəsini təmin etməlidir.

Bu tələblər müşavirələrin keçirilməsi üçün nəzərdə tutulan otaqlara, habelə xüsusi (hökumət) rabitə və (və ya) dövlət sirri təşkil edən informasiyanın emal vasitələrinin quraşdırıldığı otaqlara da şamil edilir.

8.   Təşkilatın və onun rejimli sahələrinin mühafizəsi qanunvericiliyə uyğun olaraq yaradılan və fəaliyyət göstərən mühafizə bölməsi tərəfindən müvafiq mühafizə məntəqələri vasitəsilə və (və ya) iqtisadi səmərəliliyi nəzərə alınmaqla, mühəndis və texniki vasitələrin (MTV) tətbiq edilməsi yolu ilə həyata keçirilir.

9.   Rejimli sahələrin MTV ilə təchizi orada görülən işlərin, saxlanılan məlumat daşıyıcılarının əhəmiyyətliliyi nəzərə alınmaqla həyata keçirilir.

10. Mühəndis vasitələrinə hasarlar, çəpərlər, qadağan zonaları, müxtəlif məhdudlaşdırıcı və xəbərdaredici nişanlar, nəzarət-buraxılış və mühafizə məntəqələri, mühafizə barmaqlıqları, qıfıllar və s. aiddir.

Təşkilatın ərazisinin digər ərazilərdən ayrılması, kənardan müşahidə edilməsinin məhdudlaşdırılması və bu əraziyə nəzarətsiz buraxılışın yolverilməzliyinin təmin edilməsi məqsədilə onun perimetri üzrə hasar inşa edilir. Hasar möhkəm, davamlı və çıxıntısız, habelə mühafizə məqsədilə ərazinin müşahidəsinin asan olması üçün mümkün qədər düzxətli olmalıdır. Hasarın həm daxili, həm də xarici tərəfində ona bitişik olmaqla, hər hansı məmulat və materialların yığılmasına, qurğuların yerləşdirilməsinə və tikililərin inşa edilməsinə yol verilmir.

Təhlükəsizliyin təmin edilməsi və buraxılışın məhdudlaşdırılması məqsədilə, təşkilatın güc qurğuları və ayrı-ayrı istehsalat sahələri yerləşən, hazır məmulatlar yığılan açıq sahələri çəpərlə ümumi ərazidən ayrıla bilər.

Zəruri hallarda təşkilatın ərazisinə qeyri-qanuni yollarla daxil olmağa (çıxmağa) cəhd edən şəxslərin izlərinin aşkar edilməsi məqsədilə təşkilatın hasarına bitişik qadağan zonası salına bilər.

Adamların, nəqliyyatın, maddi sərvətlərin və məlumat daşıyıcılarının buraxılışının təşkilatda müəyyən edilmiş qaydalara uyğun həyata keçirilməsi üçün nəzarət-buraxılış məntəqələri yaradılır.

Rejimli sahələrin birinci mərtəbələrinin, həmçinin hər hansı qeyri-rejimli otaq və dəhlizlərə çıxışı olan mərtəbələrinin bu sahələrə qeyri-qanuni daxil olmaq (çıxmaq) imkanı verən bütün qapı və pəncərələri, kommunikasiya yuvaları mühafizə barmaqlıqları və texniki (siqnal) vasitələrlə təchiz edilməlidir. Hər hansı səbəbdən barmaqlıqların tətbiqi mümkün olmadıqda, mühafizəsinin etibarlılığına xələl gətirilmədən onlar, yalnız texniki (siqnal) vasitələrlə təchiz edilə bilər.

11. Texniki vasitələrə siqnal və rabitə, müşahidə və qeydiyyat, avtomatlaşdırılmış nəzarət-buraxılış, mühafizə işıqlandırma vasitələri və s. aiddir.

Siqnal vasitələri təşkilatda mühafizə olunan obyektlərə qeyri-qanuni daxilolmağa (çıxmağa) cəhdlər edildiyi anda mühafizə bölməsinin məlumatlandırılması məqsədilə, rabitə vasitələri mühafizə məntəqələrinin bir-biri ilə və mühafizə bölməsi ilə etibarlı əlaqəsinin təmin edilməsi məqsədilə, müşahidə vasitələri hadisə yerinə getmədən onun xüsusiyyətinin müəyyən edilməsi və düzgün qərar qəbul edilməsi məqsədilə, avtomatlaşdırılmış nəzarət-buraxılış vasitələri nəzarət-buraxılış fəaliyyətinin yaxşılaşdırılması məqsədilə, işıqlandırma vasitələri isə günün qaranlıq vaxtlarında mühafizə olunan obyektlərin işıqlandırılması məqsədilə tətbiq edilir.

Texniki vasitələrin tətbiq edilməsi üçün təşkilatda mühafizə olunacaq obyektlər, texniki vasitələrin tətbiqi taktikası və yeri müəyyən edilməli, texniki vasitələr düzgün seçilməlidir.

MTV-nin düzgün istismarına və mühafizəsinə görə təşkilatın mühafizə bölməsinin rəhbəri məsuliyyət daşıyır.

12. Rejimli sahələrin daxili planı və iş yerlərinin yerləşməsi, burada işləyənlərə etibar edilmiş məlumat daşıyıcılarının onlar tərəfindən etibarlı saxlanılmasını təmin, digər məlumat daşıyıcıları ilə tanış olmaq imkanını isə istisna etməlidir.

13. Rejimli sahələrin giriş qapıları işdənkənar vaxtlarda onların etibarlı bağlanılmasını təmin edən qıfıllarla təchiz edilməlidir. Sahələrə buraxılışa nəzarəti təmin etmək üçün giriş qapıları şifrli və ya elektron qıfıllarla, avtomatlaşdırılmış keçid avadanlığı ilə təchiz edilə bilər.

Rejimli sahələr məlumat daşıyıcılarının saxlanılması üçün kifayət qədər seyf və metal şkaflarla, həmçinin yanğın, qəza və təbii fəlakət hallan zamanı məlumat daşıyıcılarının təhlükəli sahədən çıxarılması üçün xüsusi qablarla təmin edilməlidir.

Məlumat daşıyıcılarının sayının çox olması və ya seyf və metal şkafda saxlanılmasının mümkün (məqsədyönlü) olmaması ilə əlaqədar, onların xüsusi saxlama yerlərində (anbarlarda) açıq rəflərdə saxlanılmasına yol verilir.

Məlumat daşıyıcılarının saxlanıldığı xüsusi saxlama yerlərinin (anbarların), seyflərin, metal şkafların (xüsusi vurğulanan hallardan başqa, bundan sonra - saxlama yerləri) və onların açarlarının uçotu dövlət sirrinin mühafizəsi üzrə bölmədə "Saxlama yerlərinin və onların açarlarının uçotu jurnalı" (1 nömrəli əlavə) üzrə aparılır.

