AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
01.06.2005
QEYDİYYAT NÖMRƏSİ
834
ADI
Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2005, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 493)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.06.2005
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının yaradılması haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikasının Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti”nə daxil olması və Azərbaycan üzrə Fəaliyyət Planının işlənib hazırlanmasına dair Avropa İttifaqı Şurasının müsbət qərarının qəbul edilməsi nəticəsində Azərbaycan Respublikasının Avropaya inteqrasiyasının keyfiyyətcə yeni mərhələyə keçdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əlaqələrinin daha da gücləndirilməsi, Avropa İttifaqının Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli və əlaqələndirilmiş işin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası aşağıdakı tərkibdə yaradılsın: [2]

 

Komissiyanın sədri [3]

 

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş Nazirinin müavini

 

Komissiyanın üzvləri

 

Azərbaycan–Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin həmsədri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini

Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası Energetika nazirinin müavini

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman)

Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri.

 

2. Dövlət Komissiyasına tapşırılsın ki:

2.1. Avropa İttifaqı ilə siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşdirmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupların yaradılmasına dair təklifləri 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. görülmüş işlər barəsində mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Dövlət Komissiyasının fəaliyyətinin Avropa İttifaqı ilə əlaqələndirilməsi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə həvalə edilsin və bu məqsədlə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müvafiq qurum yaradılsın.

4. “Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 noyabr tarixli 272 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 646; 2002-ci il, № 6, maddə 348, № 7, maddə 425) qüvvədən düşmüş hesab edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 iyun 2005-ci il

   № 834

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 iyul 2006-cı il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 7, maddə 588)

2.       27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 743)

3.       22 may 2007-ci il tarixli 577 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 459)

4.       3 aprel 2009-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 233)

5.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

6.       14 iyul 2010-cu il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 15 iyul 2010-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 620)

7.       13 dekabr 2012-ci il tarixli 2597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1291)

8.       7 mart 2013-cü il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 292)

9.         10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

10.      14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

11.      21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414)

12.      31 avqust 2015-ci il tarixli 1382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 8, maddə 957)

13.      20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861)

14.      07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518)

15.      29 noyabr 2017-ci il tarixli 3415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 noyabr 2017-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2124)

16.      1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677)

17.      1 avqust 2018-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1715)

18.      15 fevral 2019-cu il tarixli 964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 16 fevral 2019-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 294)

19.      11 fevral 2020-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №2, maddə 123)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 31 avqust 2015-ci il tarixli 1382 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 8, maddə 957) ilə adında və 1-ci hissəsində “Avropaya inteqrasiyası” sözləri “Avropa İttifaqı ilə əməkdaşlığı” sözləri ilə əvəz edilmişdir.

 

[2] 13 dekabr 2012-ci il tarixli 2597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1291) ilə 1-ci hissəsi ilə yaradılmış Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın sədri

Abid Şərifov

- Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın sədr müavinləri:

Elmar Məmmədyarov

- Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev           

- Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri [2]

Komissiyanın üzvləri:

Əli Əsədov

- Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fatma Abdullazadə

- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri

Şahin Əliyev

- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov

- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Novruz Məmmədov

- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Xarici əlaqələr şöbəsinin müdiri

Əli Həsənov

- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri

Mail Rəhimov

- Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İqtisadi siyasət şöbəsinin müdiri

Ramil Usubov

Azərbaycan Respublikasının daxili işlər naziri

Eldar Mahmudov

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Zakir Qaralov

Azərbaycan Respublikasının Baş prokuroru  

Fikrət Məmmədov

Azərbaycan Respublikasının ədliyyə naziri  

Ziya Məmmədov

Azərbaycan Respublikasının nəqliyyat naziri

Misir Mərdanov

Azərbaycan Respublikasının təhsil naziri

Məcid Kərimov

Azərbaycan Respublikasının sənaye və energetika naziri

İsmət Abbasov

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Əli Nağıyev

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Əli Abbasov

Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri 

Əbülfəs Qarayev

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri [2]

Samir Şərifov

Azərbaycan Respublikasının maliyyə naziri [2]

Fazil Məmmədov

Azərbaycan Respublikasının vergilər naziri

Hüseynqulu Bağırov

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Elmira Süleymanova

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)

Kəmalləddin Heydərov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Hicran Hüseynova

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq                                                                                    Problemləri üzrə Dövlət Komitəsinin sədri

Rafiq Əliyev

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Arif Vəliyev

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri

Elman Rüstəmov

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Sahib Rəhimov

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

 

10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika nazirinin müavini” sözləri “energetika nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.

