AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.11.1991
QEYDİYYAT NÖMRƏSİ
276-XP
ADI
Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-12-1991, Nəşr nömrəsi: 23, Maddə nömrəsi: 415)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
415 Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

1. "Azərbaycan Respublikası Ali, Sovetinin Milli Şurası haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası Azərbaycan Respublikasının aşağıdakı 50 xalq deputatından ibarət tərkibdə təşkil edilsin:

Qafarova Elmira Mikayıl qızı - 140 nömrəli Şəmsabad seçki dairəsindən deputat, Ağdaş rayonu. Azərbaycan Respublikası Ali Sovetinin sədri

Səmədzadə Ziyad Əlabbas oğlu - 311 nömrəli Xaçmaz seçki dairəsindən deputat, Xaçmaz rayonu. Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini;

Qarayev Tamerlan Yelmar oğlu - 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat, Ağdam rayonu. Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini;

Aslanov Səlvər Riza oğlu - 8 nömrəli Nizami seçki dairəsindən deputat, Bakı şəhərinin 26 Bakı komissarı rayonu. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru;

Axundov Füzuli Məmmədəli oğlu - 32 nömrəli Maştağa seçki dairəsindən deputat, Bakı şəhərinin Lenin rayonu. Azərbaycan Bədii Fondunun tərtibatçı rəssamı;

Bahabzadə Bəxtiyar Mahmud oğlu - 83 nömrəli N. Tusi seçki dairəsindən deputat, Bakı şəhərinin Xətai rayonu. Azərbaycanın xalq şairi, M. Ə. Rəsulzadə adına BDU-nun professoru;

Vəkilov Yusif Səməd oğlu - 217 nömrəli Daş Salahlı seçki dairəsindən deputat, Qazax rayonu. "Azərbaycan" jurnalının baş redaktoru;

Qazıyev Rəhim Həsən oğlu - 129 nömrəli Şəki birinci şəhər seçki dairəsindən deputat, Şəki şəhəri. Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü;

Qasımov Tofiq Məsim oğlu - 152 nömrəli Kalininkənd seçki dairəsindən deputat, Ağstafa rayonu. Azərbaycan Respublikası EA Fizika İnstitutunun böyük elmi işçisi;

Qəmbərov İsa Yunis oğlu - Babək adına 79 nömrəli seçki dairəsindən deputat, Bakı şəhərinin Xətai rayonu. Azərbaycan Xalq Cəbhəsi idarə heyəti sədrinin müavini;

Əzizov Tofiq Müseyib oğlu - 76 nömrəli Sahil seçki dairəsindən deputat, Bakı şəhərinin Suraxanı rayonu. "Nord" Elm-İstehsal Birliyinin baş direktoru;

Əzimov Hacıbaba Sadıq oğlu - 256 nömrəli Kərgəlan seçki dairəsindən deputat, Lənkəran şəhəri. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri;

Əkbərov Sülhəddin Bayram oğlu - 346 nömrəli Qıvraq seçki dairəsindən deputat, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu. Naxçıvan şəhər Xalq Məhkəməsinin tibb eksperti;

Əliyev Mürvət Nurəli oğlu - 328 nömrəli Aşağı Göynük seçki dairəsindən deputat, Şəki şəhəri, Müvəqqəti işləmir;

Əliyev Tahir Yunis oğlu - 123 nömrəli Sumqayıt-Boru prokatı seçki dairəsindən deputat. Sumqayıt şəhəri. Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü;

Əliyev Telman Fərzəli oğlu - 74 nömrəli Bülbülə seçki dairəsindən deputat, Bakı şəhərinin Suraxanı rayonu. Bakı hər Xalq Deputatları Soveti sədrinin müavini;

Əliyev Xeyrulla Salman oğlu - 190 nömrəli Privolnoye seçki dairəsindən deputat, Cəlilabad rayonu. Azərbaycan Respublikası Ali Soveti Mədəniyyət və dini əqidə məsələləri daimi komissiyası sədrinin müavini;

