×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
03.05.2005
QEYDİYYAT NÖMRƏSİ
906-IIQ
ADI
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2005, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 470)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.      Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2.      Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 may 2005-ci il

              № 906-IIQ

 


 

 

Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında [2]

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra “Komissiya” adlanacaq) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısını alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.

2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

3. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

4. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə mütəmadi olaraq onları məlumatlandırır.

 

II.  KOMİSSİYANIN ƏSAS VƏZİFƏLƏRİ

 

5. Komissiyanın həyata keçirdiyi əsas vəzifələr aşağıdakılardır:

5.1. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək;

5.2. korrupsiyaya qarşı mübarizənin vəziyyətini və səmərəliliyini təhlil etmək;

5.3. korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək;

5.4. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatları qəbul etmək;

5.5. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həyata keçirmək;

5.6. korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına və digər qurumlara təkliflər vermək, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək; [3]

5.7. korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək;

5.8. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək, dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək. [4]

6.   Komissiya qanunvericiliyə müvafiq olaraq digər vəzifələri yerinə yetirir.

 

III. KOMİSSİYANIN ƏSAS HÜQUQLARI

 

7. Öz vəzifələrini yerinə yetirmək məqsədilə Komissiya aşağıdakı hüquqları həyata keçirir:

7.1. korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanları və qurumlarının rəhbərlərinin məlumatlarını və hesabatlarını dinləyir; [5]

7.2. dövlət və yerli özünüidarə orqanlarından, qurumlardan zəruri məlumatları və materialları alır, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verir; [6]

7.3. korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanları və qurumlarından məlumatları alır və görülən işlərin vəziyyətini təhlil edir; [7]

7.4. korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür;

7.5. korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;

7.6. qeyri-hökumət təşkilatları, media subyektləri və özəl sektorun nümayəndələri, müstəqil ekspertlər ilə əməkdaşlıq edir və zərurət olduqda onları müəyyən işlərin görülməsinə cəlb edir; [8]

7.7. korrupsiyaya qarşı mübarizənin təşkili və səmərəliliyinin artırılması üçün beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir;

7.8. daxil olan korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında müraciətlərin ümumiləşdirilməsini həyata keçirir, habelə onun nəticələrinə əsasən fəaliyyətinə dair daha çox şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə orqanlarının, habelə dövlət müəssisələrinin və qurumlarının fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına, qurumlarına və ya auditor təşkilatlarına həvalə edir və cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama materiallarını Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir; [9]

7.9. korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.

7.10. korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar proqramların və layihələrin hazırlanması və həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərir; [10]

7.11. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin icra vəziyyətini öyrənir və ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər dövlət orqanları və qurumlarının rəhbərlərinin məlumatlarını dinləyir, bu sahədə dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə müvafiq dövlət orqanları və qurumlarından məlumatları alır və təhlil edir, nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır, onların həyata keçirilməsi üçün tədbirlər görür, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir, beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir. [11]

8. Komissiya qanunvericiliyə müvafiq olaraq digər hüquqları həyata keçirir.

 

IV. KOMİSSİYANIN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

9.   Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın sədri onun tərkibindən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.

10. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir. Zərurət olduqda, bu Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulmuş Reqlamentlə müəyyən edilmiş qaydada Komissiyanın növbədənkənar iclasları çağınla bilər. Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Komissiyanın qərarları iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, Komissiyanın sədri həlledici səsə malikdir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiyanın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər. Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Komissiyanın qərarları iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə Komissiyanın sədri tərəfindən qəbul edilə bilər. [12]

11. Komissiyanın iclaslarına digər şəxslər də dəvət oluna bilərlər.

12. Komissiyanın üzvləri fəaliyyətlərində müstəqildirlər.

13. Komissiya özünün Reqlamentini təsdiq edir.

14. Komissiya Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş xidməti blanka malikdir.

15. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katibliyin rəhbəri Komissiyanın qərarı ilə, digər işçiləri isə Komissiyanın sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Katiblik Komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması, kargüzarlıq və digər işlərin aparılması üzrə fəaliyyəti həyata keçirir. [13]

16. Katiblik dövlət orqanıdır və Katibliyin işçiləri dövlət qulluqçularıdır.

17. Katibliyin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.

18. Katibliyin səlahiyyətləri Komissiya tərəfindən müəyyən edilir.

19. Komissiya fəaliyyəti haqqında illik məruzə tərtib edir və onu Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə təqdim edir.