14. İşçi açarın itirildiyi və ya məsul şəxs olmadığı hallarda, saxlama yerlərinin müvafiq qaydada açılmasını təmin etmək məqsədilə, saxlama yerlərinin ehtiyat açarlan cavabdeh şəxsin möhürlədiyi penallarda "Saxlama yerlərinin və onların açarlarının uçotu jurnalı" üzrə təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinin rəhbərinə təhvil verilir və onun seyfində saxlanılır.

15. İşdənkənar vaxtlarda rejimli sahələr, habelə onların qapılarının işçi açarları möhürlənmiş qablarda "Rejimli sahələrin və onların açarlarının mühafizəyə təhvil-təslim jurnalı" (2 nömrəli əlavə) üzrə təşkilatın mühafizə bölməsinə təhvil verilir (alınır).

Təşkilatın mühafizə bölməsinə təhvil verilən (alınan) rejimli sahələrin siyahısı, habelə onları təhvil vermək (almaq) səlahiyyəti verilmiş şəxslərin siyahısı (soyadı, adı, atasının adı və imza nümunəsi göstərilməklə) aidiyyəti bölmələr tərəfindən müvafiq qaydada hazırlanır və təşkilat rəhbəri tərəfindən təsdiq edilir. Bu siyahılar təşkilatın mühafizə bölməsinə verilir.

Rejimli sahə açılmazdan öncə möhürlərin və qıfıllanmanın vəziyyətinə baxış keçirilməlidir. Möhürlərin və qıfıllanmanın vəziyyəti bu rejimli sahəyə kənar şəxslərin daxil olması barədə şübhə yaratdıqda, sahə açılmır, bu barədə müvafiq akt tərtib edilərək, yubanmadan təşkilat rəhbərinə, dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəhbərinə və təhlükəsizlik orqanına məlumat verilir. Eyni zamanda, hadisə yerinin mühafizəsi təşkil edilir və təhlükəsizlik orqanının əməkdaşları gələnə qədər bu sahəyə heç kəs buraxılmır.

Rejimli sahənin və saxlama yerinin qapısının açarı itirildiyi halda, yubanmadan dövlət sirrinin mühafizəsi üzrə bölməyə məlumat verilir. Bu halda, qıfıl mütləq dəyişdirilməlidir. Açarı itirilən saxlama yerlərinin qıfılı dəyişdirilənə qədər orada məlumat daşıyıcılarının saxlanılmasına yol verilmir.

16. Rejimli sahələrdə təmizlik və digər zəruri təsərrüfat işləri məsul şəxslərin iştirakı ilə həyata keçirilir.

 

III. BURAXILIŞ REJİMİ VƏ OBYEKTDAXİLİ REJİM

 

17. Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icrasına müvafiq qaydada icazə verilmiş təşkilatlarda buraxılış rejimi və obyektdaxili rejim müəyyən edilir.

18. Buraxılış rejimi - təşkilatın ərazisinə və rejimli sahələrinə şəxslərin və nəqliyyatın girişi (çıxışı), maddi sərvətlərin və məlumat daşıyıcılarının gətirilməsi (aparılması) üzrə qaydaların və onların həyata keçirilməsini təmin edən tədbirlərin məcmusudur.

Buraxılış rejimi aşağıdakıları nəzərdə tutur:

a)   buraxılış bürosunun, nəzarət-buraxılış və mühafizə məntəqələrinin təşkilini;

b)  buraxılış vəsiqələrinin növlərinin (daimi, müvəqqəti, birdəfəlik), habelə şəxslərin, materialların və nəqliyyat vasitələrinin buraxılışı qaydasının müəyyən edilməsini və tətbiqini;

c)   rejimli ərazilərə və sahələrə buraxılmaq hüququ verən xüsusi şifrlərin və buraxılış vərəqələrinə əlavələrin tətbiqini;

ç) müvafiq növ buraxılış vərəqələrinin və onlara əlavələrin verilməsinə, şifrlərin qoyulmasına sərəncam vermək səlahiyyətinə malik olan vəzifəli şəxslərin müəyyən edilməsini;

d)  təşkilatın ərazisinə və rejimli sahələrinə gətirilməsi qadağan olunmuş əşyaların siyahısının müəyyən olunmasını;

e)   təşkilatın ərazisinin, rejimli sahələrinin mühafizəsini;

ə) dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlər görülən sahələrə buraxılan şəxslərin müəyyən edilməsini.

19. Təşkilatın rejimli sahələrinə orada işləyənlər, habelə təşkilatın rəhbəri, onun rejim üzrə müavini (köməkçisi), dövlət sirrinin mühafizəsi üzrə bölmənin rəhbəri və bu sahələrdə yerinə yetirilən işlərə bilavasitə aidiyyəti olan digər vəzifəli şəxslər daimi buraxılırlar. Belə vəzifəli şəxslərin siyahısı dövlət sirrinin mühafizəsi üzrə bölmə tərəfindən hazırlanır və təşkilat rəhbəri tərəfindən təsdiq edilir. İstehsalat zərurəti ilə əlaqədar digər şəxslərin rejimli sahələrə müddətli buraxılışı dövlət sirrinin mühafizəsi üzrə bölmənin icazəsi ilə həyata keçirilir.

Ezam olunmuş şəxslərin təşkilatın ərazisinə və rejimli sahələrinə buraxılışı dövlət sirri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

20. Yanğın, qəza və təbii fəlakət hallan zamanı qəza xidməti, yanğından mühafizə, təcili tibbi yardım vasitələri və işçilərinin təşkilatın ərazisinə və rejimli sahələrinə buraxılışı təşkilatın mühafizə bölməsi işçilərinin müşayiəti ilə maneəsiz həyata keçirilir.

21.  Obyektdaxili rejim - təşkilatda məxfilik rejiminin təmin olunmasına yönəldilən qaydaların, təşkilati və texniki tədbirlərin məcmusudur.

Obyektdaxili rejim aşağıdakıları nəzərdə tutur:

a)  təşkilat əməkdaşlarının və təşkilata gələn şəxslərin şəxsi əşyalarının saxlanılması üçün nəzarət-buraxılış məntəqələrində saxlama yerlərinin təchiz edilməsini;

b)  gələn şəxslərin aidiyyəti üzrə əlaqə yarada bilməsi məqsədilə, mühafizə olunan ərazidən kənarda telefon-rabitə məntəqəsinin yaradılmasını;

c)  təşkilata işə qəbul edilən şəxslərin seçilməsi, öyrənilməsi və rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş qaydalara riayət edilməsini;

ç) dövlət sirri ilə işləməyə buraxılan şəxslərin dairəsinin məhdudlaşdırılmasını, belə məlumatlarla tanış olmağa icazə vermək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsinin müəyyən edilməsini, məlumatların icraçılara xidməti tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan həcmdə çatdırılmasını;

d)  icraçılara məxfilik rejimi tələblərinin izah edilməsini və etibar edilmiş dövlət sirri təşkil edən məlumatların mühafizəsi üçün onların məsuliyyətinin yüksəldilməsi üzrə işlərin aparılmasını, onların dövlət sirri haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikasının qanunvericiliyi ilə tanış edilməsini;

e)  xüsusi çamadan, çanta və iş qovluqlarının təhvil-təslimi qaydalarının müəyyənləşdirilməsini;

