“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
2.1-1. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.1-2. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş “məqsədli büdcə fondu” dedikdə Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu nəzərdə tutulur;
[2]
2.2. həmin Qanunun 16.2-ci, 17.1-ci və 17.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti məlumatlandırmaqla həyata keçirir;
2.3. həmin Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirir;
2.4. həmin Qanunun 19-cu və 41.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;
2.5. həmin Qanunun 22.0.5-ci, 22.0.8-ci, 22.0.13-cü, 22.0.16-cı, 38.3-cü, 42.4-cü və 58.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
[3]
2.6. həmin Qanunun 58.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
[4]
3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bir ay müddətində:
3.1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə müvafiq olaraq saxta pul nişanları istisna olmaqla, tədavüldən çıxarılmış pul nişanlarının məhv edilməsi qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. öz səlahiyyətləri daxilində həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2005-ci il
№ 237
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)
2.
13 iyul 2017-ci il tarixli 1524 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1334)
3.
13 iyul 2017-ci il tarixli 1527 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1337)
- 9 avqust 2019-cu il tarixli 806 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2019-cu il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1389)
- 30 yanvar 2020-ci il tarixli 915 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2020-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 4)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə mətnində ismin müvafiq hallarında "Milli Bank" sözləri ismin müvafiq hallarında "Mərkəzi Bank" sözləri ilə əvəz edilmişdir.
[2]
13 iyul 2017-ci il tarixli 1524 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1334) ilə 2.1-1-ci və 2.1-2-ci bəndlər əlavə edilmişdir.
30 yanvar 2020-ci il tarixli 915 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 31 yanvar 2020-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 4) ilə 2.1-2-ci bənd ləğv edilmişdir.
[3]
13 iyul 2017-ci il tarixli 1527 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1337) ilə 2.5-ci bəndində “38.3-cü” sözləri “22.0.5-ci, 22.0.8-ci, 22.0.13-cü, 22.0.16-cı, 38.3-cü” sözləri ilə əvəz edilmişdir.
9 avqust 2019-cu il tarixli 806 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2019-cu il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1389) ilə 2.5-ci bənddə “və 42.4-cü” sözləri “, 42.4-cü və 58.6-cı” sözləri ilə əvəz edilmişdir.
[4]
9 avqust 2019-cu il tarixli 806 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 11 avqust 2019-cu il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1389) ilə 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunmuşdur və yeni məzmunda 2.6-cı bənd əlavə edilmişdir.