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 934)

2.       30 dekabr 2008-ci il tarixli 754-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 yanvar 2008-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 7)

3.       12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə 173)

4.       30 sentyabr 2013-cü il tarixli 754-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1273)

5.       14 aprel 2017-ci il tarixli 587-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 710)

6.       3 aprel 2018-ci il tarixli 1047-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 840)

7.       30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 41)

8.       17 fevral 2023-cü il tarixli 808-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 934) ilə Qanunun adında və 1-ci maddəsində "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya" sözləri "Azərbaycan  Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası" sözləri ilə əvəz edilmişdir.

 

[2] 1 oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 934) ilə Əsasnamənin adında və 1-ci maddəsində "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya" sözləri "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası" sözləri ilə əvəz edilmişdir.

 

[3] 14 aprel 2017-ci il tarixli 587-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 710) ilə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 5.6-cı maddəsində “vermək” sözündən sonra “, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin konfidensiallığını təmin etmək” sözləri əlavə edilmişdir.

3 aprel 2018-ci il tarixli 1047-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 840) ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də 5.6-cı maddəyə “orqanlarına” sözündən sonra “və digər qurumlara” sözləri əlavə edilmişdir.

 

[4] 14 aprel 2017-ci il tarixli 587-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 710) ilə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 5.7-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 5.8-ci maddə əlavə edilmişdir.

30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 41) ilə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də 5.8-ci maddədən “pul vəsaitlərinin və ya digər” və “dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək,” sözləri çıxarılmışdır.

 

[5] 14 aprel 2017-ci il tarixli 587-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 710) ilə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 7.1-ci maddəsində “orqanlarının” sözü “orqanları və qurumlarının” sözləri ilə əvəz edilmişdir.

 

[6] 30 sentyabr 2013-cü il tarixli 754-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 noyabr 2013-cü il, № 263; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1273) ilə 7.2-ci maddəsində “materialları alır” sözlərindən sonra “, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular verir” sözləri əlavə edilmişdir.

3 aprel 2018-ci il tarixli 1047-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 840) ilə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də 7.2-ci maddəyə “orqanlarından” sözündən sonra “, qurumlardan” sözü əlavə edilmişdir.

 

[7] 30 dekabr 2008-ci il tarixli 754-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  16 yanvar 2008-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 7) ilə 5.3-cü və 7.3-cü maddələrdə “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının”, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında” sözləri müvafiq olaraq “korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının”, “korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında” sözləri ilə əvəz edilmişdir.

 

14 aprel 2017-ci il tarixli 587-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 710) ilə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 7.3-cü maddəsində “orqanlarından” sözü “orqanları və qurumlarından” sözləri ilə əvəz edilmişdir.

 

[8] 17 fevral 2023-cü il tarixli 808-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 7.6-cı maddəsində “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilmişdir.

 

[9] 12 fevral 2010-cu il tarixli 954-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 mart 2010-cu il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 173) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 7.8-ci maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.8.  daxil olmuş materiallarda korrupsiya ilə əlaqədar hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;

 

3 aprel 2018-ci il tarixli 1047-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 may 2018-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 840) ilə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də 7.8-ci maddəyə “müəssisələrinin” sözündən sonra “və qurumlarının” sözləri, “orqanlarına” sözündən sonra “, qurumlarına” sözü əlavə edilmişdir.

 

[10] 30 dekabr 2008-ci il tarixli 754-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  16 yanvar 2008-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 7) ilə yeni məzmunda 7.10-cu maddə əlavə edilmişdir.

 

[11] 14 aprel 2017-ci il tarixli 587-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 710) ilə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”nin 7.10-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 7.11-ci maddə əlavə edilmişdir.

30 dekabr 2022-ci il tarixli 785-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 31 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 1, maddə 41) ilə 7.11-ci maddədən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılmışdır.

 

[12] 30 dekabr 2008-ci il tarixli 754-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  16 yanvar 2008-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 7) ilə 10-cu maddəyə yeni məzmunda səkkizinci cümlə əlavə edilmişdir.

 

[13] 30 dekabr 2008-ci il tarixli 754-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  16 yanvar 2008-ci il, № 11, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 7) ilə 15-ci maddənin ikinci cümləsi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Katibliyin rəhbəri və üzvləri Komissiya tərəfindən müəyyən edilir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status