ə) təşkilatın, dövlət sirri ilə bağlı görülən işlərin və onları açıqlayan əlamətlərin pərdələnməsi üzrə tədbirlərin yerinə yetirilməsini;

f) dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin icra edildiyi sahələrdə belə işlərin görülməsinə verilmiş icazə ilə müəyyən edilmiş şərtlərə əməl edilməsini;

g)  məlumat daşıyıcıları ilə tanış olmağa buraxılma qaydalarına riayət edilməsini;

ğ) dövlət sirri təşkil edən məlumatlarla bağlı müşavirələrin, sərgilərin və digər tədbirlərin keçirilməsi prosesində, habelə əcnəbilərin təşkilatda qəbulu zamanı məxfilik rejiminin təmin edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsini;

h) dövlət sirri təşkil edən informasiyanın sertifikatlaşdırılmış texniki vasitələrlə emalını;

x) dövlət sirri təşkil edən informasiyanın emalı vasitələrinin quraşdırıldığı, həmçinin məxfi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan otaqların texniki kanallarla məlumatların sızmasına qarşı tələblərə uyğun olmasına nəzarətin həyata keçirilməsini;

1) kənar şəxslərin xüsusi rabitə vasitələrindən nəzarətsiz istifadəsi imkanlarının, həmçinin bu vasitələrdə istifadə olunan texniki mühafizə tədbirlərinin açıqlanmasının istisna edilməsini;

i) digər təşkilatların nümayəndələrinin dövlət sirri təşkil edən məlumatlarla bağlı olmayan məsələlər üzrə qəbulu üçün mühafizə olunan ərazidən kənarda müvafiq qəbul otaqlarının təchiz edilməsini;

j) dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsinə bilavasitə aidiyyəti olmayan inzibati-təsərrüfat və digər xidmətlərin, ictimai təşkilatların mühafizə olunan ərazidən kənarda yerləşdirilməsini;

k) rejimli sahələrin mühafizəyə təhvil verilməsi və mühafizədən qəbul edilməsi qaydalarının müəyyənləşdirilməsini;

q) yanğını, qəza və təbii fəlakət halları zamanı vəzifəli şəxslərin çağırılması, rejimli sahələrin açılması, məlumat daşıyıcılarının təhlükəli sahədən çıxarılması ardıcıllığı və saxlanılması qaydalarının müəyyənləşdirilməsini.

22. Xüsusi əhəmiyyətli və rejimli təşkilatların tikintisi və yenidən qurulması layihələrində məxfilik rejiminin təmin edilməsi üzrə zəruri tədbirlər, o cümlədən obyektin pərdələnməsi, rejimli sahələr üzrə tələblər, mühafizənin təşkili və yanğın təhlükəsizliyi üzrə tədbirlər nəzərdə tutulmalıdır, əks halda, layihə təşkilat rəhbəri tərəfindən təsdiq edilməməlidir.

 

IV. XÜSUSİ MƏMULATLARIN UÇOTU

 

23. Xüsusi məmulatlar, onlarla bağlı işlərin görüldüyü proseslərdə (sınaq nümunələrinin hazırlanması, istehsalı, sınağı, istismarı) uçotda olmalıdır.

Dövlət sirri təşkil edən məlumat daşıyıcısı kimi məmulatların uçotu aşağıdakı andan aparılır:

a)   sınaq nümunələri hazırlandıqda (texnoloji sənədlərin olmadığı halda) - məxfi cizgilərə əsasən onların hazırlanmasına başlanan andan və ya bu məmulatları işləyib hazırlayanın və ya sifarişçinin göstərdiyi mərhələdən;

b)  seriyalı (kütləvi) istehsalda - texnoloji və ya müşayiət sənədlərində göstərilən andan, bunlar olmadığı halda isə cizgilərdə göstərilən mərhələdən;

c)   başqa təşkilatlardan alındıqda - təşkilata daxil olduğu andan.

24. Xüsusi məmulatlar qeyri-məxfi məmulatlardan ayrı olmaqla, sınaq nümunələrinin hazırlanması prosesində məmulatların özündə və ya xüsusi birkalarda qeyd olunmuş şərti cizgi işarələri üzrə, seriyalı (kütləvi) istehsal prosesində isə markalanma (zavod) nömrəsi üzrə "Xüsusi məmulatın uçotu vərəqəsi"ndə (3 nömrəli əlavə) uçota alınır.

Markalanma nömrələrinin qoyulması mümkün olmayan məmulatlar miqdar üzrə (say, çəki və s.), möhürlənmiş (plomblanmış) qablarda (taralarda) saxlanılan məmulatlar isə onların qablarda əks etdirilmiş markalanma nömrələri üzrə uçota alınır.

Xüsusi məmulatların markalanması qaydası sifarişçi ilə razılaşdırılmaqla, istehsalı təşkil edən dövlət hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Xüsusi məmulatların nömrələnməsi, istehsal edilən məmulatların ümumi sayının müəyyən edilməsini istisna edən qaydada istehsalçı təşkilat tərəfindən həyata keçirilir.

Xüsusi məmulatların qeydiyyatı və uçotu dövlət sirrinin mühafizəsi üzrə bölmədə qeydiyyata götürülmüş jurnallar (vərəqələr) üzrə aparılır. Həmin jurnalların (vərəqələrin) saxlanma müddəti (onlarda son qeydin edildiyi tarixdən etibarən) 5 ildən az olmamalıdır.

Uçot sənədlərində xüsusi məmulatların yalnız şifrləri və ya indeksləri göstərilməlidir.

Təşkilatın bölmələrində məmulatların uçotunu, saxlanılmasını və hərəkətinə nəzarəti bu bölmələrin rejim üzrə səlahiyyətli nümayəndələri həyata keçirirlər.

Rejim üzrə səlahiyyətli nümayəndələr dövlət sirri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunurlar.

Bölmədə və bilavasitə iş yerində xüsusi məmulatların və texniki sənədlərin uçotunun lazımi səviyyədə və vaxtında aparılmasının təşkil olunmasına görə bölmə rəhbəri məsuliyyət daşıyır.

25. Məlumat daşıyıcıları ilə öz iş yerlərində tanış olmaq hüququ verilmiş şəxslərin siyahısı mümkün qədər məhdudlaşdırılmaqla və aidiyyəti bölmə rəhbərlərinin iştirakı ilə dövlət sirrinin mühafizəsi üzrə bölmə tərəfindən hazırlanır. Siyahını təşkilat rəhbəri və ya onun səlahiyyət verdiyi şəxs təsdiq edir.

Xüsusi məmulatlarla iş prosesində məxfi cizgilər, texniki və digər sənədlər iş yerinə məxfi sənədlərlə iş üzrə kargüzarlıq qaydalarına uyğun olaraq, yalnız iş günü (növbəsi) ərzində verilir.

Xüsusi məmulatların və onlara aid məxfi cizgilərin, texniki və digər sənədlərin dövlət sirrinin mühafizəsi üzrə bölmənin və ya rejim üzrə səlahiyyətli nümayəndələrin iştirakı olmadan bir bölmədən digərinə verilməsi yolverilməzdir.