20 may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 861) ilə 1-ci hissəsindən “və sənaye” sözləri, habelə “İskəndər Çəndirli - Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru” sözləri çıxarılmışdır.

7 mart 2013-cü il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 292) ilə "Novruz Məmmədov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini" sözlərindən sonra "Valeh Ələsgərov - Avropa İttifaqı - Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin həmsədri" sözləri əlavə edilmişdir.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində “Rəfail Mirzəyev - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini” sözlərindən sonra “Əli Abdullayev - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri əlavə edilmişdir.

07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsinin “daxili işlər nazirinin müavini” sözləri “daxili işlər nazirinin birinci müavini” sözləri ilə, “Əli Şəfiyev - Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini” sözləri “Rauf Xələfov - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarə rəisi” sözləri ilə, “Bəhram Əliyev” sözləri “İlham Quliyev” sözləri ilə, “İlqar Rəhimov” sözləri “Mətin Kərimli” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə və “Qulu Novruzov” sözləri “Ceyhun Bayramov” sözləri ilə əvəz edilmişdir.

21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları nazirinin müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində “İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini” və “Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini” sözləri çıxarılmışdır.

07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissədən “İlqar Muradov – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini” sözləri çıxarılmışdır.

29 noyabr 2017-ci il tarixli 3415 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 noyabr 2017-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2124) ilə 1-ci hissəyə “Müəllif Hüquqları Agentliyinin” sözlərindən sonra “İdarə Heyətinin” sözləri əlavə edilmişdir.

1 avqust 2018-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1715) ilə 1-ci hissəsində "Müəllif Hüquqları" sözləri "Əqli Mülkiyyət" sözləri ilə əvəz edilmişdir.

7 mart 2013-cü il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 292) ilə "Kamran İmanov - Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri" sözlərindən sonra "Fuad İsgəndərov - Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyin başçısı" sözləri əlavə edilmişdir.

7 mart 2013-cü il tarixli 2786 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 292) ilə "Aydın Səfixanlı - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri" sözlərindən sonra "Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri" sözləri əlavə edilmişdir.

 

[3] 15 fevral 2019-cu il tarixli 964 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 16 fevral 2019-cu il, № 38, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 294) ilə 1-ci hissə ilə yaradılmış Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın sədri

Şahin Mustafayev

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri:

Novruz Məmmədov

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini

Valeh Ələsgərov

Avropa İttifaqı - Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin həmsədri

Şahin Əliyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Rəfail Mirzəyev

-

Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini

Əli Abdullayev

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azər Bayramov

Azərbaycan Respublikasının maliyyə nazirinin müavini

Mahmud Məmməd-Quliyev

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

Vilayət Eyvazov

Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini

Rauf Xələfov

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarə rəisi

İlham Quliyev

Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini

Elsevər Ağayev

Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini

Firdovsi Əliyev

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini

Mətin Kərimli

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Ceyhun Bayramov

Azərbaycan Respublikasının təhsil nazirinin müavini

Natiq Abbasov

Azərbaycan Respublikasının energetika nazirinin müavini

Sahib Ələkbərov

Azərbaycan Respublikasının vergilər nazirinin müavini

Sevda Məmmədəliyeva

Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini

Toğrul Musayev

Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini

Namiq Əsgərov

Azərbaycan Respublikasının Baş prokurorunun müavini

Avtandil Babayev

Azərbaycan Respublikasının Mərkəzi Bankı sədrinin müavini

Aynur Sofiyeva

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Əsgər Abdullayev

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini

Gəray Fərhadov

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Gündüz İsmayılov

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Rauf Səlimov

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini

Rüstəm Şahbazov

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Fərhad Tağı-zadə

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini

Pərviz Musayev

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Kamran İmanov

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri

Fuad İsgəndərov

Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyin başçısı

Aydın Səfixanlı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri

Azay Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri

 

11 fevral 2020-ci il tarixli 1807 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 12 fevral 2020-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №2, maddə 123) ilə 1-ci hissə ilə yaradılmış Dövlət Komissiyasının tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın sədri

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Komissiyanın üzvləri

 

Avropa İttifaqı‒Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının rəhbəri

Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Baş idarə rəisi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status