Əliyev Şaiddin Sərdar oğlu - 4 nömrəli Şüvəlan seçki dairəsindən deputat, Bakı şəhərinin Əzizbəyov rayonu. Şüvəlan Qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri;

Əhmədov Vahid Qazıməmməd oğlu - 53 nömrəli "Gənclik" seçki dairəsindən deputat, Bakı şəhərinin Nizami rayonu. "Bakıneftmaş" İstehsal Birliyinin baş direktoru;

Zeynalov Fərrux Məmmədnəbi oğlu - 34 nömrəli Bilgəh seçki dairəsindən deputat, Bakı şəhərinin Lenin rayonu. "Xalq üçün mallar" Dövlət Konserni "Azəryüngülsənayetoxucutəchizat-satışxammal" firmasının baş direktoru;

İbrahimov İbrahim Məşədi Hilal oğlu -341 nömrəli Leninabad seçki dairəsindən deputat, Naxçıvan Muxtar Respublikasının Babək rayonu. Azərbaycan Xalq Cəbhəsi Naxçıvan vilayət şöbəsi təşkilat şöbəsinin müdiri;

İsmayılov Rauf Əbdüləli oğlu - 271 nömrəli Evoğlu seçki dairəsindən deputat, Tərtər rayonu, Ç. İldırım adına Azərbaycan Mühəndis-Texniki Universitetinin kafedra müdiri;

Kamalov Tapdıq Calal oğlu - Vidadi adına 25 nömrəli seçki dairəsindən deputat, Bakı şəhərinin Lenin rayonu. Razin Qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri;

Kərimli Hicran Vasif oğlu - 339 nömrəli Ordubad seçki dairəsindən deputat, Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəri. Ordubad konserv zavodunun baş iqtisadçısı;

Köçərli Tofiq Qasım oğlu - 226 nömrəli Gədəbəy seçki dairəsindən deputat, Gədəbəy rayonu. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun professoru;

Mehdiyev Nadir Xudaverdi oğlu - 9 nömrəli Kommunist seçki dairəsindən deputat, Bakı şəhərinin 26 Bakı komissarı rayonu. Azərbaycan Respublikası EA "Biotex" Elm-İstehsal Birliyinin baş direktoru;

Məmmədov Etibar Səlidar oğlu - 68 nömrəli Nərimanov seçki dairəsindən deputat, Bakı şəhərinin Oktyabr rayonu. Azərbaycan Respublikası Müdafiə Şurasının üzvü;

Məmmədov Mürşüd Əsəd oğlu - 105 nömrəli Gəncə-Hacıbəyov seçki dairəsindən deputat, Gəncə şəhərinin Kəpəz rayonu. Gəncə Pedaqoji İnstitutunun dosenti;

Məmmədov Sultan İsrafil oğlu - 158 nömrəli Astara seçki dairəsindən deputat, Astara rayonu. Azərbaycan Respublikası Ali Soveti Mənzil-kommunal təsərrüfatı daimi komissiyasının sədri;

Məmmədov Xanlar Əliş oğlu - 252 nömrəli Laçın seçki dairəsindən deputat, Laçın rayonu. Laçın rayonu icra hakimiyyətinin başçısı;

Mütəllimov Mətləb Əzuzulla oğlu - 119 nömrəli Sumqayıt-Tələbə seçki dairəsindən deputat, Sumqayıt şəhəri. Sumqayıt Politexnik Texnikumunun müəllimi;

Nadirov İnqilab Adil oğlu - 146 nömrəli Hindarx kənd seçki dairəsindən deputat, Ağcabədi rayonu. Azərbaycan Respublikası kitabxana kollektorunun direktoru;

Nəcəfov Nəcəf Adil oğlu - 21 nömrəli Beynəlmiləl seçki dairəsindən deputat, Bakı şəhərinin Kirov rayonu. "Azadlıq" qəzetinin redaktoru;

Nuriyev Cümşüd Qurban oğlu - 62 nömrəli Oktyabr seçki dairəsindən deputat, Bakı şəhərinin Oktyabr rayonu. Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini;