Bölmələrdə xüsusi məmulatların uçotu və onların iş yerlərinə verilməsi "Xüsusi məmulatın uçotu vərəqəsi" üzrə həyata keçirilir.

26.   Seriyalı (kütləvi) istehsalla məşğul olan təşkilatların bölmələrində icraçıların yerinə yetirdiyi texnoloji prosesin qısamüddətliliyi səbəbindən xüsusi məmulatların icraçıların iş yerlərinə şəxsi imzaları üzrə verilməsinin mümkün olmadığı halda məmulatların icraçılara, habelə bölmə daxilində bir sahədən digərinə və növbələr üzrə verilməsi (alınması) istehsalat sahəsinin rejim üzrə səlahiyyətli nümayəndələri tərəfindən "Xüsusi məmulatın uçotu vərəqəsi"ndə  imza  edilməklə  həyata keçirilir.  Bu  halda  məmulatların miqdarına və hərəkətinə nəzarəti də sahələr üzrə səlahiyyətli nümayəndələr həyata keçirirlər.

27.   Xüsusi məmulatlarla iş prosesində bir neçə bölmənin iştirak etdiyi halda, məmulatların hərəkətinə nəzarəti təmin etmək məqsədilə onların mərkəzləşdirilmiş uçotu aparılır.

Mərkəzləşdirilmiş uçotun aparılması təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsinə və ya istehsalatın xüsusiyyətlərinə görə belə uçotu təmin edə bilən digər bölməyə həvalə olunur. Xüsusi məmulatların mərkəzləşdirilmiş uçotu "Xüsusi məmulatların uçotu jurnalı" (4 nömrəli əlavə) və "Xüsusi məmulatların miqdar üzrə uçotu jurnalı (vərəqəsi)" (5 nömrəli əlavə) üzrə aparılır.

28. Xüsusi məmulatların texnoloji prosesə uyğun olaraq bölmədən bölməyə verilməsi bölmələrin rejim üzrə səlahiyyətli nümayəndələri tərəfindən rəsmiləşdirilən "Qaimə" (6 nömrəli əlavə) üzrə həyata keçirilir. Qaimələrin bir nüsxəsi rejim üzrə səlahiyyətli nümayəndə tərəfindən mərkəzləşdirilmiş uçotu aparan bölməyə verilir və onun əsasında uçot jurnalında müvafiq qeydlər edilir.

29. Xüsusi məmulatlara xüsusi dəstləşdiricilərin (xüsusi blokların, qovşaqların və hissələrin) quraşdırılması və sökülməsi istehsal prosesində bölmə rəhbəri tərəfindən, nümunələrin hazırlanması və sınağı prosesində isə texniki rəhbər və ya baş konstruktor tərəfindən təsdiq edilən və bir nüsxədə tərtib olunan "Quraşdırılma aktı" (7 nömrəli əlavə) və "Sökülmə aktı" (8 nömrəli əlavə) ilə rəsmiləşdirilir. Quraşdırılmış dəstləşdiricilərin qeydiyyat nömrələri məmulatın pasportunda (formulyarında) qeyd edilir. Akt və pasportdakı (formulyardakı) qeydlər bu işləri icra etmiş məsul şəxslər tərəfindən imzalanır.

Sökülmüş dəstləşdiricilər yenidən uçota götürülür.

Əgər istehsalın şərtlərinə uyğun olaraq məmulatların lazım olan xüsusiyyətlərini əldə etmək məqsədilə xüsusi dəstləşdirici məmulatların quraşdırılması və sökülməsi iş növbəsi ərzində bir neçə dəfə təkrar olunarsa, akt dəstləşdirici məmulatın son quraşdırılmasından sonra tərtib olunur və məmulatın pasportunda (formulyarında) müvafiq qeydlər edilir.

Bu Qaydanın 27-ci bəndi ilə nəzərdə tutulmuş hallarda quraşdırılma və sökülmə aktlarının surəti xüsusi məmulatların mərkəzləşdirilmiş uçotunu aparan bölməyə verilir və onun əsasında uçot jurnalında müvafiq qeydlər edilir.

30.  İstehsal olunmuş bütün məmulatlara və ya məmulat dəstlərinə (partiyasına) pasportlar (formulyarlar) tərtib edilir, dövlət sirri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata götürülür və bu barədə "Xüsusi məmulatın uçotu vərəqəsi"ndə və "Xüsusi məmulatların uçotu jurnalı"nda müvafiq qeydlər edilir.

31.  Digər təşkilatlara göndərilmiş, məhv edilmiş və ya sınaq prosesində, təcrübi və s. işlərdə sərf edilmiş, başqa məmulatlara quraşdırılmış və məxfiliyi açılmış xüsusi məmulatlar uçotdan çıxarılır.

Aşağıda göstərilən sənədlər xüsusi məmulatların uçotdan çıxarılması üçün əsas ola bilər:

a)   qəbul edən şəxsin soyadı, adı və təşkilatın gerbli möhürü ilə təsdiq edilmiş imzası olan, məmulatın başqa təşkilata təhvil verilməsini təsdiqləyən qaimə;

b)   qəbul edən şəxsin imzaladığı qaimə üzrə məmulatın alınmasını təsdiq edən etibarnamə;

c)   məmulatın qəbul edilməsi barədə feldyeger tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş reyestr;

ç) xüsusi məmulatların məhv edilməsi barədə akt;

d)   sınaqlar, təcrübi və digər işlər zamanı xüsusi məmulatların sərfi barədə akt;

e)   dəstləşdirici məmulatların quraşdırılması barədə akt;

ə) məmulatın məxfiliyinin açılması barədə sənəd (bildiriş, akt və s.).

32. Xüsusi məmulatların mövcudluğunun yoxlanılması dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

V. XÜSUSİ MƏMULATLARIN SAXLANILMASI

 

33.  Xüsusi məmulatlar, bir qayda olaraq, qeyri-məxfi məmulatlardan ayrı saxlanılır. Qeyri-məxfi məmulatlar xüsusi məmulatların (dəstin) tərkib hissəsi olduğu halda, onlarla bir yerdə saxlanıla bilər.

34.  İşdənkənar vaxtlarda məmulatlar onların saxlanılmasına məsul olan şəxslər tərəfindən qıfıllanan və möhürlənən saxlama yerlərində saxlanılmalıdır.

35.  Texnoloji əməliyyatlarının və ya sınaqlarının dayandırılmasına yol verilməyən,  həmçinin  iriqabaritli  məmulatlar  işdənkənar  vaxtlarda  iş yerlərində və ya sınaq stendlərində məsul şəxslərin cavabdehliyi ilə saxlanıla bilər. Belə məmulatlar onların mühafizəsini və maskalanmasını təmin edən örtük altında saxlanılmalıdır.

Bu məmulatların siyahısı, onların saxlama yeri və maskalanma üsulu göstərilməklə, təşkilat rəhbəri və ya onun səlahiyyət verdiyi vəzifəli şəxs tərəfindən təsdiq edilir.

