“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 580 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli Depozit Sistemi haqqında” Əsasnamənin 3.10-cu bəndinin “m” yarımbəndindən “- rəqəmli” sözü çıxarılsın.
2. Müəyyən edilsin ki:
2.1. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.14-cü, 8-ci, 9.1-ci, 9.3-cü, 9.4-cü, 9.6-cı, 9.7-ci, 16.0.3- cü, 17.1.3-cü, 17.3.7-ci, 17.3.8-ci, 17.3.9-cu, 19.2-ci, 19.4-cü, 19.5-ci, 31.4- cü, 33.1-ci, 33.2-ci, 33.3-cü (33.3.3-cü maddədə müəyyən edilmiş məsələlər istisna olmaqla) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir;
2.2. həmin Qanunun 33.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini 33.3.3-cü maddədə müəyyən edilmiş məsələlərə münasibətdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti öz səlahiyyətləri daxilində həyata keçirirlər.
[2]
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2005-ci il
№ 246
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
2.
3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)
3.
5 aprel 2017-ci il tarixli 1320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 aprel 2017-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 534)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
5 aprel 2017-ci il tarixli 1320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 7 aprel 2017-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 534) ilə ləğv edilmişdir.
[2]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2.1-ci və 2.2-ci bəndlərində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 2.2-ci bəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.