Rəhimzadə Arif Qafar oğlu - 270 nömrəli Tərtər seçki dairəsindən deputat, Tərtər rayonu. Azərbaycan Respublikası Ali Soveti Kənd təsərrüfatı daimi komissiyasının sədri;

Rəhimov Ədalət Vilayət oğlu - 117 nömrəli Sumqayıt-Axundov seçki dairəsindən deputat, Sumqayıt şəhəri. Azərbaycan Respublikası EA Xlorüzvisintez İnstitutunun laboratoriya müdiri;

Rəhimov Kamran Həbi oğlu - 268 nömrəli Bədəlan seçki dairəsindən deputat, Masallı rayonu. "Dirçəliş" jurnalının redaktoru;

Rüstəmov Tofiq Tağı oğlu - 238 nömrəli Nügədi seçki dairəsindən deputat, Quba rayonu, "Xalq qəzeti"nin baş redaktoru;

Rüstəmxanlı Sabir Xudu oğlu - Mehmandarov adına 81 nömrəli seçki dairəsindən deputat, Bakı şəhərinin Xətai rayonu. Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri;

Timoşenko Vladimir Vasilyeviç - 128 nömrəli Sumqayıt-Beynəmiləl seçki dairəsindən deputat, Sumqayıt şəhəri. hərbi qulluqçu;

Fətəliyev Ramiz Məmmədəli oğlu - 61 nömrəli Musabəyov seçki dairəsindən deputat, Bakı şəhərinin Oktyabr rayonu. C. Cabbarlı adına Azərbaycanının kinostudiyasının direktoru;

Fəttayev Mirmahmud Mirəli oğlu - 116 nömrəli Sumqayıt-Corat seçki dairəsindən deputat, Sumqayıt şəhəri. V. İbrahim adına 35 nömrəli Sumqayıt şəhər orta məktəbinin müəllimi;

Hacıyev Arif Mustafa oğlu - 204 nömrəli Aşağı Tala seçki dairəsindən deputat, Zaqatala rayonu. Zaqatala yerli radio verilişləri redaksiyasının redaktoru;

Hacıkərimov Şirin Qasım oğlu - 82 nömrəli Şıxlinski seçki dairəsindən deputat, Bakı şəhərinin Xətan rayonu. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi Xətai rayon şöbəsinin rəisi;

Həsənova Məryəm Daməd qızı - 196 nömrəli Siyəzən seçki dairəsindən deputat, Dəvəçi rayonu. Zarat kənd orta məktəbinin direktoru;

Hüseynov Şadman Bəhlul oğlu - 106 nömrəli Gəncə-Lenin seçki dairəsindən deputat, Gənə şəhərinin Kəpəz rayonu. Gəncə dəmiryol xəstəxanasının baş həkimi;

Cəlilov Afiyəddin Cəlil oğlu - 345 nömrəli Sədərək seçki dairəsindən deputat, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli siyasət və millətlərarası münasibət məsələləri dair komissiyasının sədri;

Cəlilov Firudin Ağası oğlu - 22 nömrəli Üçüncü Kirov seçki dairəsindən deputat, Bakı şəhərinin Kirov rayonu. M. Ə. Rəsulzadə adına BDU-nun dosenti;

Şirinov İxtiyar Əlibala oğlu - 13 nömrəli Puta seçki dairəsindən deputat, Bakı şəhərinin Qaradağ rayonu. Beyləqan rayonunun prokuroru;

Şıxlinski (Şıxlı) İsmayıl Qəhrəman oğlu - 216 nömrəli Qazax seçki dairəsindən deputat, Qazax rayonu. Azərbaycanın xalq yazıçısı.

2. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının üzvləri daimi fəaliyyət göstərir və onların Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasında üzv olduqları müddətdə əvvəlki iş yerləri (vəzifələri) saxlanılır.

 

Azərbaycan Respublikası Ali Soveti

sədrinin birinci müavinin

Z. SƏMƏDZADƏ.

 

Bakı şəhəri, 26 noyabr 1991-ci il.

№ 276-XP.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status