 

VI. XÜSUSİ MƏMULATLARIN ALINMASI VƏ GÖNDƏRİLMƏSİ

 

36. Xüsusi məmulatlar, onu alan təşkilatın nümayəndələrinə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və gerbli möhürlə təsdiqlənmiş etibarnamə əsasında verilir.

Bu etibarnamələr, onu verən təşkilatın dövlət sirrinin mühafizəsi üzrə bölməsi ilə razılaşdırılmaqla verilir. Etibarnamədə göstərilən məmulatların təşkilata gətirilməsinə bu bölmə tərəfindən nəzarət edilir.

37. Xüsusi məmulatların təhvil-təslimi onların göndərildiyi qablarda (bağlamalarda) və müşayiət sənədlərində əks olunmuş məlumatların uyğunluğunun hökmən yoxlanılması ilə həyata keçirilir.

Qabların (bağlamaların), onların nəql edildiyi nəqliyyat vasitəsinin açılması və ya plomblarının pozulması aşkar olunarsa, bu barədə məmulatların təhvil-təslimini həyata keçirən məsul şəxslər müəyyən olunmuş qaydada akt tərtib edirlər. Eyni zamanda, bu barədə məmulatı göndərən təşkilata, həmçinin təhlükəsizlik orqanına məlumat verilməli, xidməti təhqiqat aparılmalıdır.

38. Alınmış qabların açılması, qəbul edilən xüsusi məmulatların müşayiət sənədləri ilə üzləşdirilməsi, onların vəziyyətinin və dəstliyinin yoxlanılması məmulatların uçotuna və saxlanılmasına məsul şəxslər və texniki nəzarət bölməsinin nümayəndələri tərəfindən həyata keçirilir.

Xüsusi məmulatların çatışmaması və ya digər pozuntu hallan üzrə müəyyən edilmiş qaydada akt tərtib edilir və bir nüsxəsi lazımi tədbir görülməsi üçün məmulatı göndərən təşkilata göndərilir.

39. Təşkilata məxsus olmayan və səhvən gətirilmiş xüsusi məmulatların ünvanlandığı təşkilata dərhal göndərilməsi mümkün olmadığı halda, təşkilat bu məmulatların müvəqqəti saxlanılmaq üçün qəbul edilməsini və mühafizəsini təmin etməlidir. Bu cür məmulatların qablarının açılması qadağandır.

Müşayiət sənədləri üzrə belə məmulatların xüsusiyyətinin və partlayış-yanğın təhlükəliliyinin müəyyən edilməsi mümkün olmadığı halda, həmin məmulatlar  təyinatı  üzrə  göndərilənədək  təşkilatın  məmulatlarından (məhsullarından) ayrı saxlanılmalıdır.

40.  Xüsusi məmulatların göndərilməsi təşkilat rəhbərinin və ya onun səlahiyyət verdiyi vəzifəli şəxsin yazılı sərəncamına əsasən "Qaimə" (9 nömrəli əlavə) üzrə həyata keçirilir və xüsusi məmulatların təyinatı üzrə çatdırılması üçün nəqliyyat vasitələri sifariş edilir. Qaimə məmulatı göndərən, mərkəzləşdirilmiş uçotu aparan və dövlət sirrinin mühafizəsi üzrə bölmələr tərəfindən vizalanır və xüsusi məmulatlar təşkilat rəhbəri və ya onun səlahiyyət verdiyi şəxsin icazəsi ilə təşkilatın ərazisindən buraxılır. Müşayiət sənədinin arxa tərəfinə bu rekvizitlərin qoyulması üçün müvafiq ştamp vurulur.

41.  Xüsusi məmulatlar təşkilatın mühafizə olunan ərazisindən müvafiq qaydada rəsmiləşdirilmiş qaimə əsasında buraxılarkən, qaimədə məmulatın buraxıldığı vaxt, tarix və mühafizə məntəqəsi nəzarətçisinin soyadı göstərilməklə müvafiq qeydlər edilir və nəzarətçi tərəfindən imzalanır.

42.  Müşayiət sənədlərində (müşayiət məktubunda, qaimələrdə, pasportlarda və s.) göndərilən məmulatların şərti adları və ya işarələri göstərilməlidir.

43.  Xüsusi məmulatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi dövlət sirri haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

Xüsusi məmulatların digər dövlətə və beynəlxalq təşkilata verilməsi prosesində verilməsi nəzər-də tutulmayan məlumatların, o cümlədən verilən məlumat daşıyıcılarını işləyib hazırlayanlar və istehsal edənlər barədə məlumatların verilməsinə və sərəncamverici sənədlərə, normativ hüquqi aktlara, məmulat nümunələrinə istinad edilməsinə yol verilmir. [8]

 

VII. XÜSUSİ MƏMULATLARIN NƏQL EDİLMƏSİ

 

44. Nəql edilən xüsusi məmulatlar onların təyinatının və xüsusiyyətinin açıqlanmasını istisna edən qaydada qablaşdırılmalı və (və ya) maskalanmalıdır.

Nəql edilən qeyri-məxfi məmulatların, tərtibatların və avadanlıqların xarici görünüşü onların aid olduğu xüsusi məmulatların təyinatını və xüsusiyyətlərini müəyyən etməyə imkan verirsə, onlar mütləq maskalanmalıdır.

45. Xüsusi məmulatların nəqli üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri öz xarici görünüşü ilə digər uyğun nəqliyyat vasitələrindən seçilməməlidir.

Xüsusi məmulatların nəqli zamanı nəqliyyat vasitələrində yükü göndərən və qəbul edən məntəqələrin, təşkilatların və yüklərin adı yazılmamalıdır.

Xüsusi məmulatların yükləmə-boşaltma yerləri onların kənar şəxslər tərəfindən bilavasitə, həmçinin texniki vasitələrlə müşahidə edilməsini istisna etməlidir.

Xüsusi məmulatlar elə nəql edilməlidir ki, onların mühafizəsinin, məxfiliyinin, bu məmulatlara bilavasitə aidiyyəti olan obyektlərin, o cümlədən onları istehsal və istismar edən təşkilatın dislokasiyasının açıqlanmaması təmin edilsin.

46. Xüsusi məmulatların nəqli və ünvanlara çatdırılması feldyeger rabitəsi vasitəsilə və ya Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin bölmələri və ya təşkilatın qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılmış mühafizə bölmələri və silahlı işçiləri tərəfindən həyata keçirilir. [9]

Mühafizəni həyata keçirən şəxslər nəqletmə zamanı mühafizə, təhlükəsizlik texnikası və məxfiliyin təmin edilməsi qaydalarını yaxşı bilməli və onlara ciddi əməl etməlidirlər.

Nəql edilən xüsusi məmulatların mühafizəsi elə təşkil olunmalıdır ki, kənar şəxslərin diqqətini cəlb etməsin.

Mühafizə olunan yüklə bir yerdə, habelə yükü müşayiət edən keşikçi və qoruyucu nəqliyyat vasitələrində kənar şəxslərin getməsinə yol verilmir.

 

VIII. XÜSUSİ MƏMULATLARIN SINAĞI

 

47. Xüsusi məmulatların sınağının keçirilməsi prosesində məxfilik rejiminin təmin olunması üzrə konkret tədbirlər və onların səmərəliliyinin qiymətləndirilməsi üzrə tələblər sınaqların proqramına daxil edilir.

Xüsusi məmulatların sınaqlarında, ancaq bu sınaqlara bilavasitə aidiyyəti olan şəxslər iştirak edir və onlar sınaqların xüsusiyyətləri və nəticələri haqqında məlumatların, yalnız onlara birbaşa aidiyyəti olan hissəsi ilə tanış edilirlər.

48. Xüsusi məmulatların parametrlərinin ölçülməsi (sınağı) üçün nəzərdə tutulmuş ölçü cihazlarının hazırlığının yoxlanılması üzrə elə metodika və göstərişlər müəyyən edilməlidir ki, bu zaman sınaqla nəzərdə tutulmayan dövlət sirri təşkil edən məlumatlar açıqlanmasın. Bu metodika və göstərişlər xüsusi məmulatın konstruktor və istismar sənədlərində əks olunur.

Sınaqlar zamanı xüsusi məmulatların yeni nümunələrinin mühafizəsinin və məxfiliyinin tam təmin edilməsi məqsədilə, onların işlənib hazırlanması üzrə taktiki-texniki tapşırıqlarda bu məmulatların sınaqları prosesində verilən komanda və məlumatların məxfiləşdirilməsi, onların düşmə yerinin maskalanması və axtarışının asanlaşdırılması və s. üzrə tədbirlər nəzərdə tutulmalıdır.

49. Sınaq prosesində istifadə olunmuş xüsusi məmulatların təkrar istifadə üçün yararlı qalıqları, habelə həmin məmulatların xüsusiyyətlərini və təyinatını müəyyən etmək imkanı verən digər qalıqları sınaq yerindən yığılır. Bu məqsədlə sınaq başa çatdıqdan sonra sınaq yerinə baxış keçirilir. Bu barədə sərbəst formada akt tərtib edilir və iştirakçılar tərəfindən imzalanır.

Sınaqları keçirən komissiyalar sınağın məxfiliyinin təmin edilməsi üzrə tədbirlərin səmərəliliyini qiymətləndirir və yekun sənədlərdə bu barədə nəticəni əks etdirir.

Sınaqların keçirilməsi üzrə komissiyalar müvafiq standartlara uyğun yaradılır.

 

IX. XÜSUSİ MƏMULATLARIN MƏHV EDİLMƏSİ

 

50. İstehsal, sınaq və istismar prosesində zay olmuş, sərf edilmiş, habelə yararsız və istifadəsinə ehtiyac olmayan xüsusi məmulatlar məhv edilməlidir.

Xüsusi məmulatların məhv edilmək üçün seçilməsi, bu məqsədlə təşkilat rəhbəri və ya onun səlahiyyət verdiyi vəzifəli şəxs tərəfindən yaradılan və tərkibinə dövlət sirrinin mühafizəsi üzrə bölmə əməkdaşının və ya rejim üzrə səlahiyyətli nümayəndəsinin daxil olduğu komissiya tərəfindən həyata keçirilir və "Məhvetmə aktı" (10 nömrəli əlavə) ilə rəsmiləşdirilir.

Xüsusi məmulatların məhv edilməsi üçün tərtib olunmuş akt təşkilat rəhbəri və ya onun səlahiyyət verdiyi vəzifəli şəxs tərəfindən təsdiq edilir.

Akt təsdiq edildikdən sonra məmulatların məhv edilməsi (sökülməsi, dağıdılması və s.), onların texniki sənədlərdə göstərilən texnologiya üzrə həyata keçirilir.

Məhv olunmalı məmulatlar əsl xüsusiyyətlərinin, parametrlərinin və ya xüsusi təyinatının bərpa edilməsi mümkün olmayan vəziyyətə salınmalıdır.

Xüsusi məmulatların məhv edilməsi faktı, onu həyata keçirən şəxslərin aktdakı imzaları ilə təsdiqlənir.

51.  Məhv edilmiş xüsusi məmulatların pasportları (formulyarları) qanunvericiliklə müəyyən edilmiş qaydalara müvafiq məhv edilir və bu barədə məmulatların məhv edilməsi üçün tərtib olunmuş aktda qeyd edilir.

52.  İstifadə üçün yararlı olan xüsusi dəstləşdiricilər, qeyri-məxfi bloklar, qovşaqlar, hissələr və materiallar, o cümlədən qiymətli metallar məhvetmə aktında qeyd edilməklə məhv edilməli olan xüsusi məmulatlardan sökülməli və müvafiq qaydada aidiyyəti üzrə təhvil verilməlidir. Sökülmüş dəstləşdiricilər bu Qaydaya əsasən yenidən uçota götürülməlidir.

Məhvetmə aktı bu məqsəd üçün ayrılmış işdə saxlanılır. Bu işlərin saxlanılma müddəti 5 ildir.

 

X. DÖVLƏT SİRRİ TƏŞKİL EDƏN MƏLUMATLARLA BAĞLI

MƏSƏLƏLƏR ÜZRƏ MÜŞAVİRƏLƏR

 

53. Təşkilatda dövlət sirri təşkil edən məlumatlarla bağlı məsələlər üzrə iclaslar, müşavirələr və s. (bundan sonra - müşavirələr) təşkilat rəhbərinin və ya onun səlahiyyət verdiyi şəxsin icazəsi ilə keçirilir.

Dövlət hakimiyyəti orqanının mərkəzi aparatında müşavirələr səlahiyyətləri daxilində baş idarə, idarə və şöbə rəhbərlərinin icazəsi ilə də keçirilə bilər.

54. Müşavirəyə, orada müzakirə ediləcək məsələlərə bilavasitə aidiyyəti və iştirakı zəruri olan şəxslər buraxılır. Onların dövlət sirri ilə işləməyə buraxılış  forması  müzakirə  edilən  məsələlərin  məxfilik  dərəcəsinə  uyğun olmalıdır.

Müşavirəyə dəvət edilən digər təşkilatların əməkdaşları dövlət sirri ilə işləməyə buraxılış forması barədə arayışı müşavirə ərəfəsində dövlət sirrinin mühafizəsi üzrə bölməyə təqdim edir və müşavirəyə şəxsiyyətini təsdiq edən sənəd və ya müvafiq buraxılış vərəqələri əsasında siyahı üzrə buraxılırlar.

55.  Müşavirənin keçirilməsinə icazə verən vəzifəli şəxs tərəfindən müşavirənin keçirilməsi üçün məsul şəxs təyin olunur.

Müşavirənin keçirilməsi üçün məsul şəxs aşağıdakı sənədləri hazırlayır: müşavirənin gündəliyinin layihəsini;

müşavirəyə dəvət olunan şəxslərin (soyadı, adı, atasının adı, iş yeri və məxfilik dərəcəsi göstərilməklə müzakirəsində iştirak edəcəyi məsələ) siyahısını.

Tərtib edilən bu sənədlər dövlət sirrinin mühafizəsi üzrə bölmə ilə razılaşdırılaraq, müşavirənin keçirilməsinə icazə verən vəzifəli şəxs tərəfindən imzalanır.

Müşavirənin keçirilməsi üçün məsul şəxs müzakirəsində iştirak edəcəkləri məsələ və onun məxfilik dərəcəsi barədə iştirakçılara müşavirə ərəfəsində məlumat verir və zəruri hallarda məxfi qeydlər üçün onlara dövlət sirrinin mühafizəsi üzrə bölmədə qeydiyyata alınmış iş dəftərlərinin verilməsini təşkil edir.

56.  Müşavirənin hazırlanması və keçirilməsi üçün lazım olan məxfi sənədlər zəruri hallarda, onun keçirilməsinə icazə verən şəxsin sərəncamı ilə dəvət olunan şəxslərə göndərilə bilər.

57.  Müşavirənin keçirilməsinin planlaşdırılması zamanı müzakirə ediləcək məsələlərin ardıcıllığı elə olmalıdır ki, iştirakçıların onlara aid olmayan məsələlərin müzakirəsində iştirakı istisna edilsin.

58.  Müşavirənin gedişi zamanı xüsusi məmulatların, dövlət sirri təşkil edən filmlərin, audio və video materialların nümayiş etdirilməsi, müşavirə iştirakçılarının çıxışlarının stenoqramlaşdırılması, audio yazılışı və video çəkilişi dövlət sirri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

59.  Müşavirənin proqramı və müşavirədə iştirak edən şəxslərin siyahısı müşavirə materiallarına əlavə edilir.

60.  Dövlət sirri təşkil edən dissertasiyalara bu Qaydanın tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən işlənib hazırlanmış və təhlükəsizlik orqanı ilə razılaşdırılaraq təsdiq edilmiş qaydalar əsasında baxılır.

61.  Bölmələrdə digər təşkilat nümayəndələrinin iştirakı olmadan cari məsələlər üzrə müşavirələr dövlət sirrinin mühafizəsi üzrə bölmə ilə razılaşdırılmadan bölmə rəhbəri tərəfindən keçirilə bilər. Bu zaman məxfilik rejiminin təmin olunmasına və iştirakçıların tərkibinə görə həmin bölmənin rəhbəri məsuliyyət daşıyır.

 

 


                     "Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə

bağlı işlərin görülməsi prosesində həmin məlumatların

mühafizəsinin təmin edilməsi Qaydası"na

1 NÖMRƏLİ ƏLAVƏ

 

SAXLAMA YERLƏRİNİN VƏ ONLARIN AÇARLARININ UÇOTU JURNALI

Sıra

№-si

Saxlama yerinin adı

Saxlama yerinin yerləşdiyi yer (bölmənin, otağın və binanın Ns-si)

Nə saxlanılır (sənədlər, xüsusi məmulatlar)

Saxlama yeri üçün cavabdeh şəxsin soyadı, adı və atasının adı

Açarların sayı və №-si

Saxlama yeri üçün cavabdeh şəxsin açarlan alması barədə imzası və tarix

Dövlət sirrinin mühafizəsi üzrə bölmə rəhbərinin ehtiyat açarları qəbul etməsi barədə imzası və tarix

Qeyd

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


"Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə

bağlı işlərin görülməsi prosesində həmin məlumatların

mühafizəsinin təmin edilməsi Qaydası"na

2 NÖMRƏLİ ƏLAVƏ

 

REJİMLİ SAHƏLƏRİN VƏ ONLARIN AÇARLARININ MÜHAFİZƏYƏ TƏHVİL-TƏSLİM JURNALI

 

Sıra

№-si

Mühafizəyə təhvil verilən rejimli sahənin adı

Rejimli sahənin qapısının və penalın möhürləndiyi möhürün yazısı və penalın nömrəsi

Təhvil verilmə tarixi və vaxtı

Təhvil verən şəxsin soyadı və imzası

Siqnal vasitəsinin qoşulması haqqında qeyd

Qəbul edən şəxsin soyadı və imzası

Təhvil alınma tarixi və vaxtı

Təhvil alan şəxsin soyadı və imzası

Qeyd

1

2

3

4

5

6

7

8

9

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İzah. 1 İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə, həmçinin mühafizəçilərin dəyişməsi zamanı bu jurnaldakı qeydlərə istinad edilməklə, növbələrin təhvil-təslim jurnalında müvafiq qeydlər edilməlidir. [10]

2. Siqnal vasitələrinin işə düşməsi, möhürlərin tamlığının pozulması, yaranan qəza halları, kənar şəxslərin saxlanılması və s. faktlar haqqında növbələrin təhvil-təslim jurnalındakı ətraflı qeydlərə istinad edilməklə, 10-cu sütunda bu barədə qısa qeydlər edilir.


"Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə

bağlı işlərin görülməsi prosesində həmin məlumatların

mühafizəsinin təmin edilməsi Qaydası"na

3 NÖMRƏLİ ƏLAVƏ

 

______________________

                                                                                                                             (məxfilik qrifi)

 

 

XÜSUSİ MƏMULATIN UÇOTU VƏRƏQƏSİ № _____________

 

Xüsusi məmulatın şifri (indeksi) ________________________________________________________

Xüsusi məmulatın №-si _____________________________________________________________

Uçot vərəqəsinin açıldığı bölmə ______________________________________________________

 

 

Verilmə tarixi

Bölmə

Alan şəxsin soyadı, adı, atasının adı və imzası

Verən şəxsin soyadı, adı, atasının adı və imzası

Geriyə qəbulu barədə imza və tarix

Qeyd

1

2

3

4

5

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


(3 nömrəli əlavənin arxa tərəfi)

 

1

2

3

4

5

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

__________ №-li “____”___________20_____ il tarixli akt üzrə məhv edilib.

 

__________ №-li “____”___________20_____ il tarixli ___________ üzrə göndərilib.

                                                                                            (müşayiət sənədinin adı)

 

 

 

 


"Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə

bağlı işlərin görülməsi prosesində həmin məlumatların

mühafizəsinin təmin edilməsi Qaydası"na

4 NÖMRƏLİ ƏLAVƏ

 

________________________

(məxfilik qrifi)

XÜSUSİ MƏMULATLARIN UÇOTU JURNALI

 

 

Sıra № -si

Uçota alınma tarixi

Xüsusi məmulatın şifri (indeksi)

Xüsusi məmulatın №-si

Məxfilik qrifi

Müşayiət sənədinin daxilolma №-si və tarixi

Haradan daxil olub və ya hansı bölmədə qeydiyyata götürülüb

Xüsusi məmulatın və onun uçot vərəqəsinin alınması barədə rejim üzrə səlahiyyətli nümayəndənin imzası və soyadı

Xüsusi məmulatın verildiyi bölmə

Pasportun (formulyarın) inventar №-si

Uçotdan çıxarılması haqqında qeyd

Qeyd

 

 

 

 

 

 

Göndərilib

Məhv edilib (aktın №-si və tarixi)

hara və kimə

müşaiət sənədinin №-si və tarixi

Qaimənin №-si və tarixi

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İzah. 1. Seriyalı (kütləvi) istehsal olunan, sınaq üçün hazırlanan, istismarda olan, təmir olunmaq və ya məhv edilmək üçün daxil olan, habelə dəstləşdirici

xüsusi məmulatlar üçün ayrıca uçot jurnalları açıla bilər.

2. "Xüsusi məmulatın verildiyi bölmə" sətrindəki sütunların sayı xüsusi məmulatların veriləcəyi bölmələrin sayına uyğun olmalıdır.


"Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə

bağlı işlərin görülməsi prosesində həmin məlumatların

mühafizəsinin təmin edilməsi Qaydası"na

5 NÖMRƏLİ ƏLAVƏ

 

______________________

(məxfilik qrifi)

 

XÜSUSİ MƏMULATLARIN MİQDAR ÜZRƏ UÇOTU JURNALI (VƏRƏQƏSİ)

 

Xüsusi məmulatın şifri (indeksi) __________________________________________________

Xüsusi məmulatın markası ______________________________________________________

Ölçü vahidi ____________________________________________________________________

 

 

 

Sıra

№-si

 

Tarix

Haradan daxil olub və ya haraya göndərilib (sərf edilib)

Müşayiət sənədinin №-si və tarixi

Alınıb

Göndərilib

Qalıq

Qeyd

1

2

3

4

5

6

7

8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İzah. Hər bir adda xüsusi məmulata (o cümlədən dənəvər, alışan, maye və s. materiallara) zəruri miqdarda vərəqə və ya ayrıca jurnal ayrılır.

 


 

   "Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə

bağlı işlərin görülməsi prosesində həmin məlumatların

mühafizəsinin təmin edilməsi Qaydası"na

6 NÖMRƏLİ ƏLAVƏ

 

Bölmə ____________________                                          “_____” _____________________ 20___ il.

                    (təhvil verən)

__________________________________________________________________________vasitəsilə

                                   (alan şəxsin soyadı, adı və atasının adı)

__________________________________________________ xüsusi məmulatın verilməsi barədə

                  (təhvil alan bölmə)

 

 

QAİMƏ № ___________________

 

 

Xüsusi məmulatın şifri (indeksi)

Xüsusi məmulatın №-si

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təhvil verilən xüsusi məmulatların və onların uçotu vərəqələrinin sayı __________________

(yazı ilə)

Sex rəisi __________________________ TNB rəisi ________________________________________

 

Təhvil verdi ______________________________ Təhvil aldı ________________________________

 

 

 


 

"Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə

bağlı işlərin görülməsi prosesində həmin məlumatların

mühafizəsinin təmin edilməsi Qaydası"na

7 NÖMRƏLİ ƏLAVƏ

 

_________________

(məxfilik qrifı)

 

                                                                                                TƏSDİQ EDİRƏM

______________________________

“_____”_______________200___il.

 

 

QURAŞDIRILMA AKTI № _________

 

“_____”____________200____ il.

 

Biz, aşağıda imza edənlər __________________________________________________________

                                                                                        (vəzifələri və soyadları)

 

 

bu aktı ondan ötrü tərtib etdik ki, aşağıdakı dəstləşdiricilər tərəfimizdən xüsusi məmulata quraşdırılmışdır:

Sıra

№-si

Quraşdırılmış dəstləşdiricilərin

Dəstləşdiricilərin quraşdırıldığı xüsusi məmulatların

şifri (indeksi) və məxfilik qrifi

№-si

şifri (indeksi) və məxfilik qrifi

№-si

1

2

3

4

5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmzalar:______________________                                         ________________________

 

              ______________________                                          ________________________

 

              ______________________                                          ________________________

 

Uçot jurnalında quraşdırılma haqqında qeydi ________________________________ etdi.

                                                                                                       (soyadı və imzası)

 

 


 

"Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə

bağlı işlərin görülməsi prosesində həmin məlumatların

mühafizəsinin təmin edilməsi Qaydası"na

8 NÖMRƏLİ ƏLAVƏ

 

___________________

(məxfilik qrifi)

 

TƏSDİQ EDİRƏM

______________________________

 

“____”__________________200___il.

 

 

SÖKÜLMƏ AKTI № _______

 

“_____”_________________200____il.

 

Biz, aşağıda imza edənlər __________________________________________________________

                                                                                     (vəzifələri və soyadları)

 

 

bu aktı ondan ötrü tərtib etdik ki, aşağıdakı dəstləşdiricilər tərəfimizdən xüsusi məmulatdan sökülmüşdür:

Sıra №-si

Dəstləşdiricinin söküldüyü xüsusi məmulatın

Sökülmüş dəstləşdirici məmulatın

şifri (indeksi) və məxfilik qrifi

qeydiyyat

№-si

şifri (indeksi) və məxfilik qrifi

qeydiyyat

№-si

məhv edilməsi və ya qeydiyyata alınması barədə rəy

məhv edilməsi (aktın №-si və tarixi) və ya qeydiyyata alınması barədə qeyd

1

2

3

4

5

6

7

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İmzalar: __________________________                                  ____________________________

 

               __________________________                                    ___________________________

 

              __________________________                                     ____________________________

 

Uçot jurnalında quraşdırılma haqqında qeydi ___________________________________etdi.

                                                                                                             (soyadı və imzası)

 


 

        "Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə

bağlı işlərin görülməsi prosesində həmin məlumatların

mühafizəsinin təmin edilməsi Qaydası"na

9 NÖMRƏLİ ƏLAVƏ

 

 

Təşkilat_________________________                               Təşkilat_________________________        

 

________________________________                               ________________________________

          (göndərən təşkilatın şərti adı)                                                        (alan təşkilatın şərti adı)

“____”__________________20____il.                                Ünvan: _________________________

                                                                                               

                                                                                                 _______________________________

 

QAİMƏ № _____________

 

_________________________________________________________________________ vasitəsilə

                                                 (müşayiətçinin soyadı, adı, atasının adı)

 

Əsas: ______________________________

 

Xüsusi məmulatın şifri (indeksi) və məxfilik qrifi

 

 

 

Mühasibat qeydiyyatı üzrə şifri

 

 

 

Partiyanm №-si

 

 

 

Qablaşdırma növü

 

Yerlərin sayı

 

 

 

ölçü vahidi

 

 

 

Sayı

Qiymət

Məbləğ

 

göndərilib

alan tərəfindən qəbul edilib

rəqəmlə

yazı ilə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Satış şöbəsinin rəisi_______________________                 Baş mühasib_________________________

 

 Verdi __________________________________                  Dövlət sirrinin mühafizəsi üzrə                         

                                                                                                  bölmənin rəhbəri

 

                                                                                                  ____________________________________

Aldı ___________________________________

                        (müşayiət edən)

(9 nömrəli əlavənin arxa tərəfi)

 

 

XÜSUSİ QEYDLƏR

 

 

 

Yerin №-si

Plombların sayı

Plomblar

plombun 1-ci tərəfindəki yazı

plombun 2-ci tərəfindəki yazı